Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bu maşınlar sığortalanmır - Sürücülər nə etməlidir?

Tarix 11.01.25, 14:48

Font ölçüsü : - / +
bitmap-img6


Son zamanlar bir çox taksi sürücüləri avtomobillərinin sığortası zamanı müəyyən çətinliklərlə qarşılaşdıqlarını deyir. Onlar sığorta şirkətlərinin müxtəlif səbəbləri əsas gətirərək sığortalamadan boyun qaçırdığını bildirir.

Mövzu ilə bağlı "Yeni Sabah"a danışan sığorta agenti Şahin İsmayılov bildirib ki, qanunvericiliklə sığorta şirkətinin imtina vermək hüququ yoxdur:

“İmtina onun lisenziyasının ləğv olunmasına gətirib çıxara bilər. Ümumiyyətlə, sığorta müqavilələri sığorta agentləri vasitəsi ilə həyata keçirilir. Amma hər bir sığorta şirkətinin onlayn sistemi var ki, hər bir vətəndaş o sistem vasitəsi ilə öz sığortasını yaza bilər. Amma böyük vətəndaşların böyük əksəriyyəti bu onlayn sistemlərdən istifadə etmə qaydalarını bilmədiyinə görə sığorta agentlərinə müraciət etməyə məcburdular. Lakin sığorta şirkətləri bildirir ki, mühərrikinin həcmi kiçik olan  avtomobillərin sığorta qeydiyyatına qadağa var. Yəni son nəticədə bu müqavilənin bağlanmasına görə sığorta agentləri komissiya almır”. 

Şahin İsmayılov qeyd edib ki, sürücülər sığortanı özləri onlayn qaydada həyata keçirməli, yaxud sığorta şirkətinin baş ofisinə müraciət etməlidir:

“Sığorta agentlərinin qazancı bağladığı müqavilədən gələn faiz hesabına ödənilir. Amma mühərrik həcmi kiçik avtomobillərə görə agentlərə komissiya verilmədiyinə görə onlar bu tip maşınlara sığorta müqaviləsi yazmaqda maraqlı deyillər.

Sürücünün üzərinə düşən vəzifə odur ki, ya bu müqaviləni özü onlayn sistem vasitəsi ilə həyata keçirməli, yaxud hər hansı sığorta şirkətinin baş ofisinə müraciət etməlidir. Amma sığorta şirkətlərinin imtinasının qanuni əsası yoxdur. Belə bir fakt aşkarlanarsa, Mərkəzi Bank həmin sığorta şirkətinin lisenziyasını ləğv edə bilər”.



Xəbərin oxunma sayı : 892




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap