“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Milli Konservatoriya ilə Təhsil Nazirliyi arasında qalmaqal

Tarix 29.11.21, 14:51

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Milli Konservatoriyası ilə Təhsil Nazirliyi arasında qalmaqal yaşanıb. 

Bu barədə Qaynarinfo-ya Əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov məlumat verib. Xanəndənin sözlərinə görə, Təhsil Nazirliyi Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəlik proqramını dəyişmək istəyirlər.

"Hamınızın diqqətini bir məsələyə yönəltmək məcburiyyətindəyəm. Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi kollecində (A.Zeynalı) xanəndəlik ixtisasının 2 illik tədris olunmasını tələb edirlər. Bunu kimlər bu vəziyyətə gətirir? Səbəb nədir? 4 ilə öyrənə bilməyən tələbə 2 ilə necə öyrənsin muğamlarımızı? Bu, milli musiqimizə düşmənçilikdir”.

Qəzənfər Abbasov deyir ki, muğamları tam öyrənmək üçün uzun illər tələb olunur:

"10 ildən artıqdır ki, kollecdə 3 illik təhsil tətbiq edilib. İndi isə 2 illik təhsil tələb edirlər. İstəyirlər, muğamı bir az da bəsitləşdirsinlər. Məndən tələb edirlər ki, 2 illik proqram tut, mən də etiraz edirəm ki, 2 ilə muğam təhsili olmaz”.

Xanəndə məsələ ilə bağlı Azərbaycan xalqına, muğamsevərlərə müraciət edib.
 
Xanəndə Sabir Abdullayev də mövcud məsələdən narahatlığını dilə gətirib:

"Kim fikirləşib, bunu niyə belə edirlər? İki ilə proqramın üçdə birini öyrənmək mümkün deyil. Asəf Zeynallı kimi tədris ocağına toxunmaq olmaz, gəlin, fikirləşək”.



Xəbərin oxunma sayı : 376




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap