Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ermənistan İranla əlbir olaraq...“ - Prezidentdən ŞOK İTTİHAMLAR

Tarix 15.10.21, 15:35

Font ölçüsü : - / +
bitmap-img6


"İşğal dövrü Azərbaycanın əraziləri talan edilərək Ermənistana və İrana satılıb"

“Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”

“Ermənistan, işğaldan öncə Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız 1 məscid “tolerantlıq” nümunəsi kimi saxlanılıb və İrandan olan “mütəxəssislər”in vasitəçiliyi ilə onu İran məscidi kimi təqdim etməyə cəhd göstərilib”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.

Dövlət başçısı işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb: "Ermənistan həmçinin ətraf mühitə də böyük zərər vurub. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb. Qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib. Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər”.

“Azərbaycan Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb”- deyə, Prezidenti İlham Əliyev bu barədə Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında bildirib.

Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

“Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”, - deyə Azərbaycan Prezidenti bildirib.



Xəbərin oxunma sayı : 1597




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap