“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Maşından 120 min dollar oğurlayanlar saxlanıldı - VİDEO

Tarix 11.06.26, 19:50

Font ölçüsü : - / +
bitmap-img6


Binəqədi rayonunda avtomobildən xüsusilə külli miqdarda pul oğurlayan şəxslər saxlanılıb.

AzFakt.com xəbər verir ki, iyunun 4-ü Binəqədi rayonu ərazisində "BYD” markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar.

Araşdırmalarla müəyyən edilib ki, Ə.Məmmədov avtomobildə əyləşən əvvəldən tanıdığı şəxsin üzərində külli miqdarda pul vəsaiti olacağından xəbərdar olub və bu barədə S.Bəylərliyə məlumat verib. Onlar aralarında razılaşaraq sərnişinin avtomobildən düşəcəyi vaxtı müəyyənləşdiriblər. Daha sonra nəqliyyat vasitəsinin guya nəzarətsiz qalması səbəbindən avtomobildən oğurluq edilməsi görüntüsü yaradaraq talama cinayətini həyata keçiriblər.

Faktla bağlı Binəqədi RPİ-də zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.






Xəbərin oxunma sayı : 1462




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap