Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Bu ölkədə it əti yemək qadağan edilir: İnsanlar küçələrə axışdı

Tarix 01.12.23, 22:38

Font ölçüsü : - / +
bitmap-img6


Cənubi Koreyada hökumətin "it əti"ni qadağan etmək üçün atdığı addım küçələrdə xaosa səbəb olub. İt yetişdirənlər isə gəlir mənbələrini itirəcəklərini deyərək küçələrə axışıblar.

Qanun layihəsinə reaksiya verən it yetişdirənlər paytaxt Seulda etiraz aksiyası keçiriblər. Sayı 200-ə yaxın olan qəzəbli fəallar hökumətin insanların yediyi şeylərə qarışa bilməyəcəyini bildiriblər. Onlar it ətinin qadağan edilməsini “barbarlıq” adlandırıblar.

İt yetişdirənlər bu qanun layihəsinin dolanışıqlarını məhdudlaşdıracağı səbəbilə küçələrə çıxsalar da, hökumət yeni iş qurmaq istəyənlərə dəstək olacağını açıqlayıb. Lakin bu, reaksiyaları sakitləşdirmək üçün kifayət etməyib. Koreya İt Əti Fermerləri Assosiasiyasının prezidenti qanun qəbul olunarsa, onların yetişdirdikləri iki milyon iti Seula buraxacaqları ilə hədələyib. O, hətta itləri xüsusilə dövlət binalarının və siyasətçilərin evlərinin ətrafına buraxacaqlarını bildirib.

Qanun qəbul olunarsa, Cənubi Koreyada it ətinin istehlakına qoyulan qadağa 2027-ci ildə qüvvəyə minəcək. Ötən il ölkədə aparılan sorğuya görə, cəmiyyətin 64 faizi it əti istehlak etmir. Lakin Cənubi Koreyada hər il təxminən bir milyon it yetişdirilir və insan istehlakı üçün öldürülür. Heyvan haqları müdafiəçiləri bu vəziyyətə son qoymaq üçün uzun müddətdir mübarizə aparırlar.

Etirazçılar “Biz döyüşəcəyik!” şüarları səsləndiriblər. Aksiya zamanı çıxan davada polisin 3 nəfəri saxladığı bildirilib. Etirazçılar qadağaya qədərki müddətin uzadılmasını və hökumətdən maliyyə dəstəyi tələb ediblər.//Publika.az



Xəbərin oxunma sayı : 1282




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap