“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Məktəbli formalarının qiymətləri artacaq? - RƏSMİ

Tarix 07.08.25, 10:02

Font ölçüsü : - / +
bitmap-img6


Yeni tədris ilinin başlanmasına təxminən 1 aydan bir az çox vaxt qalıb. 

Bəzi valideynlər övladları üçün məktəb ləvazimatları, xüsusilə də məktəbli formaları almağa başlayıb.

Bəs məktəbli formalarının satışında və qiymətlərində artım varmı?

Məsələ ilə bağlı "Cebheinfo.az”-ın sualını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirdi ki, hazırda məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb:

"İyulun 1-dən formaların qiymətlərində nəzərəçarpaçaq endirimlər var. Belə ki, şalvar və ətəklər 20 manatdan 15 manata, jaketlər 30 manatdan 20 manata endirilib, bu da təxminən 25-33 % endirim deməkdir.Yəni bütün mallarımızdan endirimlər var.

Hazırda məktəbli formalarının satışında artım var. Belə ki, avqustun 1-dən etibarən satışlar daha da artıb. Bildirim ki, hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifkatı olmayan saxta məktəbli formalarına da rast gəlinir”.

E. Əzimov qeyd edib ki, bu gün bazarda 2-3 manata məktəbli köynəkləri satılır:

"Heç bir gigiyenik sertifikata malik olmayan belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır. Bizim satış məntəqələrindən alınan geyimlərə 1 il zəmanət verilir. Ucuz qiymətə alınan məktəbli geyimləri bir dəfə yuyulduqdan sonra yararsız vəziyyətə düşür.

"Hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. Çünki valideynlər dərslərin başlamasına bir neçə gün qalanda forma almağa başlayırlar. Onlara müraciət edirəm ki, vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”.



Xəbərin oxunma sayı : 838




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap