“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Kriştianu Ronaldunu “Mançester Yunayted”də kim əvəz edəcək? - İDDİA

Tarix 16.11.22, 8:37

Font ölçüsü : - / +
bitmap-img6


İngiltərənin “Mançester Yunayted” klubu portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun gedişi öncəsi Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe ilə müqavilə imzalamaq niyyətindədir.

Xatırladaq ki, daha əvvəl 37 yaşlı Ronaldu açıq şəkildə “Mançester Yunayted”in məşqçilər korpusunu, rəhbərliyini və siyasətini tənqid etmişdi. Daha sonra məlum oldu ki, futbolçunun vəkilləri “qırmızı şeytanlar”la 2023-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə xitam vermək üzərində işləyirlər.

Bildirilir ki, Ronaldunun müsahibəsindən sonra “Yunayted” Mbappeni transfer etmək planlarını sürətləndirib. Həmçinin onun transferi üçün 170 milyon avro (150 milyon funt sterlinq) ödəməyə hazırdır. İngilis klubu fransalıya Ronaldunun əvvəllər aldığı kimi, həftədə 500 min funt sterlinq maaş da verə bilər.

Bu mövsüm portuqaliyalı Premyer Liqada on oyun keçirib, bir qol vurub. “Mançester Yunayted”də uğursuz mövsüm keçirməsinə baxmayaraq, Ronaldu Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında Portuqaliya millisinin heyətinə daxil edilib.

Mənbə: Gazeta.ru



Xəbərin oxunma sayı : 754




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap