“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Üç aya Avropada COVİD-dən 700 min adam ölə bilər - Yeni proqnoz

Tarix 24.11.21, 23:37

Font ölçüsü : - / +
bitmap-img6


Gələn il mart ayının 1-dək Avropada COVİD-19 infeksiyasından ölənlərin sayı 2 milyon 200 min nəfəri ötə bilər. 

Novator.az saytı “Euronews” kanalına istinadla xəbər verir ki, bu bədbin proqnozu Dünya Səhiyyə Təşkilatının ekspertləri irəli sürüblər.

Hazırda Avropa koronavirusun dördüncü dalğasının episentrində yerləşir. Dünyadakı yoluxmaların 60 faizi bu qitədə qeydə alınır.

Ötən həftə Avropada koronavirusdan gündəlik ölüm sayı 4200 nəfər təşkl edib. Bu, sentyabrdakı göstəricidən iki dəfə çoxdur.

Dünya Səhiyyə Təşkilatının Avropa bölməsi 53 ölkəni əhatə edir. Bura Mərkəzi Asiyanın da bəzi ölkələri daxildir.

İndiyədək həmin 53 ölkədə COVİD-dən 1 milyon 500 min ölüm qeydə alınıb. Gələn il martın 1-dək ölüm sayının 2 milyon 200 min nəfəri ötəcəyi proqnozu üç aydan bir az artıq müddətdə regionda 700 mindən çox əlavə ölümün baş verəcəyi deməkdir.

İki həftə qabaq Dünya Səhiyyə Təşkilatının ekspertləri proqnoz vermişdilər ki, gələn il fevralın 1-dək Avropada COVİD-dən daha 500 min adam ölə bilər.

Hazırda proqnozu martın 1-dək genişləndirən və ölüm sayının 700 min nəfəri ötə biləcəyi haqda xəbərdarlıq edən ekspertlər virusla mübarizə tədbirlərini gücləndirməyə çağırırlar.

2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası dünyada 5 milyon 186 mindən çox adamın ölümünə səbəb olub.



Xəbərin oxunma sayı : 445




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap