Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Deputatın obyektində Xocalı soyqırımı günü əyləncə olacaq - FOTOLAR

Tarix 24.02.21, 17:43

Font ölçüsü : - / +
bitmap-img6


Deputat İqbal Məmmədova məxsus Lerikdəki “Relax” İstirahət Mərkəzi fevralın 26-sı və 27-də xüsusi kampaniya elan edib.

Artıq bir neçə gündür İstirahət Mərkəzinin rəsmi səhifəsində bununla bağlı elan yerləşdirilib. Həmin elanda qeyd edilir ki, “Relax” fevralın 26 və 27-si, həftə sonu ilə əlaqədar kampaniya keçirir. Kampaniyaya bir gecə, iki gün olmaqla həmçinin uşaqlar üçün əyləncələrin təşkili, konsert proqramı, diskoteka və digər əyləncələr nəzərdə tutulub. Bunun üçün isə 79 manat pul ödənilməsi lazımdır.

Kampaniyanın həqiqi olub-olmadığı ilə bağlı “Relax”ın nümayəndəsi ilə telefon əlaqəsi saxlayan asiya.az-ın əməkdaşına bildirilib ki, belə bir proqram nəzərdə tutulub və İstirahət Mərkəzində yerləşmək üçün əvvəlcədən yer rezerv etmək lazımdır. O, qeyd edib ki, diskotekaların, konsertlərin və uşaq əyləncələrinin təşkili üçün bütün tədbirlər görülüb.

AzFakt

Məsələ ilə bağlı sayt “Relax” İstirahət Mərkəzinin sahibi, deputat İqbal Məmmədovla da əlaqə saxlayıb. Deputat bildirib: “"Relax" İstirahət mərkəzinə mənim heç bir aidiyyətim yoxdur”.

Qeyd edək ki, fevralın 26-sı hər il Azərbaycanda Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Hər il dövlət başçısı və ailə üzvləri daxil olmaqla, bütün hökumət və ictimai-siyasi kəsim, habelə ölkə əahlisi Xətai rayonu ərazisində yerləşən “Xocalı Abidəsi”ni ziyarət edirlər. Bundan başqa, bütün dünyada yaşayan azərbaycanlılar hər il fevralın 26-da yaşadıqları ölkələrdə Xocalı faciəsini qeyd edir, bunun üçün yürüşlər və aksiyalar təşkil edirlər. 

Lakin görünən və bilinən odur ki, bəzi insanlar üçün Xocalı Soyqırımının heç bir əhəmiyyəti və önəmi yoxdur. Əgər belə olmasaydı, fevralın 26-na əyləncə proqramı təşkil etməzdilər.

“Relax”da 26 fevralda belə bir proqramın təşkili Azərbaycan tarixinə, onun ən qanlı səhifələrindən biri olan Xocalıda şəhid olan insanlarımızın ruhuna hörmətsizlikdir.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 1585




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap