Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Təhlükəsizlik Şurasının təcili iclası çağırıldı - Türkiyədən KRİTİK QƏRAR

Tarix 22.06.22, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin yeni qazma gəmisi “Əbdülhəmid” karbohidrogen axtarışlarına qatılacaq. Teleqraf.com xəbər verir ki, Türkiyənin dördüncü qazma gəmisi olaraq dənizlərdə yerini alan “Əbdülhəmid” Mərsinin Taşucu limanında növbəti əmri gözləyir.

Lazım olan avadanlıqlar gəmiyə yerləşdirildiyi vaxt Cənubi Kiprdə panika ab-havası hökm sürməyə başlayıb.

Yunan Kiprinin lideri Nikos Anastasiadis məlum gəlişmədən sonra Milli Təhlükəsizlik Şurasını növbədənkənar iclasa çağırıb.

Fransanın “Total” və İtaliyanın “Eni” şirkətləri Şərqi Aralıq dənizinin 6 və 11-ci sahələrində bərabər paya malikdirlər. 6-cı sahənin bir hissəsi isə Türkiyənin kontinental şelfinə düşür.

Brüsseldə bütün cəhdlərinə baxmayaraq Avropa Birliyinin Ankaraya qarşı sanksiya tətbiq etməsini təmin edə bilməyən Anastasiadis Türkiyənin 6-cı sahəyə girişini sözügedən iclasda müzakirəyə çıxarıb.

Digər tərəfdən, Yunan Kipri birtərəfli olaraq elan etdiyi 6-cı sahədə təbii qaz axtarışına başlayıb.

Şərqi Aralıq dənizi və adada gərginliyi artırmağa çalışan Cənubi Kipr rəhbərliyinə reaksiya verən Şimali Kipr Türk Cümhuriyyətindən verilən açıqlamada qarşı tərəf qınanılıb.

Türkiyənin karbohidrogen axtarışlarına qatılacaq “Əbdülhəmid” texniki təchizat və fiziki xüsusiyyətlərinə görə Mavi Vətəndə donanmanın ən güclüsü olaraq xidmət edəcək.

238 metr uzunluğu, 42 metr eni və ikiqat təhlükəsizlik sistemi ilə seçilən gəmi yeddinci nəsil olmaqla yanaşı, karbohidrogen kəşfiyyat işlərini gücləndirəcək. Gəmi 12 200 metrə qədər qazma qabiliyyətinə də malikdir



Xəbərin oxunma sayı : 1018




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap