“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Nazir Əliyevin qətlinin təfərrüaftları: “Lotu Quli“nin qisası?

Tarix 18.01.22, 11:03

Font ölçüsü : - / +
bitmap-img6


Kriminal avtoritet Nazir Əliyevin qətli ilə bağlı yeni təfərrüatlar məlum olub. 
 
Qaynarinfo xatırladır ki, Nazir Əliyev ötən ilin dekabrında Ukraynanın Odessa şəhərində "Arena” bilyard klubunda güllələnərək öldürülüb. Onu öldürən azərbaycanlı Şöhrətddin Quliyevdir. 
 
Şöhrətddin Quliyev mərhum "oğru” Nadir Səlifova (Lotu Quli) yaxın şəxs sayılır. İstintaqla müəyyən edilib ki, Nazir Əliyev də "Lotu Quli"nin adamı olub. 
 
Nazir Əliyev 10 mart 1956-cı ildə Azərbaycanda anadan olub. Onun kriminal keçmişi barədə məlumatlar məhduddur. Araşdırmalar zamanı aydın olub ki, Nazir Əliyev populyar kriminalitet olmasa da, bu mühitdə çox ciddi əlaqələrə malikdir. Onun əsasən "Lotu Quli" ilə çox yaxın olduğu bildirilir. 
 

O da məlum olub ki, Nazir Əliyev "oğru” titulu daşıyıb. Baxmayaraq ki, bu günə qədər adı "oğru” kimi hallanmayıb.
 
Nazir Əliyevin yaxınlıq etdiyi şəxslərdən biri də ukraynalı "oğru” Vasili Melkiy (Poltava) olub. "Poltava" 2017-ci ildə həbs edilib. Onun hansısa kriminalitet tərəfindən ələ verildiyi barədə şübhələr var. 
 
Maraqlıdır ki, Nazir Əliyevi qətlə yetirən Şöhrətddin Quliyev həbs olunan kimi kriminal avtoriteti qisas məqsədilə öldürdüyünü deyib. O, Nazir Əliyevdən "Lotu Quli"nin qisasını aldığını bildirib.
 
Şöhrətddin Quliyevin sözlərindən belə aydın olub ki, "Lotu Quli"yə qarşı sui-qəsdi məhz Nazir Əliyev təşkil edib. O, Nazir Əliyevi öldürməzdən əvvəl "Lotu Quli"nin məzarına getdiyini və orada mərhum "oğru”nun qisasını alacağına and içdiyini bildirib. Bundan sonra Moldovadan Ukraynaya gəlib. Günlərlə dəmiryol vağzalında gecələyib. Nəhayət, Nazir Əliyevin daha çox hansı məkanda istirahət etdiyini öyrənib. Həmin məkana - yəni, "Arena” bilyard klubuna gələn Şöhrətddin Quliyev içəri daxil olan kimi Nazir Əliyevə tərəf iki atəş açıb. Birinci güllə başqa şəxsə dəyib, ikinci atəş isə dəqiq olub və Nazir Əliyev hadisə yerindəcə keçinib. 
 
 
Şöhrətddin Quliyevi klubun mühafizəçiləri tərksilah edib. Daha sonra polis gəlib. Şöhrətddin Quliyev ilk etirafını elə hadisə yerindəcə edib: "Bu qisasdır”. 



Xəbərin oxunma sayı : 562




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap