Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Mahirin baş məşqçisi sərt danışdı: “Emrelinin kimliyini bilmirəm“

Tarix 08.01.22, 19:13

Font ölçüsü : - / +
bitmap-img6


Polşa "Legiya"sının baş məşqçisi Aleksandar Vukoviç komandadan ayrılmaq istəyən Azərbaycan millisinin futbolçusu Mahir Emreli barədə fikirlərini bölüşüb.

AzFakt.com xəbər verir ki, serbiyalı mütəxəssis 25 yaşlı hücumçunu anlamaqda çətinlik çəkdiyini açıqlayıb.

"Ötən ay Mahirlə söhbətdən sonra demişdim ki, onun barədə məndə müsbət təəssürat yaranıb. Yanvarda görüşməyə razılaşmışdıq. İndiki vəziyyət və yanaşmasındakı dəyişiklik məcbur edir ki, belə fikrə gələk: Bu, necə oyunçudur ki, əvvəlcə yanvardan məşqlərə qatılmağa və heyətdə yer uğrunda mübarizəyə hazır olduğunu bildirir, sonra isə mövqeyini tamamilə dəyişir?!" deyə o vurğulayıb.

Vukoviç bildirib ki, onun üçün əsas məsələ hansı oyunçularla çalışacağını aydınlaşdırmaqdır: "Mahir Emreli ilk məşqimizə və tibbi baxışa gəlmədi. Bu ay mənim onunla birbaşa təmasım olmayıb. Birləşmiş Ərəb Əmirliklərinə hamımız birgə uçmamışıq. Mənim üçün yalnız komandada kimin oynayıb-oynamayacağı önəmlidir. Bu, çox sadə məsələdir. Kim "Legiya"da olmaq istəmirsə, bunu mümkün qədər tez öyrənməyə üstünlük verirəm. Söhbət təkcə Emrelidən yox, komandada olmayan istənilən oyunçudan gedir. Məsələni aydınlaşdırmaq üçün belə edirəm".

Baş məşqçi Emreli ilə birlikdə azarkeşlərin təzyiqinə məruz qalan braziliyalı hücumçu Lukinyasın artıq məşqlərə qatıldığını xatırladıb: "Həyatda elə hallar olur ki, insanın kim olduğunu öyrənirik. Lukinyas barədə təsəvvürüm var, amma bu gün Emrelinin kimliyini bilmirəm".

Qeyd edək ki, Mahir Emreli "Legiya"nın qış təlim-məşq toplanışına qoşulmayaraq, klubla müqaviləsini pozmaq istəyilə vəkillərinə müraciət edib. (Report.az)



Xəbərin oxunma sayı : 505




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap