Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

“Kiçik qığılcımın” yaratdığı böyük təhlükə – III Dünya Müharibəsi hər an başlaya bilər

Tarix 23.05.22, 23:07

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli böyük dövlətlər arasında münaqişə ehtimalının artdığını bildirib. “Amerika Rusiya və Çinlə toqquşa bilər” deyən amerikalı generalı Moskva və Pekinin oyun qaydalarını dəyişməyə çalışdığını vurğulayıb. Mark Milli Amerikanın qeyri-sabit dünya ilə üz-üzə qaldığı və beynəlxalq aləmin sabitliyin getdikcə pozulduğu qənaətindədir.

Mark Milli ilk dəfə deyil ki, böyük dövlətlərin toqquşma ehtimalının yüksək olduğunu bildirib. O aprel ayında verdiyi açıqlamada ölkəsinin Rusiyanın Ukraynaya qarşı hərbi müdaxilənin qarşısını almaqda aciz qaldığını etiraf etmişdi. Amerikalı general ölkəsinin prosesə müdaxiləsi halında Rusiya ilə toqquşacağını söyləmişdi. Mark Milli Ukraynadakı müharibənin illər sürəcəyi ehtimalını da irəli sürüb. Bu isə o deməkdir ki, ABŞ-la Rusiyanın toqquşması ehtimalı getdikcə artacaq.

Mark Milli proqnozlarında haqlıdır. Mövcud vəziyyət Birinci Dünya müharibəsindən öncəki durumu xatırladır. O zaman da böyük dövlətlər arasındakı münasibətlərdə gərginlik var idi, kiçik qığımcım böyük müharibənin başlamasına rəvac verdi və milyonlar insan həlak oldu. Amerikanın Rusiya və Çinlə münasibətləri getdikcə gərginləşirsə Birinci Dünya müharibəsi öncəki dövrdə olduğu kimi kiçik qığılcım yenidən böyük dövlətlərin toqquşmasına gətirib çıxara bilər. Hazırda “kiçik qığılcım” Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə sayıla bilər. Digər “kiçik qığılcım” isə Çinin Tayvan adasını nəzarətə götürmək istəyi ola bilər.

Rusiya və Çin isə özləri üçün təhlükəni təklənmələrində görürlər. NATO Rusiyaya qonşu olan dövlətlərin hesabına genişlənir, Çinin qonşuları isə Amerika ilə siyasi və hərbi ittifaqı gücləndirirlər. ABŞ prezidenti Co Baydenin Cənubi Koreya və Yaponiyaya səfərinin əsas məqsədi məhz Çinə qarşı siyasi və hərbi bloku gücləndirməkdir.

“Atlas” Araşdırmalar Mərkəzi



Xəbərin oxunma sayı : 1174

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap