Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Bu ölkələrdə təhlükəli xəstəlik yayılıb –Xəbərdarlıq

Tarix 11.01.21, 20:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad (Danilovgrad) şəhəri ərazisində blutanq xəstəliyi, İsrail Dövlətinin Şimal dairəsinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur (Provence-AIpes-Cöte d’Azur) regionunun ərazisində Aueski xəstəliyi, Niderland Krallığının Şimali Brabant (North Brabant) əyalətinin və Litva Respublikasının Kaunas (Kaunas) dairəsinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa (La Rioja) Muxtar əyalətinin ərazisində süngərvari ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib:

“Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrail Dövlətinin Şimal dairəsindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litva Respublikasının Kaunas dairəsindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuz və donuz mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsrail Dövlətindən, Fransa, Litva Respublikasından, Niderland və İspaniya Krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.



Xəbərin oxunma sayı : 517




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap