“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Azərbaycanda içməli su necə yoxlanılır? - AÇIQLAMA

Tarix 19.05.26, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


“Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi suyun təhlükəsizliyinin və sanitar-epidemioloji sabitliyin təmin olunması istiqamətində genişmiqyaslı dövlət nəzarəti həyata keçirir”.

Bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya-gigiyena, fiziki-kimyəvi, toksikoloji və radioloji müayinələr laboratoriyasının həkim-laborantı Lalə Şirinova səsləndirib.

Onun sözlərinə görə, Mərkəzin fəaliyyəti həm içməli su təchizatına, həm də çimərliklərdə dəniz suyunun monitorinqinə nəzarəti əhatə edir:

“İçməli suyun laborator monitorinqi ölkə üzrə mərkəzləşdirilmiş su təchizatı sistemlərindən, su anbarlarından və modul tipli təmizləyici qurğulardan götürülən nümunələr əsasında aparılır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyaları Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiyadan keçirilib. Suyun bakterioloji, sanitar-kimyəvi və toksikoloji göstəricilərinin müayinəsi AZS ISO/IEC 17025 standartının tələblərinə uyğun şəkildə, müasir avadanlıqlarla həyata keçirilir”.

Lalə Şirinova bildirib ki, Mərkəzdə aparılan laborator analizlər və toksikoloji-gigiyenik müayinələr AZS ISO/IEC 17025 standartına uyğun icra olunduğundan, əldə edilən nəticələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı və rəsmi hesab olunur:

“Məqsədimiz suyun keyfiyyət göstəricilərinin mövcud standartlara tam uyğunluğunu təmin etməkdir. Hər hansı problem aşkar edildikdə isə bunun aradan qaldırılması üçün aidiyyəti qurumlara məlumat verilir və müvafiq tədbirlər görülür”.



Xəbərin oxunma sayı : 1003




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap