“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Kafe və restoranlar bu qaydalar əsasında işləyəcək - Yeni qaydalar

Tarix 30.05.20, 21:16

Font ölçüsü : - / +
bitmap-img6


Restoran, kafe və çay evlərinin iş rejimində və istifadə qaydalarında bir sıra dəyişikliklər edilib.

AzFakt.com-un məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonlarında fəaliyyət göstərən restoran, kafe və çay evləri iyunun 1-dən etibarən saat 08:00-dan 22:00-dək fəaliyyət göstərəcək.

İş rejiminə dəyişiklik edilsə də, bir sıra qadağalar qüvvədə qalıb. Belə ki, qəlyan avadanlıqlarından istifadə qadağası qüvvədədir. Restoran, kafe və çay evlərində 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili də qadağandır.

Restoran, kafe və çay evlərindən xidmət isə "ictimai iaşə müəssisələrində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər" əsasında aparılacaq.

Nazirlər Kabinetinin maskalarla bağlı yeni qərarından sonra restoran, kafe və çay evlərində də tibbi maskalardan istifadə də məcburi olub. Yeni qaydalara əsasən, insanlar bu tipli qapalı məkanlarda olarkən mütləq maskadan istifadə etməlidir. Yalnız kafe və restoranlarda masa arxasında olarkən maskadan istifadə etməmək olar, bütün digər hallarda maskadan istifadə etmək lazımdır. İnsanlar restorandan çıxıb geri qayıtdıqdan sonra əllərini yumalıdırlar.

Kafe, restoranlarda və digər ictimai iaşə müəssisələrində bu qaydalara nəzarət edəcək xüsusi şəxslər olacaq.

Qaydaları pozanlar İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq. Maskadan istifadə etməməyə görə cərimənin miqdarı isə hələki müəyyənləşməyib. Qərar Milli Məclisdə müzakirə olunur, qəbul olunduqdan sonra maskadan istifadə etməyən şəxslər cərimə olunacaq.



Xəbərin oxunma sayı : 1354




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap