“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Azərbaycana ən böyük kibertəhdidi Rusiya və İran yaradır“ - Dövlət Xidmətinin idarə rəisindən ŞOK İTTİHAM

Tarix 17.06.22, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


"Pirat proqram təminatları və əməliyyat sistemlərindən istifadə ən böyük kibertəhdidləri yaradan vasitələrdəndir. Ən çox da Rusiya və İran saytlarından yüklənən proqram təminatları belə təhdidləri yaradır".

AzFakt.com "Report”-a istinadən xəbər verir ki, bunu "Fintex Sammit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədovun sözlərinə görə, bu ölkələrin saytlarından yeklənən proqram təminatı və əməliyyat sistemlərinin 80-90 %-i zərərvericilərlə təmin edilib: "Son zamanlar fişinq (Phishing) hücumlarının sayı artıb. Xüsusən də dövlət qurumlarının və daşıma şirkətlərinin adından saxta şəkildə hazırlanmış saytlarla qarşılaşırıq. Həmçinin sosial şəbəkələr, xəbər saytları, banklar üzərindən də fişinq hücumları artıb.

Həmçinin dövlət qurumları adından insanlara zəng edib onları aldadıb məlumatlarını ələ keçirirlər.

"Azstatnet" şəbəkəsi üzrə 193 milyondan çox zərərli keçid təhlükəsizlik divarları, 3 milyondan çox zərərli keçid mərkəzləşdirilmiş antivirus sistemi vasitəsi ilə, 35 mindən çox hallarda hədəflənmiş zərərli fayl "Sandbox" sistemi vasitəsi ilə və 744-dən çox xüsusi indikator xüsusi hədəflənmiş kiberhücumların içərisindən çıxarılıb və dövlət qurumlarının təhlükəsizliyi təmin edilib".



Xəbərin oxunma sayı : 1354




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap