“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Polis əməliyyat keçirib - 57 nəfər saxlanılıb, 120 kq narkotik götürülüb (VİDEO)

Tarix 12.05.22, 18:21

Font ölçüsü : - / +
bitmap-img6


Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin daha 57 üzvü saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Həmin şəxslərdən ümumilikdə 120 kiloqram narkotik vasitə və psixotrop maddə, həmçinin 4360 ədəd psixotrop tərkibli həb aşkar olunub.

Daxil olan məlumat əsasında Abşeron və Binəqədi rayonlarında keçirilən əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Pənah İsmayılov və Ramin Abuzərov saxlanılıblar.

Pənah İsmayılov üzərindən və yaşadığı evdən 42 kiloqram, o cümlədən 30 kiloqram heroin, 9 kiloqram metamfetamin, 3 kiloqram marixuana, elektron tərəzilər və 1 ədəd narkotik vasitələrin satışına dair qeydlər apardığı dəftər, Ramin Abuzərovdan isə 8 kiloqram müxtəlif adda olan narkotik maddə aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Astara və Salyan rayonlarında həyata keçirdikləri əməliyyatlar zamanı əvvəllər məhkum olunmuş Fuad Əliyev, Emil Babayev, Bəxtiyar Əsədov, Fazil Baxşəliyev, eləcə də Elşən Əliyev, Rüstəm Əliyev və Sevinc Qasımova saxlanılıblar. Bu şəxslərdən, eləcə də evlərindən 56 kiloqram, o cümlədən 34 kiloqram heroin, 22 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 3300 ədəd metadon həbi aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, adları çəkilən 9 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda yüksək təsiresici xassəyə malik narkotik vasitəni Azərbaycan ərazisində qəbul edərək satışı təşkil etməli imişlər.

Paytaxtda, eləcə də, cənub və qərb bölgələrdən həyata keçirilən digər əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edilən daha 48 nəfər saxlanılıb. Bu şəxslərdən 14 kiloqram heroin, kokain, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbiri seçilib.







Xəbərin oxunma sayı : 814




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap