| |
|
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Deputat Madər Musayev:“Mən oliqarx deyiləm“
Tarix 12.03.20, 11:17 |
|
VI çağırış Milli Məclisin deputatı Madər Musayev “Report”a müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
– Milli Məclisə seçkilər sizin üçün necə keçdi?
– Əvvəla onu qeyd edim ki, seçki ağır bir proses olmaqla yanaşı, həm də təkrar namizədliyini irəli sürmüş deputatın seçici qarşısında imtahanıdır. Mən seçkiləri təxminən buna bənzədirəm. Yəni, hər beş ilin sonunda təkrar seçkidə iştiraka qərar veririksə, deməli, həm də seçici qarşısında imtahan veririk. İkincisi, əvvəlki seçkilərdə olduğu kimi, 9 fevral tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində də gərgin işlədik. İmzaların toplanılmasından tutmuş təbliğat-təşviqat dövrünün sonunadək bütün prosedurların obyektiv, qanuni həyata keçirilməsinə çalışdıq. Seçki Məcəlləsinin bütün tələblərinə qüsursuz əməl etdik. Səlahiyyətli nümayəndəm, 10 vəkilim və Seçki Qərargahımın çoxsaylı üzvləri ilə birgə ortaya nümunəvi iş qoyduq. Dedi-qodudan, “qara piar”dan uzaq, heç kimin bostanına daş atmadan öz işimizlə məşğul olduq. Gecə-gündüz demədən çalışdıq, Seçki Qərargahımız sutkanın 15-16 saatını işləyirdi. Ərazi tanış olduğu üçün o qədər də çətinlik çəkmirdik. Amma buna baxmayaraq hər yeni seçki, həm də yeni yanaşma tələb edir. Allaha şükürlər olsun ki, məqsədimizə də nail olduq. Sizin vasitənizlə bu prosesdə mənə dəstək olan hər kəsə, xüsusən də seçicilərimə bir daha təşəkkürümü bildirirəm.
– Adınız çəkiləndə qarşısında “Hacı” sözü də işlədirlər: “Hacı”, “Hacı Madər” və s. İnsanlar sizi daha çox necə tanıyırlar?
– Ad insanla bərabər doğulur, titullar isə sonradan qazanılır. Titullarım dövlət və xalq qarşısında fəaliyyətimin məhsuludur. Heç zaman haqq etmədiyimə iddia etməmişəm. Ağlım kəsəndən çalışmışam, çətinliklərdən qorxmamışam. Etiraf edim ki, insanların böyük əksəriyyət məni “Hacı Madər” kimi tanıyır. Bu, onların seçimidir və hörmətlə yanaşıram.
– 1990-cı ildən indiyə kimi eyni dairədən deputat seçilirsiniz. Sizcə, bu dairədən başqa adamın deputat seçilmək imkanı yoxdurmu?
– Deputatı konkret ərazidə yaşayan, səsvermə hüququ olan insanlar seçir. “Niyə məni seçirlər?” sualına da cavabım illərdir dəyişmir: Mən hər zaman seçicimin yanında olmuşam, başda cənab Prezident İlham Əliyev olmaqla dövlətin siyasətini dəstəkləmişəm. Bu bir reallıqdır ki, heç kim tanımadığı namizədə səs vermir. Məsələn, 9 fevralda keçirilən növbədənkənar parlament seçkilərində bizim dairədən 19 nəfər namizədliyini irəli sürərək imza vərəqi götürmüşdü, onlardan 13 nəfəri qeydə alındı, 11 qeydə alınan namizədlə seçkiyə getdik. O namizədlərin bir-ikisi istisna olmaqla heç biri sözügedən dairənin ərazisində yaşamır. Əlbəttə, bu o demək deyil ki, seçkidə iştirak edə bilməzlər. Demək istəyirəm ki, beş ildən bir Binəqədiyə “qonaq” gəlirlər və iddia edirlər ki, biz deputat seçilmək istəyirik. Mən isə 70 ildən çoxdur bu ərazidə yaşayıram, atam, ulu babalarım buralarda yaşayıb, 30 ildir seçicinin yanındayam, nə dairəmi dəyişmişəm, nə də əqidəmi. Bu 30 ildə deputat seçildiyim dairə üzrə elə bir yer – ərazi, məhəllə yoxdur ki, orda olmayım, seçicinin probleminin həllinə çalışmayım. Belə olan halda seçici məndən niyə imtina etsin ki? Təəssüf ki, bəzi namizədlər bu kimi reallıqları nəzərə almır. Beş ildən bir Binəqədiyə gələn namizəd fikirləşmir ki, burda onu kim tanıyır, ona kim səs verəcək.
– 10 saylı Binəqədi üçüncü seçki dairəsindən namizədliyinizi yenidən irəli sürəndə bəzi insanlar tərəfindən sizin ünvanınıza müəyyən tənqidlər oldu. Həmin tənqidlərə münasibətiniz necədir?
– Əvvəla, heç kim tənqiddən sığortalanmayıb. Təəssüf ki, bizim cəmiyyət o həddə gəlib çatıb ki, tanıdığını da, tanımadığını da tənqid edir və adını da qoyur demokratiya. Olsun, bunu da normal hesab edirəm, amma qəbul etmədiyim məqamlar da var. Bu da səni kimin və niyə tənqid etməsidir. Bəzən məni tənqid edənlərin kimliyi ilə maraqlanıram. Baxıram ki, 30-40 yaşı var, bu qısa ömründə elə 30-40 dəfə də siyasi mənsubiyyətini, əqidəsini dəyişib. Və yaxud da ümumiyyətlə qarşısındakını tanımır, fəaliyyətilə də tanış deyil, sadəcə söz demək xatirinə, mətbuatın gündəmində qalsın deyə səhərdən-axşama kimi ağzına gələni danışır. Baxın, bu artıq demokratiya deyil, bu, demokratiyadan sui-istifadədir. Konkret mənə qarşı olan tənqidlərə gəlincə, yazırdılar ki, niyə təkrar namizədliyini irəli sürür. Mən də cavab verirdim ki, bu mənim konstitusion hüququmdur. Və yaxud da bəziləri deyirdilər ki, guya namizədliyimi irəli sürdüyüm dairədə məni heç kim tanımır. Bu, artıq ağ yalan kim bir şeydir. Bəziləri isə ümumiyyətlə Binəqədi qəsəbəsində anadan olduğumu, hazırda orda yaşadığımı belə bilmədən yazırdı ki, Hacı Madəri Binəqədi kəndində heç kim tanımır. Mən kifayət qədər səbrli və dözümlü insanam, lakin haqsız tənqidi də qəbul etmirəm. Bəzi namizədlər isə sosial şəbəkələrdə məni oliqarx adlandırır, etikadankənar hərəkətlər edirdilər. Mən oliqarx deyiləm axı… Əvvəla oliqarxın zavodu, fabriki olar. Mənim isə nə zavodum var, nə də fabrikim. Heç bir biznes fəaliyyəti ilə də məşğul deyiləm. Deməli, belə şeyləri məqsədli yayırdılar.
– Seçkilər zamanı sosial şəbəkələrdə şəxsi hesabınızı gördük. Həmin hesabdan deputat seçildikdən sonra da istifadə edəcəksiniz, yoxsa onu seçkilərə görə yaradılmışdı?
– Sosial şəbəkələrdəki səhifələr seçkidən əvvəl də var idi, hazırda da fəaliyyət göstərir. Amma etiraf edim ki, seçki dövründə daha aktiv idi. Seçki Qərərgahım tərəfindən seçicilərlə görüşlər mətbuatla yanaşı, həm də sosial şəbəkələr vasitəsilə ictimailəşdirilirdi. Bu gün isə həmin hesabları köməkçim idarə edir və ordan mənə olunan muraciətləri ümumiləşdirib cavab verməyə çalşırıq. Bundan sonra da mühüm dövlət tədbirləri, seçicilərlə görüşlərim, qəbullar, seçildiyim ərazidə cənab Prezidentin təşəbbüsü ilə görülən işlər həmin səhifələr vasitəsilə həm seçicilərimə, həm də geniş ictimaiyyətə çatdırılacaq.
– Seçki şüarınız “Etimadınızı doğruladını seçin” idi. Sizcə 30 il ərzində seçiciləriniz etimadını doğrulda bilmisiniz?
– Əgər bu gün yenidən deputat seçilmişəmsə, deməli, seçicilərimin etimadını doğrultmuşam.
– Azərbaycanın müstəqillik tarixində ilk dəfə Milli Məclis ölkədə aparılan islahatlara adekvat olmaması səbəbindən buraxıldı. İnsanlar gözləyirdilər ki, V çağırış Milli Məclisin deputatlarının çoxu yenidən namizədliyini irəli sürməyəcək. Sizi və digər deputat həmkarlarınızı yenidən deputat olmağa həvəsləndirən nədir?
– Əvvəla, diqqətinizə çatdırım ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Parlamentin buraxılması ilə bağlı təklifi də Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından olan deputatlar irəli sürmüşdülər. Mən də həmkarlarım kimi həmin təklifə müsbət yanaşdım. Digər deputat həmkarlarımın adından danışa bilmərəm, amma konkret özümə gəlincə, düşünürəm ki, millət vəkili kimi bundan sonra da xalqa xidmət etməyə həm gücüm, həm də iradəm var.
– Bəzən deputatlar gileylənirlər ki, məmurlar onların irad və təkliflərinə məhəl qoymur. Siz necə düşünürsünüz?
– Konkret kim nədən gileylənir bu barədə heç nə deyə bilmərəm, amma mənim belə bir problemim yoxdur. Müraciət etdiyim məmur da bilir ki, irəli sürdüyüm təklif və ya həllinə çalışdığım problem şəxsi deyil, seçildiyim ərazi və orada yaşayan insanlar üçündür. Hər bir deputat kimi mən də çalışıram ki, cənab Prezidentin həyata keçirdiyi islahatlara ən azı seçildiyim dairənin hüdudları daxilində dəstək verim, qaldırılan problemləri yerində həll edim. Bunun üçün də məmurlarla təmasda olmaq, onlara müraciət etmək tələb olunur. Etiraf edim ki, bu prosesdə də heç bir problemlə qarşılaşmıram.
– Dostluq etdiyiniz müxalifət nümayəndələri varmı?
– Dövlətini, millətini sevən, Prezidentin siyasətini birmənalı dəstəkləyən hər kəs mənim dostumdur.
– İddia edirlər ki, şəhərdə “012” ilə olan bütün avtomobillər sizə və yaxınlarınıza məxsusdur…
– İdarə etdiyim avtomobilin nömrə nişanı “012”dir. Amma şəhərdə şütüyən bütün “012”lərin mənə və yaxınlarıma məxsus olması iddiası doğru deyil. Bu, heç fiziki cəhətdən də mümkün deyil axı. Yəni iddialar həmişə var və bundan sonra da olacaq. İnsanların ağzını tikə bilmərik, qoy yazsınlar, danışsınlar, yəni açığını deyim ki, bu söz-söhbətin mənə heç ziyanı yoxdur, əgər bu yalanları yazmaqla onlar xoşbəxt olurlarsa, qoy olsunlar, niyə mane olaq ki? Amma gəlin etiraf edək ki, ağlı başında olan adam necə deyə bilər ki, şəhərdə “012” nömrə nişanı ilə olan bütün avtomobillər Hacı Madərə məxsusdur?!
– Övladlarınız hansı işlə məşğuldur?
– Böyük oğlum heç bir yerdə işləmir, bir obyekti var, onu da dükan kimi icarəyə verib. Kiçik oğlum isə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-də çalışır. Hər ikisi ailəlidir, kənddə yaşayırlar.
Xəbərin oxunma sayı : 463
Müsahibə
Xəbərlər
-
Trampdan Zelenskiyə xəbərdarlıq - “Bu, dünyaya zərər verir”
-
Arıqlama iynələrinin bilinməyən tərəfi: Bədən arıqlayır, üz niyə çökür?
-
Bakıda sürücüləri narazı salan qayda: Giriş-çıxış artdıqca ödəniş də artır - VİDEO
-
İndoneziya sahillərində bərə aşdı: Ölənlər var, 130 nəfərdən xəbər yoxdur
-
Azərbaycanda 3 uşaqlı ailələrə güzəşt və müavinət verilə bilər - VİDEO
-
“Danışıqlar aparılsa belə, Ukraynada döyüşlər dayanmayacaq” - Lavrov
-
Sabah bu küçədə hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
İnfantino FIFA seçkilərində iştirak edəcək? - Açıqladı
-
Neft bahalaşır: Azərbaycan üçün qazanc, yoxsa risk?
-
Ərdoğanın Suriya səfərinə hazırlıq görülür - Hakan Fidan
-
Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə - VİDEO
-
Mingəçevirdə binada yanğın – Sakinlər təxliyə edildi + Video
-
Yuxululuq, halsızlıq, diqqət azalması: Gizli səbəblər bəlli oldu
-
Bakıdakı dəbdəbəli toyun sahibi bu məmur imiş - FOTO/VİDEO
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
33 dərəcə isti, yağış, külək... - Sabahın havası
-
Ebola dəhşəti böyüyür - 7 022 yoluxma, 3 398 ölü
-
Milyardlıq sərvəti üzə çıxdı - 90 yaşlı anasının hesabında 750 milyon
-
Tiktoker Əhdiman Osmanov və tanışı saxlanıldı - Cinayət işi açıldı
-
Lənkəran-Astara zonasında leysan yağıb - FAKTİKİ HAVA
-
Milyonlarla sürücüyə pul paylanacaq - Macarıstanda
-
Hörmüzdə İran gəmisinə hücum edildi - Ölən və yaralananlar var
-
Səudiyyə neftinin Asiyaya tədarük müddəti 2,5 dəfə arta bilər - Asahi
-
Azərbaycanda ən çox satılan saç markası məhkəməyə verildi - Təhlükəli xəstəlik
-
Qarışqa dərmanından zəhərləndi - Xəstəxanalıq oldu
-
“Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
-
Kaşif Kozinoğlunun ölümü ilə bağlı araşdırma - 3 nəfər həbs edildi
-
Qanlı göldə ekoloji təhlükə: Onlarla ölü balıq sahilə çıxır (VİDEO)
-
Müəllimlərin sertifikatlaşdırılmasında növbəti mərhələ BAŞLAYIR
-
“Yaxın Şərqdə vəziyyət tezliklə sabitləşəcək” - Putin
-
Zığ bağlarında yol problemi - VİDEO
-
Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
-
“Formula 1” öncəsi yollarda hərəkət dəyişikliklərinə başlandı - VİDEO
-
Gürcüstanın sabiq müdafiə nazirinə həbs qərarı - Dövlətə xəyanət ittihamı
-
Yeni yaradılacaq “rəqabət xəritəsi“nin məqsədi nədir? - VİDEO
-
Husilər strateji adanı ələ keçirdi - ABŞ qarşısında yeni problem
-
Prezidentin xüsusi nümayəndəsi müjdəni verdi: Yaxın zamanda...
-
Qusarda polis əməkdaşlarına müqavimət göstərildi: Saxlanılan var
-
Payızın 5 ən yaxşı qidası - Xərçəngin qarşısını alır
-
Azərbaycanda nəqliyyatın fəaliyyətindən məsul olan şəxs - Rəhman Hümmətov kimdir?
-
“Kölgə donanması”na dron hücumu - Helikopter də tankeri xilas edə bilmədi
-
Bakıda İngiltərə vətəndaşının evindən oğurluq - Hadisəni bağban törədib
-
“Arsenal“dan sürpriz transfer: Gürcüstanlı gənc istedad London klubunda
-
Bu ölkələr beynəlxalq münasibətlər sistemini çökdürür - Putin
-
Vüsal Aslanov yeni rəis müavini təyin etdi - FOTO
-
Azərbaycanda 31 milyon manat cərimə olunan şəxslə bağlı YENİ QƏRAR
-
Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə xəbərdarliq
-
“İran münaqişəni mümkün qədər uzatmağa çalışır” - Donald Tramp
-
Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO
-
Birinci sinfə elektron qəbul yenidən aktivləşəcək - Bu tarixdə
-
Kredit borcunu ödəyə bilməyənlərə şad xəbər - Yeni qayda
-
Azərbaycanda gənclər arasında bu xəstəlik sürətlə yayılır - Həkim çağırış etdi
-
“Sabah“ və “Qarabağ“ Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI
-
Hikmət Hacıyev həmin kitabı vərəqləyərək erməni saxtakarlığını ifşa etdi - Video
-
Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - VİDEO
-
Husilər 36 saata Səudiyyənin dəstəklədiyi qüvvələri darmadağın etdi: Yəməndə nə baş verib?
-
Sinin casusları bizi izləyir, biz də onları izləyirik - Tramp
-
Ermənistan MDB-dən də uzaqlaşır - İqtisadi Şuraya İrəvandan heç kim getmədi
-
Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?
-
Şahmar İbadovun həyat yoldaşı binanı 1,3 milyon manata icarəyə verdi - DETALLAR
-
Xətai rayonu Məhəmməd Hadi küçəsində antisanitar vəziyyət - VİDEO
-
Azərbaycanda bir ildə 2400 eşşək hara yoxa çıxıb? - Hər il sayları azalır...
-
Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
-
“Putin gələrsə, G20 sammitində onunla görüşməyə hazıram“ - Zelenski
-
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - VİDEO
-
Diplomatlar Ağdərədəki Gəncəsər monastırını ziyarət etdi - FOTOLAR
-
“Şəfiqənin seçilməsi ilə kinoittifaq da “öldü”... - Həmidəni danışmağa qoymadılar, kinomuz “can verirdi”“
-
“Toyota Bakı Mərkəzi“nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq
-
“Bu, Rusiya ilə müharibə deməkdir” - Putindən Avropa ölkələrinə xəbərdarlıq
-
Azərbaycan neftinin qiyməti heyrətləndirdi -120 dolları keçdi
-
1200 manatdan 36 min dollaradək - Azərbaycanda əcnəbi tələbələrə təhsil haqqı
-
Şəkinin mərkəzində çaqqal insanlara hücum etdi - VİDEO
-
ABŞ hərbçiləri Ağ Evə xəbərdarlıq etdi: “Silah-sursat ehtiyatları tükənir!”
-
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
-
Bu yay dənizdə batan tanınmış azərbaycanlılar - SİYAHI
-
Azərbaycanda qida məhsullarının vahid izlənmə sistemi yaradılır - VİDEO
-
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
-
KXDR Yapon dənizinə ballistik raketlər buraxıb - “Yonhap“
-
Şəhər yollarında kiçikölçülü avtomobillərdən istifadə təhlükəlidir? - VİDEO
-
Hollivud ulduzundan çılpaq pozlar - FOTOLAR
-
“Fənərbaxça”da nə baş verir? - İsmail Kartal qalmaqalı
-
“ABŞ İran xalqını təslim olmağa məcbur etmək istəyir“ - Pezeşkian
-
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
-
Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş
-
Metronun “Əcəmi“ stansiyasının qarşısında yağışdan sonra yaranan gölməçə - VİDEO
-
Trampın xüsusi nümayəndəsi Minskə gedəcək - SƏBƏB
-
Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir”
-
Metro sərnişinləri üçün yenilik: M9 ekspres marşrutu fəaliyyətə başlayır
-
Husilər Qırmızı dəniz sahilini nəzarətə aldı - “Al Jazeera”
-
Qırğızıstan öz pulunu özü çap etməyə başladı - İLK DƏFƏDİR
-
“Rusiya qazına alternativ axtarırıq” - Paşinyan
-
Sabah bu ərazilərdə yol bağlı olacaq - XƏBƏRDARLIQ
-
Pensiyaçılara kredit qapıları bağlana bilər? - AÇIQLAMA
-
“Bənövşə“ şadlıq sarayında toyda qanlı dava - Əmioğluna bıçaqla xəsarət yetirildi
-
30 mindən çox şəxsin maaşı 35 faiz artacaq - RƏSMİ
-
Fərid Şəfiyevə 3 müavin də təyin edildi - SƏRƏNCAM
-
Azərbaycanda unun topdansatış qiyməti bahalaşdı - Şirkətlərin siyahısı
-
Vladimir Putin Hindistanda BRİKS sammitində isti qarşılanıb - Financial Times
-
Prezident Fərid Şəfiyevi yüksək vəzifəyə təyin etdi - SƏRƏNCAM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Süni intellekt hamımızı öldürə bilər - Silikon Vadisində panika
-
Azərbaycan klublarının ən bahalı yay transferləri - SİYAHI
-
“Bravo”-ya daha bir protokol yazıldı - Məhsulları çox baha satır
-
Kolleclərin boş qalan yerlərinə qəbul nəticələri - Açıqlandı
-
Paytaxtda kirayə bahalaşdı: Qiymətlərin ən çox artdığı ərazilər
-
Aqrar Sığorta Fondunda yoxlama: nöqsanlar üzə çıxarılıb
-
Diplomatik korpusun nümayəndələri Xankəndidə - FOTOLAR
-
Ərini öldürüb basdırdığı yerdə güllər əkmişdi - 12 il həbs verildi
-
Suraxanıda evləri talayan şəxs tutuldu - FOTO
-
TƏBİB-in tabeliyindəki qurumda kütləvi ixtisarlar - Nə baş verir?
-
“Hamı xalq artisti oldu, mən isə yerimdə addımlayıram“ - VİDEO
-
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçə bilər - Sürətlə irəliləyirlər
-
“Azərişıq” borcu ödəmək üçün verilən 1 ayı gözləmədən işığı kəsib - Pozuntu
-
11 fərqli ölkə, 1 komanda - “Sabah” ÇL-in tarixinə düşdü
-
Bitki mənşəli ət daha faydalıdır, yoxsa real ət? - ARAŞDIRMA
-
Nazir yeni Baş İdarə yaratdı - Mərhum prokurorun general oğlunu rəis təyin etdi
-
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən iki azərbaycanlıya hökm oxunub - TƏFƏRRÜAT
-
12 manatlıq quldurluq ittihamı 8 ilədək həbslə nəticələndi - Marixuana üçün pul verdilər...
-
Putin Trampın sülh danışıqları ilə bağlı ümidləri puça çıxardı - CNN
TOP 10
ARXİV






