![]() |
|














“Mən burdayam! Kişiliyin çatırsa, gəl bura“ - “Bizi əsəbləşdirməyin, özünüzü yaxşı aparın!”
Tarix 04.10.21, 16:44 |
|
.jpg)
“Bilirdilər ki, bizim qabağımızda dura bilməzlər. On min fərari hər şeyi göstərir. Bu fərarilərin içində Ermənistanın keçmiş prezidenti Serjik Sarkisyan da var idi”.
Bunu Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldarkən deyib.
“Bu yaxınlarda mənə verilən məlumata görə, o, haradasa Azərbaycan haqqında, Ulu Öndər haqqında öz səviyyəsinə uyğun çirkin sözlər ifadə etmişdir. Birinci fərari elə odur. Çünki o, müharibə zamanı Xankəndiyə soxulmuşdu, guya orada hansısa işlər görəcək. Amma görəndə ki, Azərbaycan Ordusu artıq gəlir və onun qulağından tutub Bakıya gətirə bilər, qorxaqcasına oradan fərari kimi qaçmışdır. Mən ona Serjik Sarkisyan ona görə demirəm ki, onu alçaltmaq istəyirəm, ona görə ki, bu, onun əsl adı və soyadıdır. Bizim arxivlərimizdə bu məlumatlar var. Onun “metirka”sında, yəni, doğum haqqında şəhadətnaməsində, onun komsomol biletində Sarkisyan Serjik yazılıbdır. Sonra bunu edib Sarkisyan Serj. Guya “Serj”, necə deyərlər, məqbul bir addır”, - İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti deyib ki, Sarkisyan ömrü boyu oğru, cinayətkar, saxtakar, xain, satqın, fərari kimi tanınıb:
“Serjikin oğurluğu haqqında Ermənistanda bilməyən yoxdur. Bu gün onunla əlbir olan “müharibə qəhrəmanları” artıq ya həbsdədir, ya cəhənnəmdədir. “Tuşonka” satan və artıq cəhənnəmdə yanan, Serjikin sağ əli olan “general” Ermənistan ordusunun və Serjikin əsl simasını göstərir. Müharibə zamanı “tuşonka” satan general hansı sözlərə layiqdir? Serjikin sağ əli olan, müharibə dövründə müdafiə naziri vəzifəsində çalışan hərbi cinayətkar bu yaxınlarda Ermənistanda həbs edildi, oğurluğa görə. Nasaz silahlar alırdı, pullarını da qoyurdu cibinə. Bu haqda bizdə kifayət qədər məlumatlar var, həm müharibədən əvvəl, həm müharibə zamanı hansı əməllərdən çıxırdılar. Ayaqları altında torpaq yanırdı, Azərbaycan Ordusu hər gün irəli gedirdi, Ermənistan müdafiə naziri kontraktlar imzalayıb, nasaz silahlar aldırıb, qiymət fərqini də cibinə qoyurdu. Onlar Serjikin yetirmələridir, onun kimi oğrulardır.
Mən deyəndə ki, Serjik hərbi cinayətkardır, bunu təkcə mən demirəm, bunu bölgə ilə tanış olan bütün qərəzsiz və müstəqil politoloqlar, jurnalistlər deyirlər. Britaniyalı jurnalistə verdiyi müsahibədə demişdi ki, Xocalı soyqırımını şəxsən özü törədib. Bunun da izahatını vermişdi ki, azərbaycanlılar bilməlidirlər, Ermənistan ordusu dinc əhaliyə qarşı silah qaldıra bilər. Bu qanlı cinayətkar Serjik Sarkisyandır. Xain deyirəm, bu, təhqir deyil. O, hər addımbaşı xəyanət edib. Birincisi, çörəyini yediyi Azərbaycan xalqına. İkincisi, onun rəhbəri olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin birinci katibi Gevorkova ki, onun yavəri olub, onun qovluq daşıyanı olub. Bu, onun tərcümeyi-halında da var, bəlkə də onu sildirib, amma bizim arxivlərdə var. Çünki onun vəzifələrə təyin olunması Bakıdan keçirdi. Bizim arxivlərdə hər şey var. Serjik Sarkisyan Boris Gevorkovun rəsmən köməkçisi vəzifəsini daşıyırdı, amma faktiki olaraq nökəri, kabab bişirəni və istirahət məclislərinin təşkilatçısı funksiyasını yerinə yetirirdi. Sonra nə oldu? Sonra separatist hərəkat başlayan kimi Serjik Gevorkovu satdı, xəyanət etdi. Bu, ikinci xəyanət. Üçüncü xəyanət onun rəhbəri olan Köçaryana qarşı idi. İndi Ermənistanda bunu bilməyən yoxdur. Serjiki qulağından tutub vəzifələrə gətirən Köçaryan olmuşdur. Bütün vəzifələrə onu o, təyin edib. Prezident vəzifəsinə də zorla o, təyin etdirib. Halbuki erməni xalqı Serjikə nifrət edirdi. Ondan sonra nə oldu? Heç bir il keçmədi Köçaryanı artıq kənara qoydu, heç telefonlarına da cavab vermirdi. Görün, bu, nə qədər alçaq xislətli bir ünsürdür”.
Ölkə başçısı deyib ki, müharibə ilə bağlı təhlillər onu bir daha göstərir ki, bu müharibənin uduzan tərəfi məhz Serjik Sarkisyan və onun kimilərdir.
“İndi o, məğlubiyyəti Paşinyanın üstünə atmaq istəyir. Guya Paşinyan günahkardır. Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib. O, cəmi iki il ərzində ordu yarada bilərdi? Yaxud da ki, “möhkəm”, “güclü ordu”nu dağıda bilərdi? Bu ordunu yaradan Serjikdir. Serjik Ermənistanda müdafiə naziri olub. Serjik Ermənistanda baş nazir olub. Prezident Administrasiyasının rəhbəri olub, Təhlükəsizlik Nazirliyinin rəhbəri olub. Prezident olub 10 il ərzində. Bu ordunu yaradan Serjik deyil, kimdir? Biz o ordunu məhv etməklə Serjiki və onun kimi ünsürləri məhv etdik. Qoy o, bu məğlubiyyəti Paşinyanın üstünə atmasın. Paşinyan nə edib, o başqa məsələdir. Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin “Madagiz” adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub. 2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb. Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, - bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, - onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar - biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər. Ondan sonra iki il ərzində ağzına su alıb susmuşdu. Nə qədər onu təhqir etdilər. Nə qədər onun cinayətkar qohumlarını həbs etdilər. Xaricdə gizlənmiş və Kolumbiyanın, ya da Qvatemalanın pasportunu almış bir yaxın qohumu var, adını da dəyişdirmişdi. Necə ki, vaxtilə Serjik özünü “Serj” edib. Qohumu da özünə bir ad verib – “Qonzales”. Qulağından tutub gətiriblər və həbs ediblər. Qorxusundan susub, nə desin? Müharibədən sonra yenə baş qaldırır. Müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanada idi. Onun kimi oğru bizim bölgədə bəlkə də hələ doğulmayıb.
Bu gün İrəvanda oturub, öz çirkin ağzını açıb mənim atamın haqqında söz demək ona çox baha başa gələr. Artıq onun qulağından tutub dartmağımıza az qalmışdı. O da yenə haradansa öyrənib, bilib və Xankəndidən qaça-qaça gedib oturub İrəvanda. Bu yaxınlarda keçirilmiş seçkilərdə görün, heç beş faiz səs toplaya bilməyib. Görün, erməni xalqı bu məxluqa nə qədər nifrət edir ki, hətta müharibədə günahkar sayılan iqtidara daha çox səs verdi, nəinki ona. Odur ki, bir də deyirəm, bax, mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi.
Bu sözləri deməklə, təkcə öz çirkin ağzını açaraq cəfəng sözləri deyən, naftalin qoxusu verən bir ünsürə cavab vermirəm. Bütün Ermənistanda onun kimilərə, bütün revanşist hisslərlə yaşayanlara müraciət edirəm - ağlınızı yığın başınıza. Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz".
Xəbərin oxunma sayı : 1618
Gündəm
Xəbərlər
-
Avropa İttifaqı İsrailə qarşı sanksiya paketi təklif edir - Ticarət qadağası da gündəmdədir
-
Məcnun Məmmədov Yaponiya səfiri ilə görüşdü - Fotolar
-
Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
-
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verildi - Fotolar
-
Nifrət səfirləri olmayın - İrakli Kobaxidze Aİ səfirlərinə çağırış etdi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Selçuk Bayraktardan daha bir möhtəşəm layihənin anonsu: Yeni sosial platforma yaradılır
-
Bacısından şikayət edən qadını məhkəmə önündə sürüdü - “Səni öldürəcəyəm”
-
Azərbaycanın xarici ticarət dövriyyəsində əsas ölkələr - Birinciliyi bu ölkə qoruyur
-
“İsrailə sanksiyalarla bağlı yekun qərara gəlməmişik“ - Rəsmi Berlin
-
Dələduzluğa məruz qalan vətəndaşdan Vilayət Eyvazova - MÜRACİƏT
-
“Zümrüd Residence“dən 3 otaq ev aldı, 2 otaq çıxdı - “Kupça“ da ala bilmirik“
-
Azərbaycandan ən çox hansı ölkələrə pul köçürülür? - SİYAHI
-
Lənkəranskinin qardaşının 700 minlik villası ilə bağlı fırıldağın - Təfərrüatı
-
“Putini şirnikləndirməklə razılaşma cəhdi nəticə verməyəcək“ - Lavrov
-
Beyləqanda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirildi - Fotolar
-
Mərhum generalın cinayət işi üzrə məhkəmə yekunlaşdı - İş adamlarına hökm oxundu
-
Fransadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb - Tam siyahı
-
Rayonlara leysan və dolu yağacaq - Sabahın havası
-
Gədəbəy rayonunda maye qazdoldurma məntəqəsi bağlandı - VİDEO
-
Vəkil Cavidan Osmanlıya cinayət işi başlanılıb - Dələduzluğa görə
-
Əvvəl arvadını öldürdü, sonra özünü bıçaqladı - Sumqayıtda cinayət
-
Türkiyə mediasında “Qarabağ”ın zəfəri bu cür təqdim edildi - FOTO
-
“Sədərək” və “Binə”də valyuta köçürmə sistemi - 1,5 milyonluq dələduzluq və müəmmalı Həmzə…
-
Bank borclarına görə qərarların 50%-i icra olunmur - Deputat
-
Zelenski Qərbə çağırış etdi: “Daha çox Ukraynanı düşünün”
-
“Villa İnşaat``dan ev almaq istəyən şəxsin 30 min manatı mənimsənilib - VİDEO
-
Bu zəfər futbolçulara stimul verəcək - Qurban Qurbanov
-
Trampın səfəri zamanı dron uçurdular - Həbs edildilər
-
Masazır və Xırdalanda qiymətlər Bakıdan niyə bahadır? - Açıqlama
-
İsrail və Suriya rəsmiləri Bakıda görüşəcək - Bu tarixdə
-
Xırdalanda “Albus“ MMC-nin tikinti işləri sakinlərdə narazılıq yaradıb - VİDEO
-
“Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram“ - Zelenski
-
Babək prospektində yerləşən təkər bazarında yanğın olub - VİDEO
-
Əhalinin dərman xərcləri xeyli artıb - VİDEO
-
Xarici diplomlar hansı hallarda tanınır? - VİDEO
-
Separatizmə son qoyan əməliyyat
-
Azərbaycanın suveren hüququ - lokal antiterror tədbirləri
-
“Futbolçularımdakı inam qələbə qazanmağa kömək etdi“ - Qurban Qurbanov
-
“Qarabağ“dan möhtəşəm geridönüş - “Benfika”nı da devirdi! + VİDEO
-
Tramp Azərbaycanla bağlı növbəti paylaşım edib: Bu mənim üçün əbədi dostluq olacaq
-
“BMT Təhlükəsizlik Şurasının tərkibində islahatlara ehtiyac var“ - Quterreş
-
Vardanyan Paşinyanın və ATƏT-in Minsk qrupunun üzvlərinin dindirilməsini istəyir - MƏHKƏMƏ
-
İlham Əliyev BƏƏ Prezidenti ilə görüşünə dair paylaşım edib - VİDEO
-
Bu binalarda satılan mənzillərin qiyməti artıb - VİDEO
-
Azadlıqda olan həmin vəzifəlilərin həbsi tələb edildi - VİDEO
-
Sumqayıtda yaşayış binasında yanğın baş verib - VİDEO
-
“MFX-Trading İnvestisiya Şirkəti”ndə eniş davam edir - Dövriyyəsi 207 milyona yaxın azalıb
-
Azərbaycan xüsusi təyinatlılarının da iştirak etdiyi çoxmillətli təlim başa çatıb - VİDEO
-
Vacib və labüd əhəmiyyət daşıyan antiterror tədbirləri
-
Bəzi ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İpoteka ilə ev almaq istəyənləri sevindirəcək xəbər - Bu ərazidə...
-
“Zelenski Rusiya ilə razılığa gəlməli olacaq“ - Tramp
-
Qəbristanlıqlarla bağlı xaos: İdarəetmə bələdiyyələrə verilə bilərmi?
-
“İtaliya Rusiyanın hücumuna hazır deyil“ - Müdafiə naziri
-
Azərbaycandan 4 ölkəyə məhdudiyyət - Mallar geri qaytarıldı
-
Şanlı Qələbələr ayı
-
BƏƏ Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı - FOTO
-
Leysan olacaq, şimşək çaxacaq - Sabahın havası
-
Ali Məhkəmənin hakimi təqaüdə yola salındı - FOTO
-
İlham Əliyevin adından BƏƏ Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezidentlər Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər - FOTOLAR
-
Nazirlik Nigar Köçərlinin kitablarını müsadirə edib? - Rəsmi açıqlama
-
“Veysəloğlu-Distribusiya“ ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - FOTOLAR
-
Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında olublar - FOTOLAR
-
“Qarabağ”ın gəncləri “Benfika”ya uduzdu - 1:7
-
Azərbaycanda az iş saatı ilə yüksək maaş alan sahələr - CƏDVƏL
-
Tramp bu nəşri məhkəməyə verdi - 15 milyard dollar tələb edir
-
Güllələnmiş heykəllərə baxdılar - FOTOLAR
-
Məktəbli bıçaqlanaraq öldürüldü - Sinif yoldaşı saxlanıldı
-
DOST işçiləri arasında dava: Süpürkəçi həmkarını vurdu
-
“Vaxt olur, Səmiyyəyə yemək almağa imkanım çatmır, kömək edin” - MÜRACİƏT
-
Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - FOTOLAR
-
Leysan yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR
-
Azərbaycan gələn il nə qədər borc alacaq və nə qədər qaytaracaq? - MƏBLƏĞ
-
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
-
Maliyyə Nazirliyinin işçiləri “gecələr niyə yatmırlar?” - Təfərrüat
-
Bir evdən məktəbə yola düşən 6 uşaq... - FOTO
-
İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
-
“Buraxılış imtahanında yeni test modeli tətbiq ediləcək“ - Məleykə Abbaszadə
-
Tanınmış idmançı vəkilinin pulunu vermədi - Məhkəmədə uduzdu
-
Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi - VİDEO
-
Bakının mərkəzindəki gecə klubu bağlandı - VİDEO
-
Gələn il Azərbaycanda inflyasiya azalacaq - RƏSMİ
-
Uğursuz göz əməliyyatından sonra əlil oldu - TƏFƏRRÜAT
-
Azyaşlı övladı Fransada əllərindən alınan azərbaycanlı qadından açıqlama - VİDEO
-
Bu iki səfirliyin Azərbaycanda vergi borcları var - 250 min manat
-
Yasamal rayon 286 saylı məktəbdə summativ pulu yığılır? - İDDİA
-
Qafqaz İslam Ordusu Bakını necə xilas etdi? - 107 il öncənin tarixi həqiqəti
-
Feldşer Müdafiə Nazirliyini məhkəməyə verdi - Əvvəl uddu, sonra uduzdu
-
Avro yenidən 2 manatı keçdi - Rəsmi məzənnələr
-
İsrail genişmiqyaslı hücuma başladı - Qəzzanı ələ keçirmək istəyir
-
Bakıda böyük dəyişiklik başlayır: Hansı ərazilər yenidən qurulacaq? (VİDEO)
-
Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar
-
“Benfika“ya qarşı çəkinmədən oynayacağıq“ - Qurban Qurbanov
-
Prezident o evlə bağlı tapşırıq verdi - VİDEO
-
“İlon Mask “Tesla” səhmlərini 1 milyard dollara aldı” - “Bloomberg”
-
Keyfiyyətli təhsil ucuz başa gələ bilməz - NAZİR
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
-
Türk əsilli Sinan Selen gizli xidmətin rəhbəri oldu - Almaniyada tarixi ilk
-
“Qəzzada öldürülən fələstinlilərin sayı 680 min nəfərdir” - BMT dəhşətli rəqəm AÇIQLADI
-
Aeroportdan şəhər istiqamətinə yeni taksi qiymətləti - VİDEO
-
Boşanmaların səbəbi nədir və ya kimdir günahkar - AÇIQLAMA
-
Gələn ilin dövlət büdcəsi əsasən hara xərclənəcək? - VİDEO
-
Sabirabadda tükürpədən qətl: Söyüşə görə başını kəsib bədənindən ayırdı
-
1988-1992-ci illərdə ermənilərin cinayətlər ilə bağlı sənədlər tədqiq edilib - FOTOLAR
-
Azərbaycan futbolunda son 10 ilin rekordu təkrarlandı - 12:0
-
“Qızıl Ulduz 2001”də səyyar vergi yoxlaması - 400 min manat əlavə vergi, 200 min manat sanksiya
-
Milyarderlərin münaqişəsi: Mask Sorosu insanlığa qarşı cinayətdə ittiham etdi
-
Azadlığa çıxmaq istədi, 30 min manat pulu batdı - Dələduzluq cinayəti
-
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: “Uşaqları məktəbə necə göndərək?“ (VİDEO)
-
Bilik günü: 288 nömrəli məktəbdə “birinci“lərin duyğuları - VİDEO
-
“İsraillə danışıqlar aparmağın mənası yoxdur“ - Qətər Əmiri
-
Şuşada külli miqdarda silah-sursat aşkarlandı - Video
-
Bakıda və rayonlarda leysan yağacaq - XƏBƏRDARLIQ
-
7 ay ərzində Azərbaycana 675 min smartfon gətirilib - Ölkələr və qiymətlər
-
Prezident Şuşada Bayraktaroğlunu qəbul etdi - Fotolar
TOP 10
ARXİV