Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Mərkəzi Bank uçot dərəcəsini artırdı: Kredit bazarında nə baş verəcək?

Tarix 01.02.23, 21:48

Font ölçüsü : - / +
bitmap-img6


"Uçot dərəcəsindəki dəyişikliklər kredit bazarına xüsusi təsir göstərməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsinin artırılması qərarını şərh edərkən edib. Onun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsi daha çox inflyasiya səviyyəsində dəyişikliklər, o cümlədən makro iqtisadi göstəricilərə uyğunlaşdırılır:

"Nəzərə alsaq ki, 2023-ci il inflyasiya səviyyəsinin azalacağı proqnozlaşdırılır. Mərkəzi Bankın ilkin gözləntisi 9% inflyasiya idi, hazırda inflyasiya səviyyəsinin 2023-cü ildə 8% olacağı proqnozlaşdırılır. Bu rəqəm, xüsusən 2022-ci illə müqayisədə kifayət qədər müqayisəli şəkildə az inflyasiyadır. Çünki 2022-ci ildə 15%-ə yaxın inflyasiya qeydə alınıb. Ona görə uçot dərəcəsindəki azalmalar daha çox istehlak bazarındakı qiymətlər, makro iqtisadi stabilliyə uyğun olaraq qəbul edilir”.


Vüqar Bayramov qeyd edir ki, uçot dərəcəsindəki dəyişikliklər kredit faizlərinə xüsusi təsir göstərməyəcək:

"Çünki yenə də aparıcı bankların depozitləri üzrə faizləri aşağıdır. Bu gün sistem əhəmiyyətli banklarda kifayət qədər böyük məbləğdə passiv vəsaitlər var, onlar real sektora və bütövlükdə iqtisadiyyata hələlik kredit formasında yönəldilmir. Bu baxımdan, biz uçot dərəcəsindəki dəyişiklikləri antiinflyasiya aləti olaraq qiymətləndiririk”.
 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi artıraraq 8,5%-ə çatdırılması barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 6,75%, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,5% səviyyəsində müəyyən olunub.



Xəbərin oxunma sayı : 379




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap