“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Soydaşlarımızın hüquqlarına qənim kəsilən molla rejimi - VİDEO

Tarix 15.11.22, 22:24

Font ölçüsü : - / +
bitmap-img6


İranda insan haqlarının vəziyyəti həm iranlı fəallar, həm də beynəlxalq insan haqları təşkilatları, QHT-lər tərəfindən tənqid olunur. İran konstitusiyasında bu ölkədə yaşayan xalqlara və etnik qruplara mədəni hüquqların verilməsi nəzərdə tutulsa da, nədənsə bu haqlar azərbaycanlılara çox görülür.

Azərbaycanlılar bu ölkə əhalisinin əhəmiyyətli hissəsini təşkil edirlər və onların sayı 30-35 milyon ətrafındadır. Üstəlik, burada yaşayan soydaşlarımız İranın istər mədəni, istərsə də ictimai-siyasi həyatında müstəsna xidmətlər göstəriblər. Amma bu gün bu dövlətə rəhbərlik edənlərin azərbaycanlılara qarşı sərgilədikləri amansız mövqe nə insan hüquq və azadlıqları, nə də dinimizin buyurduğu prinsiplərə uyğun gəlir.

Politoloq Anar Əliyev məsələ ilə bağlı qeyd edib ki, İran artıq böyük “xalqlar həbsxanası”na çevrilib. Fars-molla rejimi şovinizmə söykənərək soydaşlarımızı sıxışdırır, onların milli hüquqlarını tapdalayır, Azərbaycan dilinin inkişafına, cəmiyyətdə aparıcı mövqedə olmasına imkan vermir. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz təhrif olunur. Bütün bu haqsızlıqlara etiraz edən azərbaycanlılar ən ağır cəzalara məruz qalırlar. Onların içində qətlə yetirilənlər, uzun müddət həbsə məhkum edilənlər və hansısa bir yolla canını götürüb xaricə mühacirət edənlər də var.

Ətraflı Baku TV-nin süjetində:







Xəbərin oxunma sayı : 769




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap