“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Həbs olunan ekspert kimdir? - Özünü general kimi təqdim edib

Tarix 24.02.24, 11:52

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanan cinayət işi üzrə Mirdaməd Əzizov rüşvət alma və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə ittihamı ilə həbs edilib.

AzFakt.com-un Qafqazinfo-ya istinadən məlumatına görə, 1989-cu il təvəllüdlü Mirdaməd Əziz oğlu Əzizov son vaxtlar özünü daha çox əmlak eksperti kimi tanıdıb. O, yutub platformasında və digər resurslarda ekspert kimi çıxışlar edərək videolar paylaşıb.

Bundan başqa M.Əzizovun bir müddət əvvəl saxta general-mayor rütbəli forma ilə fotoları yayılıb. 
Ətraflı

İlkin araşdırmalar zamanı M.Əzizovun özünü BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvü kimi də təqdim etməsi də üzə çıxıb. O, bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olması barədə məlumatlar yayıb.

Qeyd edək ki, iş üzrə toplanmış ilkin sübutlar əsasında Mirdaməd Əzizov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Baş Prokurorluq M.Əzizovun əməllərinə məruz qalmış vətəndaşlardan Baş Prokurorluğun "961” Çağrı mərkəzinə və "161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət etmələrini xahiş edib.


bitmap-img6



Xəbərin oxunma sayı : 694




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap