Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bəzi sahibkarların vergi yükü azaldıla bilər - VİDEO

Tarix 07.12.24, 23:11

Font ölçüsü : - / +
bitmap-img6


Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan və VÖEN-lə işləyən kiçik sahibkarların vergi yükü azaldıla bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, vergi məsələləri üzrə ekspert Emin Səttarovun sözlərinə görə, elə fəaliyyət növü ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş vergi ödəyicisi ola bilmirlər. Təklifdə 13 istiqamət üzrə illik dövriyyəsinin həcmi 45 min manatadək olan mikro sahibkarların əldə etdikləri gəlirlərin 75 faizinin hər hansı şərt tətbiq edilmədən gəlir vergisindən azad edilməsi nəzərdə tutulub. Hazırkı qanunvericiliyə görə isə, fərdi sahibkarlar əldə etdiyi gəlirlərə görə 20% gəlir vergisi ödəməlidirlər. Sahibkarın 3 nəfər işçisi olduğu halda, onun gəlirinin 75%-lik hissəsi vergidən azad edilir.

Ekpsert Emin Səttarovun sözlərinə görə, jurnalistika, proqram təminatı, layihə-dizayn və dekorasiya, tərcümə, reklam, araşdırma və tədqiqat, elm, təhsil, mədəniyyət və idman, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri göstərənlər, həmçinin kuryer fəaliyyəti və turizm bələdçiliyi edənlər 45 min manatdan az gəlir əldə etdikləri zaman bu güzəştlərdən yararlana biləcəklər.

Vergi ödəyicisi kimi VÖEN-lə işləyən repetitorlara da bu güzəştlər tətbiq ediləcək.

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul ediləcəyi halda gələn il yanvarın 1-dən qüvvəyə minəcək.






Xəbərin oxunma sayı : 1144




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap