Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Həyətində narkotik əkib-becərən şəxs saxlanıldı

Tarix 03.06.18, 2:35

Font ölçüsü : - / +
bitmap-img6


Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Balakən rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Qəhrəman Qəhrəmanov saxlanılıb. Onun Hənifə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan torpağa və dibçəklərə əkilmiş ümumilikdə 103 ədəd çətənə kolu, eyni zamanda həmin narkotik vasitələr əkilmiş sahəyə qurudulması üçün sərilmiş, ümumi çəkisi 1 kiloqram 325 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış , qurudulmamış marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini bildirib.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.



Xəbərin oxunma sayı : 199




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap