“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Manatın məzənnəsi digər valyutalar qarşısında necə dəyişib? - SİYAHI

Tarix 30.06.22, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 5 ayı ərzində Azərbaycanın əsas ticarət tərafdaşı olan ölkələrin əksəriyyətinə məxsus valyutalar manat qarşısında dəyərdən düşüb.

AzFakt.com Mərkəzi Bank tərəfindən açıqlanan rəsmi məzənnələrə istinadən bildirir ki, manat ən çox Türkiyə lirəsi qarşısında bahalanıb. Son 5 ayda lirə manat qarşısında 8,2% dəyərdən düşüb. Yanvar ayında 1 lirə 12,61 qəpik olduğu halda, mayda 10,94 qəpiyə düşüb.
Manat bu il ərzində yalnız Rusiya rublu və Gürcüstan larisi qarşısında dəyərdən düşüb. ABŞ dolları və Qazaxıstan tengi qarşısında isə manatın məzənnəsi dəyişməyib.

Aşağıdakı cədvəldə Azərbaycan manatının bu ilin ilk 5 ayı ərzində əsas ticarət tərəfdaşımız olan ölkələrin milli valyutaları qarşısında necə dəyişdiyi qeyd olunub.
 
Ölkələr və valyutalarYanvar
2022-ci il
May
2022-ci il
Fərq
 
ABŞ - dollar1,70001,7000-
Qazaxıstan – tengə0,00390,0039-
Türkiyə - lirə0,12610,109413,2 % bahalanıb
İngiltərə - funt-sterlinq2,30462,11588,2 % bahalanıb
Belarus - rubl0,65890,61866,1 % bahalanıb
Avropa Birliyi - avro1,92471,79686,6 % bahalanıb
Ukrayna - qrivna0,06070,05745,4 % bahalanıb
Çin - yuan0,26740,25340,5 % bahalanıb
Rusiya - rubl0,02230,026318 % ucuzlaşıb
Gürcüstan - lari0,55200,57444 % ucuzlaşıb


Məlumat üçün bildirək ki, qeyd olunan ölkələrin milli valyutalarının manat qarşısında ucuzlaşması və manatın dollar qarşısında sabit qalması bu ölkələrdən idxal olunan məhsulları ucuzlaşdıra bilər. Məsələn, inflyasiyanı nəzərə almasaq yanvar ayında Türkiyədən 100 lirəyə alınan bir məhsul üçün 12,61 manat ödəyirdiksə, may ayında 10,94 manat ödəmiş oluruq.




Xəbərin oxunma sayı : 1198




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap