| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Cümhuriyyət Ordusunun döyüşən generalları: Onlar Qarabağı necə azad etdilər?
Tarix 27.06.20, 13:40 |
|
Bu gün Azərbaycan ordusunun yaradılmasından 102 il vaxt ötür. 1918-ci ildə yoxdan bir bayraq qaldırdığımız kimi, yoxdan da bir ordu yaradıb Azərbaycanın ərazi bütövlüyünü təmin etdik. Bu gün 27 ildən çoxdur ki, ermənilərin bizə atdığı güllələri saymaqla məşğul olduğumuz bir dövrdə, müdafiə nazirimizin ana dilində danışa bildiyini az qala “bayram” etdiyimiz bir zamanda o illərdə 114 min kv. kilometrlik ərazidə üçrəngli Azərbaycan bayrağını dalğalandıran insanları yad etmək milli mədəniyyətimizin əsasını təşkil etməlidir.Bəs bu əməliyyatları kimlər və necə aparırdı? Onların qələbəsinin sirri nədə idi? Vətənpərvərlikmi, cəsarətmi, peşəkarlıqmı,hansı dövlətdən asılı olmamaqmı? Odur ki, böyük hərbiçilərimiz olan S.Mehmandarovun, Ə.Şıxlinskinin, M.Sulkeviçin, X.Sultanovun, H.Səlimovun və digərlərinin adlarını sayğılarla xatırlamaq hər birimizin borcudur. Təəssüflər ki, Bəzən onları unudur və nədənsə yada salmırıq. Ötən il böyük ictimai-siyasi və hərbi xadim X.Sultanovun 140 illiyi tamam oldu. Mənim və digər dostlarımızın təşəbbüsləri nəzərə alınmadı və həmin yubiley dövlət səviyyəsində qeyd olunmadı.Yubileyi qeyd edib dünyanın müxtəlif dillərində “Qarabağın general qubernatoru X.Sultanov” kitabını çap etsəydik, yaxud onun haqqında maraqlı bir film çəkilsə, necə əhəmiyyətli olardı?
Bu yazımda isə döyüşən Cümhuriyyət generallarımızla bağlı bəzi məqamları oxuculara təqdim edirəm.
SƏMƏD BƏY MEHMANDAROV (1855-1931)
Azərbaycan Cümhuriyyətinin Hərbi Naziri
S.Mehmandarov Hərbi Nazir olarkən ilk verdiyi əmrlərdən biri − Azərbaycan ordusu əskərinin ana dilində salamlaşmağı idi. Onun əmrində qeyd olunurdu: “Sırada, eləcə də sıradan kənarda olarkən əskərlərin türkcə salamlaşması − bir sözlə “salam”, cavabı isə “əleyküm-salam” olmasını bütün zabitlərə əmr edirəm. Təltif zamanı əskərə deyilməlidir: “Mərhəba!”, əskər cavab verməlidir: “Çox sağ ol!”.
S.Mehmandarov Ordunu bolşeviklərin zərərli təbliğatından qorumağa çalışır, bununla əlaqədar Nazirlər Şurasının sədri, eyni zamanda Daxili İşlər Naziri N.Yusifbəylini 1919-cu ilin mayın 11-də məlumatlandırırdı: “Mənim tərəfimdən belə bir məlumat alınmışdır ki, Bakıda müsəlmanlardan ibarət olan xeyli bolşevik təmayüllü şəxs hər vasitə ilə kazarmalara daxil olmağa, təbliğatla ordunun əsaslarını sarsıtmağa və bolşevik ideyalarını aşılamağa can atırlar. Bakıda yerləşən qoşunlar, xüsusilə piyada qoşunları hərbi tərbiyənin əsaslarını tamamilə mənimsəməmişlər və intizam o qədər də möhkəm deyil, buna görə də mən qoşunları Bakıya gətirmək istəmirdim. Bu gənc qoşunları bolşeviklərin dağıdıcı təbliğatından qorumaq üçün Zati-Alilərinizdən kazarmaların yerləşdiyi rayonlara kənar şəxslərin icazəsiz daxil olmasına imkan verilməməsi məqsədi ilə qoşunların yerləşdiyi rayonlarda polis nəzarətinin tətbiqinə sərəncam verməyinizi xahiş edirəm”
Azərbaycanda müstəqil dövlət quruculuğuna mane olan qüvvələr dağıdıcılıq işlərini davam etdirsələr də, onların qarşısı güc nazirlikləri tərəfindən qətiyyətlə alınırdı. 1919-cu ilin iyununda Azərbaycan Cümhuriyyəti üçün ən təhlükəli problem − Lənkəran qəzasında baş verən hadisələr idi. Azərbaycanın ərazi bütövlüyünü parçalamaq istəyən və qondarma “Muğan respublikası” yaratmaq istəyən bu qüvvələrə qarşı S.Mehmandarov çox qətiyyətli davranmışdı. O, doğulub boya-başa çatdığı bu bölgədəki “separatçı” qüvvələrə xəbərdarlıq edirdi: “Azərbaycan Respublikası hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına vətəndaş müharibəsini birdəfəlik kəsmək, qayda-qanun yaratmaq, yerli əhalini zalımlardan və qatillərdən qurtarmaq üçün dəstə göndərirəm. Azərbaycan qoşunları Azərbaycanın ayrılmaz tərkib hissəsi olan bu yerin bütün millətlərdən olan əhalisi üçün qanunçuluğun və ədalətin müdafiəçisi kimi gəlir. Silahlı qüvvələrin himayəsi altında ölkənin bütün sahələrinin idarəçiliyində təxirə salınmadan mülki idarəçilik bərpa ediləcəkdir... Bununla yanaşı xəbərdar edirəm ki, hər hansı şura, komitə, yaxud “Muğan respublikası” şəklində heç bir özbaşına təşkilatın olmasına yol verilməyəcəkdir. Lənkəran qəzasında yalnız Azərbaycan Respublikasının hakimiyyəti tanınacaqdır və onun sərəncamlarını yerinə yetirməyənlər qiyamçı kimi hərbi dövrün qanunlarına uyğun məsuliyyət daşıyacaqlar. Xəbərdar edirəm ki, rus əhalisinə qarşı heç bir qarətə və zorakılığa yol verilməməlidir. Çünki, onlar da qəzanın digər millətlərinin nümayəndələri ilə bərabər hüquqlu Azərbaycan Respublikasının vətəndaşlarıdır... Hər cür silahlı müqavimət ölüm hökmü ilə cəzalandırılacaqdır və qoşuna belə hallarda amansızlıqla fəaliyyət göstərməyi əmr edirəm. Bu barədə bu və ya digər bəhanə ilə əhalini qoşunlara, yaxud hakimiyyətə qarşı qaldıracaq şəxslərin hamısına xəbərdarlıq edirəm. Öz növbəsində mən dəstə rəisinə, qoşunların əhaliyə heç bir zərər verməməsi və mülki əhaliyə qarşı hər cür zorakılıq edənləri ciddi cəzalandırmağı əmr edirəm”
S.Mehmandarov Hərbi Nazir olaraq münaqişə bölgələrinə gedir, yaranmış vəziyyətlə yaxından tanış olurdu. Onun Nazirlər Şurasının sədri N.Yusifbəyli ilə Qarabağ bölgəsinə səfəri haqqında “Azərbaycan” qəzeti yazırdı: “Qarabağın həyatında daha əlamətdar hadisə − bu, 29-30 iyul günləri oldu. Bu günlərdə Qarabağ özünün ən əziz və sevimli qonaqlarını − Gəncə qubernatoru Rəfibəyovun müşaiyət etdiyi Baş Nazir N.Yusifbəylini və Hərbi Nazir S.Mehmandarovu qəbul etmək sevincini yaşadı. Qonaqlar iyulun 29-da Xankəndinə gəldilər, orada qoşunların paradı oldu. Paradı Baş Nazir N.Yusifbəyli qəbul etdi. İyulun 30-da əziz qonaqlar Şuşaya gəldilər. Şəhərdə qonaqlar ruhanilər və əhali tərəfindən duz-çörəklə qarşılandılar. Sonra qonaqlar Azadlıq meydanına gəldilər və burada ruhanilər və əhali tərəfindən nitqlər söylənildi. Cavab nitqi söyləyən Baş Nazir müsəlmanların başqa millətlərin nümayəndələri ilə dinc yanaşı yaşamalarının zəruriliyindən danışaraq qeyd etdi ki, bunsuz Azərbaycanın rifahı mümkün deyil!!
S.Mehmandarov Hərbi Nazir vəzifəsində olarkən əskərlər arasında böyük nüfuza sahib idi və ona çoxlu şərqilər qoşulmuşdu:
Səməd Paşa sərdarımız,
Qan axıdar xəncərimiz.
Düşmənləri qəhr edərik,
Yurdlarını məhv edərik,
Biz bir tabor əskərlərik,
Pək şanlıyıq!
S.Mehmandarov Parlamentdəki çıxışını bu sözlərlə yekunlaşdırır: “Bir neçə söz də şəxsim ətrafında qaldırılmış səs-küy haqqında ərz edəcəyəm. Bu sözləri o ağalar danışırlar ki, qoymamışam Azərbaycan xəzinəsinə südlü inək və Hərbiyyə nazirliyinə darüləcəzə (əlillər evi, qocalar evi) kimi baxsınlar. Mən bəyan edirəm ki, bu vaxtadək olduğu kimi, bundan sonra da tutduğum yol ilə gedəcəyəm və heç bir qüvvə məni bu yoldan çıxara bilməz. Hər kəs məndən sonra nazir olsa, görər ki, nə qədər zəhmət çəkilmiş və nə işlər görülmüşdür”
Həmin dövrdə nəşr edilən “Azərbaycan” qəzeti S.Mehmandarovun bu çıxışından sonra Parlament üzvlərinin ona olan inamını və hörmətini belə işıqlandırırdı: “Hərbiyyə naziri həzrətləri axırda salondan çıxarkən yenə bütün məclis şiddətli və sürəkli alqış ilə onu yola salır”.
XOSROV BƏY SULTANOV (1879 – 1943)
AZƏRBAYCANIN İLK HƏRBİ NAZİRİ, QARABAĞIN GENERAL QUBERNATORU
X.Sultanov Qarabağın general-qubernatoru vəzifəsinə başlayarkən xalqa müraciət ünvanladı. Həmin müraciətdə o, başçılıq edəcəyi qurumun fəaliyyəti haqqında xalqı bilgiləndirdi.
1919-cu ilin 11 fevralında “Azərbaycan” qəzetində çap olunan bir yazı belə adlanırdı: “Müvəqqəti general-qubernator X.Sultanovun Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzalarının əhalisinə müraciəti”.
Müraciətdə yazılırdı: “Azərbaycan hökumətinin yanvar ayı qərarı ilə Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl qəzaları xüsusi general-qubernatorluğa ayrılmışdır. Bu fövqəladə tədbirlər fövqəladə vəziyyətdən irəli gəlmişdir. Azərbaycanın təqribən yarısında, onun ən yaxşı hissəsi – 4 qəza artıq bir ilə yaxındır ki, anarxiya ucbatından dağılır. Şəxsi firavanlığı yüksək ideal sayan məsuliyyətsiz elementlərin rəhbərliyi altında olan bandalar diyarı viranə qoyur; kəndləri yandırır, əhalini qırır, on minlərlə yurdsuz-yuvasız qadın və uşaq qaçqın düşmüşdür, yuxarıda göstərilən elementlər milli ədavət yayırlar. Əhalidən ümumi siyasi vəziyyət gizlədilir. Bu şəxslər öz şəxsi mənafelərini güdür, öz cəhdlərini partiya ideya forması donuna salırlar.
Öz həyatını xalqa xidmətə sərf etmiş ictimai xadim kimi mən milli mənsubiyyətindən asılı olmayaraq hamıya eyni münasibət göstərməyi, ciddi ədalət və qanunçuluq mövqeyində dayanmağı hakimiyyətin borcu sayıram. Azərbaycanın müstəqilliyi, ərazi toxunulmazlığı, şəxsiyyətin ciddi məsuliyyəti və əmlak toxunulmazlığı – diyarın həyatı bu əsaslar üzərində qurulacaqdır”.
X.Sultanovun Qarabağın general-qubernatoru təyin edilməsi erməniləri narahat edirdi. Diplomatik Nümayəndəliyin Azərbaycan və Ermənistan üzrə təmsilçisi Tekinskiyə, Xarici İşlər Nazirliyinin Azərbaycan hökumətinin Qarabağda fəaliyyətinə Ermənistan hakimiyyətinin mane olması ilə əlaqədar nota verməsi haqqında 1720 saylı 18 iyun 1919-cu il tarixli məlumatında bu haqda bilgilər vardır: “Ermənistan hökumətinə xəbər verin: Sultanov Azərbaycan hökumətinin 15 yanvar 1919-cu il tarixli qərarı ilə. Azərbaycan Respublikası tərəfindən Azərbaycanın ayrılmaz və mübahisəsiz torpaqları olan Şuşa, Zəngəzur, Cəbrayıl, Cavanşir qəzalarının general-qubernatoru təyin edilib və bu, aprelin 3-də İttifaq Komandanlığı tərəfindən rəsmi qəbul edilib. Bu səbəbdən Sultanovun fəaliyyətinə və Azərbaycan qoşunlarının Qarabağa daxil olmasına erməni hökumətinin hər hansı etirazı Azərbaycan Respublikasının daxili işlərinə qarışmaqdır və müzakirə edilə bilməz. Şuşa rayonunda baş verən özbaşınalıqlarla bağlı isə general-qubernator tərəfindən güclü tədbirlər görülüb və həyat normal axarına düşüb”.
X.Sultanovun 1919-cu ilin 26 iyulunda Şuşadan S.Mehmandarova göndərdiyi 3743 saylı məlumatda Naxçıvanla kommunikasiyanın təminatı üçün Zəngəzura qoşun göndərib, Bazarçay kəndinin alınması qeyd olunurdu. Həmin məlumatdan: “Zəngəzurla Naxçıvanın əlaqəsi probleminin həll edilməsi ancaq Zəngəzurda hərbi hissələrin gücləndirilməsi ilə mümkündür. Bu haqda mən Sizinlə şəxsən danışdım və Siz də razılaşdınız. Bu məsələni indi əlverişli bir məqamda, maldarlar dağlarda, ermənilərdən arxada olarkən, qan tökmədən həll etmək olar. Bazarçay yaxınlığında olan Qızıl Boğaz və Bazarçay yerlərini tutmaqla, buradakı malakan əhalisi Azərbaycan hakimiyyətini tanımağa hazırdır. Və bundan ötrü onlar öz nümayəndələrini Xalq milisinin rəisi Sultanovun yanına göndərmişlər. Və məsələ bununla da öz-özlüyündə həll edilir.
Odur ki, cənab əlahəzrət, hərbi hissə dəstələrinin Xalq milisi dəstələri ilə birgə Bazarçay kəndini almaq üçün Sizin sərəncam verməyinizi xahiş edirəm.
Aldığım məlumata görə, Mərcanlı maldarları döyüşçülərimiz üçün bir neçə yüz buynuzlu heyvan verməyə razılaşıblar. General-qubernator X.Sultanov”.
MASEY ALEKSANDROVİÇ SULKEVİÇ (1865 − 1920)
AZƏRBAYCAN ORDUSUNUN BAŞ QƏRARGAH RƏİSİ
M.Sulkeviç tələbkar komandir və Baş Qərargah rəisi idi. Onun imzası ilə Gəncədə 1919-cu ilin 17 mayında hazırlanan 5 saylı əmrdə belə qeydlər vardır: “Səhv həmişə mümkündür. Dövlət xəzinəsindən ayrılan xəzinə pulu birbaşa təyinatı üzrə sərf olunmalı və sənədlərdə təsdiq edilməlidir. Ordu və xəzinə maraqlarına qayğı çox olarsa, bunu edənlərə tərif və təşəkkür daha çox olar”.
M.Sulkeviç Azərbaycan Cümhuriyyəti Ordusunun milliləşməsinə də önəmli əhəmiyyət verirdi. Onun Baş Qərargah rəisi olaraq 1919-cu ilin avqustun 10-da verdiyi 561 saylı əmrdə maraqlı qeydlər vardır. Əmrdə göstərilir ki, Azərbaycan Ordusunun piyada və süvari alayları, eləcə də ayrıca batalyonları, hərbi məktəbləri üçün hazırlanan bayrağın bir tərəfində “Azərbaycan”, digər tərəfində isə “Kömək Allahdandır, qələbə yaxındır!” sözləri yazılmalıdır. Göstərilirdi ki, bayrağın parçasının kənarındakı zolaqlar Teymurləngin Səmərqənddəki qəbrində olan naxışlar kimi olmalıdır.
M.Sulkeviçin Qarabağın general-qubernatoru X.Sultanova 7 sentyabr 1919-cu il tarixində göndərdiiyi məktubda ermənilərin Qarabağın tam şəkildə itirilməsi ilə barışa bilməyəcəyi, bunun üçün bütün imkanlardan istifadəyə çalışacağı bildirilirdi. Bununla əlaqədar o, ermənilərə nəzarət məqsədi ilə Xankəndindəki, gələcəkdə isə Gorusdakı qarnizonları tam tərkibdə öz yerlərində saxlamağı tələb edirdi.
M.Sulkeviç yerli əhali arasında olan bacarıqlı, döyüşkən ruhlu insanlardan piyada və süvari partizan dəstələrinin təşkil olunmasını da vacib sayırdı. Onun təklifinə görə, 20-40 yaşlı sakinlərdən ibarət olan 4 batalyon yaradıb onlardan ərazilərin müdafiəsində istifadə edilməli idi.
Nəsiman Yaqublu
Tarix elmləri doktoru, professor
Xəbərin oxunma sayı : 3970
Xəbərlər
-
Evlərinin yaxınlığında yanacaqdoldurma məntəqəsi tikilir - VİDEO
-
“Pilgrim Education”da 20 faiz oyunu? - Vətəndaşın pulunun 80 faizi hara gedir?
-
Azərbaycan neftinin qiyməti 120 dollara çatdı - Kəskin bahalaşma
-
“İran onlara görə müharibəni uzatmağa çalışır“ - Tramp
-
Bakıda sakinlərin lift kartlarını blokladılar - VİDEO
-
Azərbaycana gətirilən minik maşınlarının sayında kəskin azalma - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Arda Güler üçün 100 milyon avroluq təklif - Görüş tarixi açıqlandı
-
Rusiyada müxalifətdən seçicilərə çağırış: Bülletenləri korlayın
-
Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət
-
ABŞ NATO müttəfiqlərini Roma statutundan çıxmağa çağırıb - Politico
-
Kirayə mənzillər üçün hansı ərazilər daha cəlbedicidir? - VİDEO
-
Bakını narahat edən məsələ - Səfir Moskvaya səsləndi
-
Şagird yerdəyişməsi ilə bağlı narazılıq - VİDEO
-
İran və ABŞ uzunmüddətli müharibəyə hazırlaşır - “Bloomberg“
-
Azərbaycanda kişilərin 45 faizi pensiya yaşına çatmadan ölüb - Rəsmi
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Notariusdan məhkəmədə ŞOK ETİRAF: 350 min manatı özümə xərclədim
-
İranda yanacaq qənaəti üçün gözlənilməz qərar: Konfrans zalları bağlanacaq
-
DSX 1 000 ədəd fototələ cihazı alır - 430 min manat xərcləyəcək
-
Azərbaycanda bu məhsullar bahalaşıb - SİYAHI
-
Kirayə yaşadığı evdən 8 min manatlıq oğurluq etdi - TUTULDU
-
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsdi: Nə baş verib?
-
Niyam Salamidən “Hacı Məhərrəm”ə şok ittihamlar: “Həmin kanatı qaynı çəkmişdi...”
-
Avropada yaşıl enerjidən ən çox istifadə edən ölkələr açıqlanıb - Siyahı
-
Restorandan oğurladığı ətləri kasıblara payladı - Bakıda KURYOZ OLAY
-
Ceyhun Bayramov Aİ rəsmisi ilə görüşdü - FOTOLAR
-
“Azərbaycanda 50-yə yaxın təyyarə var, hamısı bizimdir“ - Şeyxin qardaşı
-
NATO müttəfiqləri Rusiyanın təxribat planını pozub - Reuters
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycanda bu heyvanı saxlayanlara subsidiya veriləcək - 800 manat
-
Zelenskinin strategiyası - Ukrayna Rusiyadan daha uzun müddət davam gətirməlidir
-
Hanı sənin islahatın? - Könül Yusifqızından TƏBİB-ə və Anar Bayramova sərt iradlar
-
Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri “Həmkarlar“ın yeni sədri oldu
-
Ən çox bu məhsulları idxal-ixrac etmişik - SİYAHI
-
Partiya sədri Paşinyanı məhkəməyə verdi - Üzr videosu tələb edir
-
Naxçıvan Həmkarlar İttifaqı sədrinin milyonluq imperiyası - SİYAHI
-
ABŞ İranın xaricdən əhəmiyyətli yardım aldığını görmür - Rubiо
-
Məcnun Məmmədov özünə yeni müşavir təyin etdi - FOTO
-
Prezident Azərbaycanın yəhudi icmasını təbrik etdi - MƏTN
-
Yasamaldakı fəlakət şarj aparatından qaynaqlanıbmış - 3 ölü, 25 zəhərlənmə, 419 minlik ziyan
-
Beyləqanda yüksək bal toplayan məzunlarla görüş - FOTOLAR
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Həmin “zipline”da avqustda da ciddi problem olubmuş - VİDEO
-
Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı
-
Sevgilisini döyərək xəsarət yetirən şəxs cinayət məsuliyyətindən azad edildi - TƏFƏRRÜAT
-
Vilyam Hacıyevin hərracda satılan avtomobillərini öz oğlu alıbmış...- FOTO
-
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
-
“Təhsildə “Qara bazar”ı Əmrullayev yaradıb” - Sabiq deputat
-
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr - Statistika
-
Büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı yeni qaydalar müəyyənləşdi - FƏRMAN
-
Hava kəskin dəyişdi - Payızda xəstələnməmək üçün nə etməli?
-
Saray qəsəbəsində niyə piyadalar üçün zolaqlar yoxdur? - VİDEO
-
“Əcəmi Mal” Ticarət Mərkəzi qanunsuz necə artırıldı? - İLGİNC
-
Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq
-
Ara seçkilərdə demokratların qələbəsi ölkə üçün faciə olacaq - Tramp
-
“Şəki yaylası”ndakı hadisə ilə bağlı cinayət işi başlandı - Qəzanın səbəbi açıqlandı
-
Xocalıda mina partlayıb - ANAMA əməkdaşı xəsarət aldı
-
Azərbaycan nefti daha 5 dollar qalxdı - Qara qızılın qiyməti 113 dolları ötdü
-
Pirəkəşküldə zəhərli ilanlar evlərə doluşub - Sakinlər narahatdırlar
-
Böyük Qayıdış davam edir - Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç
-
Skuter və velosiped istifadəçiləri hansı tələblərə əməl etməlidirlər? - VİDEO
-
Azərbaycan klublarının yay transferləri - Kim gəlir, kim gedir?
-
“Bugünkü uğurumun sirri əslində tənhalıqdır” - Acun
-
Sabahdan iki küçədə yollar təmirə bağlanır - XƏBƏRDARLIQ
-
Motosikletlə toya gələn bəy və gəlin görənləri təəccübləndirdilər - VİDEO
-
Xanımı 2 nəfəri yaralayıb, kürəkəni 4 nəfəri öldürüb - “Şəki yaylası“nın rəhbəri haqqında ŞOK
-
Azad edilən ərazilərdə yeni idxal güzəştləri - VİDEO
-
Bakının bəzi ərazilərində yollar niyə tez sıradan çıxır? - VİDEO
-
İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da skandal
-
Sön günlər qızılca və məxmərəyə bənzəyən “altıncı xəstəlik“ adlı virus nədir? - VİDEO
-
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
-
Leyla Əliyeva Madriddə ispanca çıxış etdi - VİDEO
-
“Bir oyun idi oynadıq, bitdi getdi“ - Nigar Tofiqqızının nişanı qayıtdı
-
Xaricdən mal gətirənlərin nəzərinə! - Qaydalar dəyişir
-
“Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi
-
“Bu kimi qurğulara nəzarət FHN-in səlahiyyətlərinə daxil deyil” - Açıqlama
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
-
Bakıda qolları olmayan körpə doğuldu: Anası imtina etdi
-
Putin Trampa sülhün şərtini açıqladı: “Kiyevə bütün yardımları dayandırın“
-
Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı
-
Gömrükçülər “Bitum” yükündə külli midarda metamfetamin tapdılar - Video
-
Vuçiç parlamenti buraxdı - Seçkilər bu tarixdə olacaq
-
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə anbar icarəyə götürdü - 2,7 miyon manata
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Şeyx Türkiyəyə köməyə özəl təyyarəsini göndərmək istəyib? - VİDEO
-
Məşhur rusiyalı milyarderin iddiası rədd edildi - Sanksiyalar qüvvədə qalır
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
-
“Smart“ televizorlar haqda şok iddia: Sönülü olduğu halda belə danışıqlarınızı qeydə alır
-
Futbol tarixində ilk: 22 yaşlı qız bu klubun baş məşqçisi təyin edildi
-
Prezidentdən Şarovskinin vəfatı ilə bağlı - Nekroloq
-
Şəkidə kanat faciəsinin təfərrüatı:Tros qırılıb, yoxsa?
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
-
Prezident və xanımı Şarovskinin vida mərasiminə əklil göndərdi - FOTO
-
Azərbaycan iqtisadiyyatı nə qədər böyüyüb? - Nef-qaz sektoru geriləyib
-
Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanıb - Nazir
-
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - DETALLAR
-
Maşın almaq istəyənlərin nəzərinə! - Üç VARİANT VAR
-
“Aysun“ gözəllik salonunun sahibi dələduzluqla üzləşib: “Yalan vədlər verdi“ -
-
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
-
Milli parkda nələr baş verir? - Polis 4 nəfəri saxladı, dəhşətli mənzərə üzə çıxdı
-
Bakıda yağış, bölgələrdə leysan yağacaq - Sabahın havası
-
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin qalmqallı işləri - TƏFƏRRÜAT
-
Azərbaycanın strateji valyuta ehtiyatları 90 milyard dolları keçdi - Statistika
-
“General Hospital“ın baş həkiminə cinayət işi açıldı - Əmlakına həbs qoyuldu
-
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
-
Samuxda 39 yaşlı qadın bıçaqlandı - Şübhəli qardaşıdır
-
Ada heç vaxt heç kimin müstəmləkəsi olmayacaq - Kuba prezidenti
-
“İçərişəhər“də ciddi dəyişikliklər: Altı qurum ləğv olundu
-
Moskvadan Kapitoliyə: Ruben Vardanyan ətrafında qurulan kampaniya şəbəkəsi
-
“Sabah“ klubu yeni hücumçu transfer edib - RƏSMİ
-
Azərbaycan nefti bahalaşdı - “Qara qızıl“ın qiyməti 108 dolları ötdü
-
Kolleclərə qəbul olanların NƏZƏRİNƏ - Qeydiyyat başlayır
-
Şəkidə iki nəfərin öldüyü obyektin sahibi bilindi - İş adamı Məhərrəm Novruzov
-
Alimlərdən dəhşətli xəbərdarlıq - Bu xəstələrin sayı 67% artacaq
-
Zərdabda yol qəzası nəticəsində 5 nəfər öldü - Adları açıqlandı
-
70 ildir məskunlaşdıqları ev əlindən alınır - VİDEO
-
Gələn ilin buraxılış imtahanlarının proqramlarında dəyişiklik olacaq? - VİDEO
TOP 10
ARXİV






