“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Gənc ailədə cinayətlə nəticələnən xəyanət: “O da məni aldadırdı“

Tarix 13.11.19, 18:14

Font ölçüsü : - / +
bitmap-img6


Qısqanclıq zəminində arvadını bıçaqlayan 22 yaşlı şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham edilən Akif Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Akif Nəcəfov qısqanclıq zəminində arvadı Fəridə Əliyevanı (ad və soyad şərtidir) bıçaqlayıb. Buna səbəb Fəridənin ona xəyanət etməsindən şübhələnməsi olub.

Akif həyat yoldaşının mobil telefonundan votsap danışıqlarını oxuyub. Akif Fəridənin xalası oğlu ilə ona xəyanət etməsindən şübhələnib. Aralarında yaranmış mübahisə zamanı arvadını bıçaqlayıb.

Törətdiyi əmələ görə Akif Nəcəfova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla Akif Nəcəfov özünü təqsirli bilib və deyib ki, əməlindən peşmandır.

Hadisənin baş verməsi haqda danışan Akif söyləyib ki, iki il əvvəl ailə həyatı qurub və bir övladı var.

Onun sözlərinə görə, nişanlı olduqları zaman da xəyanətlə üzləşib. Lakin ailələrin xahişi ilə Fəridəni bağışlayıb.

Akif söyləyib ki, Fəridə onun mesajlarına gec cavab yazıb, telefonlarını açmayıb: "Votsapda olurdu, amma mənə cavab yazmırdı. Onun votsapını öz telefonuma köçürdüm. Gördüm ki, xalamoğlu ilə danışır. Ondan səbəbini soruşdum. Mübahisə edəndə vurdum".

Zərərçəkniş Fəridə də məhkəmədə ifadə verib.

O deyib ki, Akifin xalası oğlu ilə heç bir münasibəti olmayıb. Yalnız qohum kimi danışıb:

"Xalası oğlu evin ağsaqqalı kimi idi. Hər məsələyə qarışırdı. Mənə də yazıb uşağın şəkillərini istəyirdi".

Fəridə ərinin də ona xəyanət etdiyini deyib.

Hazırda şikayətinin olmadığını deyən Fəridə bunu belə izah edib: "Mən onu bağışlamamışam. Sadəcə, şikayətçi deyiləm".



Xəbərin oxunma sayı : 520




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap