“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Deputat yüksək qiymətlərə üsyan etdi: “İmkan edib təzə meyvələrdən ala bilmədim”

Tarix 22.06.22, 22:46

Font ölçüsü : - / +
bitmap-img6


"Yüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm".

Bunu Axar.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

O bildirib ki, Bakıda bazar qiymətləri fantastik həddədir:

“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!”.

O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir:

“Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər”.



Xəbərin oxunma sayı : 670




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap