| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
“Mən istəməzdim ki, Əkrəm təklənsin” - Elçin
Tarix 23.01.23, 15:53 |
|
“Sovetlər dövründə Türkiyə bütün kapitalist ölkələri kimi düşmən ölkə idi. Azərbaycanda isə Türkiyəyə qarşı bu düşmənçilik xüsusi nəzarət altında idi, çünki Azərbaycan xalqının qəlbində Türkiyəyə indi olduğu kimi bir sevgi var idi”.
Bu sözləri Kulis.az-a müsahibəsində Xalq yazıçısı Elçin deyib.
Müsahibəni təqdim edirik:
– Elçin müəllim, necəsiniz?
– Rəhmətlik Abbas Zamanov demişkən, şikayətim yoxdur.
– Türkiyədən nə vaxt qayıtmısınız?
– Noyabrın 30-u getdim, dekabrın 7-si qayıtdım.
– Mükafat aldınız. Necə hiss idi?
– O mükafat Nəcip Fazilin adınadır. Açığı, gözlənilməz oldu. 20-ci əsrin ikinci yarısında türk poeziyası iki qolla inkişaf edib. Bir tərəfdə Nazim Hikmət, o biri tərəfdə Nəcip Fazil. Onlar müxtəlif yaradıcılıq üslubuna, müxtəlif dünyagörüşünə malik şairlər idi. İkisi də böyük istedad sahibi idi. Bu cür ikili xətlə inkişaf türk poeziyasını bir küll halında daha da zənginləşdirib. Tədbirə çox yaxşı hazırlaşmışdılar. Mükafatı da Türkiyə Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan təqdim etdi. Təqdimat mərasimi İstanbuldakı Atatürk Kültür Mərkəzində keçirildi və mərasimdən əvvəl cənab R.T.Ərdoğanla çox səmimi söhbətimiz də oldu.
– Türkiyədə bizim ədəbiyyata münasibət necədir?
– Bizim türk ədəbiyyatını bildiyimiz qədər onlar Azərbaycan ədəbiyyatı ilə tanış deyillər. Bilavasitə ədəbiyyatla məşğul olan adamlar, əlbəttə, bilir, tanıyırlar. Amma ümumilikdə hələ ki istənilən dərəcədə xəbərdar deyillər.
– Orxan Pamuk ölkəmizə gələndə ondan müsahibə almışdılar. Bildirmişdi ki, bizim yazıçılardan heç kimi tanımır. Sizcə, niyə onlar bizim yazıçıları tanımırlar?
– Sovetlər dövründə Türkiyə bütün kapitalist ölkələri kimi düşmən ölkə idi. Azərbaycanda isə Türkiyəyə qarşı bu düşmənçilik xüsusi nəzarət altında idi, çünki Azərbaycan xalqının qəlbində Türkiyəyə indi olduğu kimi bir sevgi var idi. SSRİ qapalı məmləkət idi. Mən Türkiyəyə ilk dəfə 1979-cu ildə Əziz Nesinin dəvəti və SSRİ Yazıçılar İttifaqının xətti ilə getmişəm. Buradan Moskvaya, orada viza, yoxlamalar, sonra da İstanbul. Qayıdandan sonra “Yaxın uzaq Türkiyə” kitabını yazdım. O zaman düşünürdüm ki, görəsən, bizi bir-birimizdən ayıran bu beton sədlər 100 ildən sonra dağılacaq? Mənim 100 illik gümanım cəmi 10 il çəkdi. SSRİ dağıldı. Dünya dəyişdi. Bir-birimizi tanımadığımız üçün sevimli Türkiyədə özünü təsdiq edə bilməyən bəzi şairlər, yazıçılar, hətta bəzən alimlər Azərbaycana gəlib, böyük ədəbiyyatçı, elm adamları kimi tanındılar, eynilə də buradan gedən bəzi təsadüfi adamlar orada özlərini böyük simalar kimi təqdim etdilər. Sonradan yavaş-yavaş kimin kim olduğu aydınlanmağa başladı.
Türkiyə həmişə bizim içimizdə olub. XIX əsrin sonları-XX əsrin əvvəllərində Azərbaycan ziyalıları həmişə Türkiyəyə meyil ediblər. Bizim teatrlarda Şekspirlə, Molyerlə, Şillerlə birlikdə türk yazıçılarının, Əbdülhaq Hamidin, yaxud Şəmsəddin Saminin əsərləri də tamaşaya qoyulub. Hələ 1980-90-cı illərdə Azərbaycanda ən populyar roman Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı idi. Bizdə onların əsərləri çap olunsa da, bilavasitə Azərbaycan və Türkiyənin əlaqəsi olmadığı üçün bizimkilərin orada təbliği çətin məsələyə çevrilib. Son illərdə isə vəziyyət tamam dəyişməyə başladı, M.F.Axundovdan tutmuş İlyas Əfəndiyevin pyeslərinəcən, M.Ə.Sabirin “Hophopnamə”sindən tutmuş müasir şairlərimizə, yazıçılarımızacan bir çox əsərlər türkcə çap olundu. Vacibi də budur ki, bu iş həvəslə davam etdirilir. İndi vəziyyət əvvəlkindən qat-qat yaxşıdır. Türk alimləri arasında ciddi şəkildə sırf Azərbaycan ədəbiyyatının tarixi ilə məşğul olanlar var. Yeri düşmüşkən, deyim ki, hörmətli cənab R.T.Ərdoğanla söhbət əsnasında bir daha bunun şahidi oldum ki, onun Azərbaycana çox böyük bir simpatiyası, sevgisi var.
– Son hekayəniz çox tənqid olundu.
– “N.S.-nin ayaqları”nı deyirsiniz?
– Bəli…
– Bəzi hallarda o hekayənin başa düşülmədiyinə çox da təəccüblənmədim. Əslində, o hekayə pamflet idi və orada söhbət təkcə Azərbaycanda deyil, bəşəri zövqün hansı istiqamətdə inkişafından gedir. Əgər biz Mona Lizaya arxamızı çevirib, insan eybəcərliyinə baxırıqsa, bizim axırımız hara gedib çıxacaq? Bu hekayənin məğzi bundan ibarətdir. Çox təəccüb etmədim, ona görə ki, bəzi telekanallarımızda baş alıb gedən bayağılıq, ədəbiyyat adına nəşr edilən makulatura bizim bədii tələbatımızı, estetik zövqümüzü çox korşaldıb. Bu gedişatla biz hara gedirik?
– Biz sizə və yazıçı Anara rahatlıqla adınızla müraciət edə bilirik. Bu rahatlığı sizin adınız verir?
– Mənim nəvələrim də mənə Elçin deyirlər.
– Xoşunuza gəlir?
– Gəlsə də, gəlməsə də, belədir.
– İlyas Əfəndiyevin sizin hekayə yazmağınıza reaksiyası necə olmuşdu? Ümumiyyətlə, onunla münasibətiniz necə idi?
– Reaksiyası çox təbii idi. Mən yazı-pozuyla ciddi məşğul olandan sonra isə həmkar olduq. Bir-birimizin yazısının ilk oxucularıydıq. Fikrimizi deyirdik. O heç vaxt bəyənmədiyi bir şeyə bəyənirəm deməzdi.
– Siz daha çox tənqid edən tərəf olmusunuz?
– Yox. Hansısa qeydim onun ağlına batıbsa, onları qəbul edibsə, razılaşıb. Çox zaman da razılaşmayıb. Sərbəst, yaradıcı və məhrəmanə müzakirələr idi və o müzakirələr mənə çox şey verdi.
– İlk pyesinizi nə vaxt yazmısınız?
– İlk pyesim “Poçt şöbəsində xəyal”ı 25 yaşımda yazmışam. Rəhmətlik Tofiq Kazımov o vaxt Akademik Teatrın baş rejissoru idi. Pyesi teatra təqdim etdim. Mehdi Məmmədov onunla maraqlandı. Sovet senzurası “Qlavlit” onun səhnəyə qoyulmasına icazə vermədi. Bir müddət sonra Ağakişi Kazımov da səhnəyə qoymaq istədikdə yenə problem yarandı. Gənclik hikkəsi ilə ondan sonra pyes yazmadım. Həmin pyesdəki remarkaları da götürüb, dramatik povest adıyla çapa verdim. Bir çox dillərə tərcümə olundu. Bir də 1992-ci ildə pyes yazdım. 2000-ci illərdə isə “Poçt şöbəsində xəyal”ı Mehriban Ələkbərzadə tamaşaya qoydu. Tamaşa xoşuma gəldi. Ona dedim ki, sənin özün üçün xüsusi pyes yazacağam. Beləcə, onun üçün də “Qatil” pyesini yazdım.
– Niyə məhz onun üçün?
– Çünki Mehriban xanımın bu mövzuda yeni bir tamaşa hazırlamasını istədim.
– “60-cılar”dan ən çox oxuduğum yazıçı siz olmusunuz. “Ölüm hökmü” romanınızı iki dəfə oxumuşam. O dövr üçün kifayət qədər cəsarətli əsər idi...
– 1983-cü ilin axırında “Ölüm hökmü”nü yazmağa başlayanda belə bir qəti fikirdəydim ki, daxilimdəki siyasi senzuranı qırağa atıb, necə fikirləşirəmsə, necə görürəmsə, elə də yazmalıyam. Buna görə əmin idim ki, çap olunmayacaq.
– Amma çap olundu.
– 1987-ci ilin sonu, 1988-ci ilin əvvəlində çap olundu. Qorbaçovun dövrünə, yenidənqurma vaxtına düşdü, aləm qarışdı bir-birinə. Senzura da əvvəlki gücünü itirmişdi.
– Sizi həm də Bakı mühitini çox yaxşı bilən, yaxşı təqdim edən yazıçı kimi tanıyırlar. Niyə gənc yazıçılar o cür təqdim edə bilmirlər? Paytaxt adamlarından yazmaq çətindir?
– Hər bir yazıçının öz mövzusu var. Bir də ki, hər şey gəlib istedada dirənir. Ədəbiyyat canlı prosesdir. Okeanda qabarma və çəkilmə olduğu kimi, ədəbiyyatda da belədir. Tək ədəbiyyat deyil, bütün sənət növlərində belədir. 1960-70-ci illərin musiqilərinin səviyyəsi ilə indikilər eynidir? Ancaq çəkilmədən sonra, əlbəttə, qabarma gələcək.
– Siz zəngin ailələrin daxilindəki problemləri o dövrdə cəsarətlə göstərmisiniz. İndi də o problemlər var. Amma nə kinoya, nə də ədəbiyyata gətirilir.
– Hər şeyin bir vaxtı var. Gələcək.
– Hekayənizi tənqid edənlər bildirirdilər ki, Elçin müəllim 1960-cı illərdə qalıb. O dövrdən bu dövrə keçə bilməyib. Bu fikirlərlə nə dərəcədə razısınız?
– O fikirlər düzgündürsə, bəs “Daş” romanını, “Bayraqdar”ı, “Qarabağ şikəstəsi”ni, hekayələri, Brodveydən, Londondan, İstanbuldan, Romadan tutmuş Seulacan tamaşaya qoyulmuş bu qədər pyesi, məqalə və monoqrafiyaları kim yazıb? Mənim özünütəriflə qəti aram yoxdur. Ancaq bunları suala cavab üçün deyirəm. “Daş” 2016-cı ildə nəşr olundu və qısa müddətdə hələ ki 11 dilə tərcümə edilib, Berlində, Romada, İstanbulda, Moskvada, Qahirədə, Kiyevdə və s. nəşr olunub. Yazdıqlarıma bu qədər maraq haradandır?
– Son illər Nobel mükafatı alan yazıçılardan kimləri oxumusunuz?
– Bəzilərini oxumuşam. Misal üçün, Orhan Pamukun romanlarını oxumuşam. Şübhəsiz ki, istedadlı yazıçıdır. Ancaq Türkiyədə Nobel mükafatı almayan, bəlkə də, daha böyük yazarlar var. Məsələn, Yaşar Kamal. O, dünya ədəbiyyatının yaxşı romançılarından biridir. 1970-ci illərdə Nobel mükafatına namizəd də olub. Əziz Nesin də həmçinin. Digər tərəfdən də həmişə demişəm, Nobel mükafatı heç də həmişə böyük ədəbiyyatın göstəricisi deyil. Bu mükafatın verilməsi bir ajiotaja çevrilməməlidir. Nobeli almayan bir çox ədəbiyyat adamı alanlardan geri qalmır. Rus ədəbiyyatında Boris Pasternaka şair kimi yox, “Doktor Jivaqo” romanına görə Nobel mükafatı verdilər. Halbuki, bu roman rus ədəbiyyatında, məsələn, Vasili Qrossmanın eyni mövzulara toxunduğu “Həyat və Tale” romanının yanında xeyli sönük görünür. Mənim üçün Aleksandr Soljenitsın rus ədəbiyyatında üçüncü, dördüncü dərəcəli yazıçıdır. Baxmayaraq ki, “İvan Denisoviçin bir günü” kimi yaxşı bir povest yazıb. Sonrakı romanları isə siyasi sensasiyalara hesablanıb. Bədiilik baxımından böyük rus ədəbiyyatında böyük qələm sahibi olmasa da, Nobel mükafatı aldı və bu, ədəbiyyat hadisəsi yox, siyasət hadisəsiydi.
– Ədəbiyyatda Tolstoydan o tərəfə yoxdur deyə bilərik?
– Hər kəsin öz Sabiri, Svetayeva demişkən, öz Puşkini, Tolstoyu olur. Rəhmətlik dostum Araz Dadaşzadə həmişə deyirdi ki, istedadlı yazıçı olduğu kimi, istedadlı da oxucu olmalıdır. İstedadlı oxucuların öz Tolstoyu var.
– Yəqin ki, Tolstoyun əsərlərini bir neçə dəfə, təkrar-təkrar oxumusunuz...
– Elə əsərləri var ki, daha çox oxumuşam, elələri də var ki, daha az. O, dünya ədəbiyyatının nəhənglərindən biridir. Servantes, yaxud Şekspir kimi epoxal bir yazıçıdır.
– Dünya ədəbiyyatına və kinosuna ən çox təsir edən yazıçılardandır.
– Bəli. Ümumiyyətlə, XIX əsr rus ədəbiyyatı dünya ədəbiyyatının ön sırasında yer alır. Hətta fransız ədəbiyyatını da geridə qoyur. Amma bu o demək deyil ki, rus ədəbiyyatının bütün yazıçıları mənim üçün doğmadır. Məsələn, Dostoyevski mənim yazıçım deyil. Tolstoyu oxuyanda hiss etdiklərimi onda hiss edə bilməmişəm. Dostoyevski bir qədər soyuq yazıçıdır.
– Dosteyevski Tolstoy qədər insanları sevmir.
– Sevməyi bilmir, deyərdim. Ancaq söhbət sevib-sevməməkdən getmir. O, qurudur.
– Elçin müəllim, sovet ədəbiyyatı olmasa idi, Azərbaycan ədəbiyyatında nə baş verərdi?
– Azərbaycan ədəbiyyatı çox sınıxardı. Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, Mehdi Hüseynin, Əbülhəsənin romanlarına bu günün müstəqillik ab-havası ilə qiymət vermək düz deyil. Onların qiyməti ondadır ki, ədəbiyyatımızın tanımadığı roman janrını formalaşdırdılar, bəlkə, yaratdılar desəm, daha düz olar. Azərbaycan bədii, ədəbi dilinin inkişafında böyük rol oynadılar. Səməd Vurğun “26-lar”dan da, Stalindən də yazıb, xoşagəlməz siyasi ifadələr də işlədib. Ancaq paradoks da burasındadır ki, elə bu əsərlərin özünün də Azərbaycan poeziyasında poetikanın inkişafında, rəngarəngliyində, estetik baxımdan zənginləşməsində mühüm rolu olub. Sovet dövründə şairlərimiz Azərbaycan poeziyasında hecanı aparıcı bir janra çevirdilər, sərbəst şeirin milli əsasını yaratdılar. Bunları inkar etmək olmaz və lazım da deyil. Səməd Vurğun “26-lar”ı yazmaqla yanaşı, “Vaqif”i də yazıb. 1937-ci ildə tamaşaya qoyulmuş bu əsər milli şüurun oyanmasında az rol oynamadı. Elə həmin vaxtlarda yazılmış “Azərbaycan” şeirini xatırlayaq...
– Sosial şəbəkələrdən istifadə edirsiniz?
– Yox, istifadə etmirəm.
– Niyə?
– Vaxtım və həvəsim yoxdur. Bəzi xəbər saytları var ki, onlara baxıram.
– Özünüzdən əvvəlki nəsillərlə barışıqdasınız. Amma sizdən sonra gələn ədəbi mühitdə gənclər sizi qəbul etmədilər. Sizi tənqid etdilər.
– Onların heç birinə cavab verməmişəm. Buna mənəvi ehtiyacım yoxdur.
– Ən çox da Seymur Baycan tənqid edib.
– Bu şəxsi tanımıram, yazdıqlarından da heç nə oxumamışam. Bir dəfə demişəm, əgər mənim yazı-pozum belə dırnaqarası tənqidlərə dözməyəcəksə, yaxşı edirlər.
– Sizi də, Anarı da sevmədilər, bir az Əkrəmə yaxın oldular.
– Məcburi sevgi olmaz ki! Ümid edək ki, haçansa fikirlərini dəyişəcəklər, Əkrəmi də bir az yox, daha çox sevəcəklər...
– Başqa kimləri oxumusunuz?
– Üç-dörd ay bundan öncə Rəbiqə Nazimqızının kitabını oxudum. İstedadlı şairdir, cəsarətlidir, hissiyyatlıdır. Bu barədə yazmışam da. Hədiyyə Şəfaqətin şeirlərində də, hekayələrində də təzəlik, dərinlik var. Mir Mehdinin hekayələri, Xanəmirin, Fərid Hüseynin şeirləri səviyyəli bədii düşüncənin ifadəsidir. İndi sənətşünaslıq çox aşağı səviyyəyə düşüb. Sizdə iki nəfərin, Sevda və Aliyənin teatrla bağlı yazılarını oxuyuram. Onlar teatrı hiss edirlər, söhbət də professional qələmdən, yaxşı zövqdən gedir. Onlar ona görə seçilirlər ki, ümumilikdə ədəbiyyatımızın da, tənqidimizin də böyük bir bəlası odur ki, bələd olmadığımız, yaxşı dərk etmədiyimiz mövzularda yazırıq, böyük-böyük mənasız, mətləbsiz, savadsız fikirlər söyləyirik.
– İlyas Əfəndiyevin yaşı ötdükcə yaradıcılığında bioqrafik nüanslar çoxalıb. Sizdə də belə olacaq?
– İctimai baxımdan mənim həyatımla İlyas Əfəndiyevin həyatı fərqlidir. O heç bir vəzifədə çalışmayıb, heç kommunist partiyasının üzvü də olmayıb. Mən gənc yaşlarımdan ictimai həyatda, vəzifələrdə olmuşam, o vəzifələrin məsuliyyətini də yaxşı bilmişəm, o cür də işləmişəm. Ancaq hansı vəzifədə çalışmışamsa, aydın məsələdir ki, ilk növbədə yazıçı olmuşam, həmişə də bunu demişəm. Yazıçılıq mənim üçün heç vaxt ikinci plana keçməyib.
– Yazıçının başqa bir işlə məşğul olması vacibdir?
– Vacib deyil. Mənimki belə gətirib, sadəcə. Yaradan sənə istedad veribsə, onu dəyərləndirməlisən. Bir də ki, dünyada nə qədər yazıçı varsa, bir o qədər də yazıçı psixologiyası var. Birinə çətin gələn o birinə asan görünür.
– Dinə münasibətiniz necədir?
– Əgər göyə baxanda saysız ulduzları, Ayı, Günəşi görürsənsə, bu uzaqlığın, bu daimi hərəkətin, bu dəqiqliyin, kainatın bu dibsizliyinin, elə həyatın məntiqinin də, məntiqsizliyinin də bir idarə edəni, yaradıcısı var. Buna şübhəm yoxdur. İki-üç il bundan qabaq bir Amerika cərrahının, adı yadımdan çıxıb, kitabını oxumuşdum. Orada deyirdi ki, qəzaya düşmüş elə bir pasiyent gəlir ki, düşünürsən, bunun yaşamaq üçün heç bir şansı yoxdur. 10-15 dəqiqəyə öləcək. Bir də görürsən ki, o sağalıb ayağa qalxdı. Amma bəzən çox yüngül xəstəliyi olanlar da gəlir, gözlənilmədən də vəfat edirlər. Buradan nəticə çıxarır ki, hər bir insanın bu dünyada öz missiyası var. Biz o missiyanı bilmirik. Yaradansa bilir.
– “Toyuğun diri qalması” povestinizdə o dövrdə senzuraya məruz qalması üçün ciddi məqamlar var. Hətta Şahmar Ələkbərzadə onun əsasında film çəkəndə o, senzuraya məruz qalıb. Bir az da bu əsərdən danışaq.
– O povesti müdafiə edən nüfuzlu adamlar çox oldu. Moskvada “Drujba narodov” jurnalında çap olundu, sonra da 350 min tirajla nəşr edildi. 1979-80-ci illər idi. Povest o vaxtın nüfuzlu “SSRİ komsomol mükafatı”nı aldı. Ssenarisini yazdığım ilk film isə “Baladadaşın ilk məhəbbəti” olub. Ondan sonra “Arxadan vurulan zərbə”nin ssenarisini yazdım. Arif Babayev çəkdi. Şahmar da orada oynadı. Sonralar məsələ qaldırdı ki, “Toyuğun diri qalması”nın əsasında film çəkmək istəyir. Mən də o filmin ssenarisini yazdım. Filmi çəkildi. Amma qarışıq vaxta düşdü. O vaxt “Vətən” cəmiyyətində işləyirdim. Bir sıra qadınlar guya milli məsumluq keşikçiləridirlər, ayağa qalxdılar, “Vətən”in qarşında mitinqlər keçirdilər. Deyirdilər ki, sən o əsərlə Azərbaycan qadınının məsumluğuna böhtan atmısan. Başa düşməyən sadəlövhlərdən daha çox, provokatorlar idi. Şahmar da bundan son dərəcə pərişan olmuşdu. Bunun üstündən üç-dörd ay keçmişdi. Əkrəm Qaflanoğlu da mənimlə işləyirdi. Bilirdi ki, televizora baxmağı xoşlamıram. Bir axşam mənə zəng elədi ki, AzTV-ni aç. O vaxt AzTV-də “İnsan və qanun” verilişi gedirdi. Açıb gördüm, o qadını əxlaqsızlığa görə həbs ediblər. Azərbaycan qadınlarını da pis yola çəkirmiş.
– Sizi həm də qadın dünyasına yaxşı bələd olan yazıçı kimi tanıyırlar. Bununla bağlı nə deyə bilərsiniz?
– Yazıçıda gərək fəhm olsun. Kişini də, qadını da hiss etməyi bacarsın. Qadın psixologiyası, istəkləri, arzuları ilə kişininki arasında heç bir uçurum yoxdur. Forma müxtəlifliyi var, sadəcə, təkrar edirəm, qadını hiss etmək lazımdır.
– Azərbaycan Yazıçılar Birliyinin qurultayı oldu. Amma Azərbaycan ədəbiyyatını dünyada təbliğ edən, AYB-nin üzvü olan Çingiz Hüseynov qurultaya dəvət olunmadı. Sizcə, niyə görə?
– Bildiyim qədərilə Çingiz hazırda İsraildə yaşayır. Yaşı, maşallah, 90-nı keçsə də, müsahibələrini oxuyanda görürəm ki, yaradıcılıq həvəsi hələ də davam edir. Ona uzun ömür arzu edirəm. Amma dəvət olunmaması ilə bağlı heç nə deyə bilmərəm. Çox güman ki, yaşına, uzaqlığa görədir.
– Qurultayı da tamaşa adlandırmışdı...
– Özü iştirak etmədiyi bir qurultayı necə tamaşa adlandıra bilər?!
– Sizcə də, tamaşaya oxşamırdı?
– Heç bir qurultay ədəbiyyat yaratmır, ədəbiyyatın keyfiyyətinə də heç bir təsiri yoxdur. Bizdə isə qurultay ajiotajı yaradırlar və ədəbiyyatın problemləri qalır bir kənarda.
– Hansı problemləri var?
– Bədiilik problemləri. Hər il yüzlərlə roman çap olunur. Onların arasında ölkəmizi təmsil edə biləcək neçəsini tapmaq olar?
– Anar, Əkrəm Əylisli və siz çox vaxt bir yerdə olmusunuz. Heç Anarla Əkrəm Əylislinin arasındakı münasibəti düzəltmək istəmisiniz?
– Bilirsiniz, hərdən Anarla bu barədə söhbətlərimiz olur. Ancaq dostluqda da bir “qırmızı xətt” var. O xətti keçmək olmaz. Keçdinsə, həmin dostluğu bərpa etmək müşkül məsələdir. Şahbazın kitab sərgisində Əkrəmlə görüş keçirildi. İnternetdə həmin sərgidə çəkilən videonu gördüm. Haradasa 15-20 ildir ki, Əkrəmi görmürdüm. Onu o cür tənha və qocalmış görmək mənə çox pis təsir etdi. İllər öz işini görür. Bəlkə də, Əkrəm özünü tənha hiss etmir. Təki belə olsun. Əkrəm Azərbaycan ədəbiyyatında xidməti olan adamdır. “Kür qırağının meşələri” povesti, “Ürək yaman şeydir” hekayəsi hələ də yadımdadır. Bu cür əsərlər yazan adamın Azərbaycan ədəbiyyatında öz yeri var. Ancaq Əkrəmin elə cəhətləri var ki, onlar olmasaydı, daha yaxşı olardı. Mən istəməzdim ki, Əkrəm təklənsin. Problem onun xasiyyətində oldu. Daha bu barədə danışmaq istəmirəm. Ancaq dediyim o cəhətlərə baxmayaraq, bu gün mənim daxilimdə Əkrəmə qarşı heç bir kin-küdurət yoxdur. Çox yaşasın, sevincləri çox olsun. Güman edirəm ki, elə Anar da bu arzunu bölüşür.
– Atanızdan danışanda heç bir sentimentallığınız olmur. Çox rahat danışırsınız.
– İlyas Əfəndiyevin şəxsiyyətinə də, yaradıcılığına da çox böyük hörmətim və məhəbbətim var idi və o hörmət də, o məhəbbət də həmişə mənimlədir. Onun vəfat etdiyi gün həyatımın ən ağır günü olub.
– Elçin müəllim, məhsuldar yazıçı olmusunuz. Bunun üçün yaxşı imkanınız, şəraitiniz olduğunu desələr də, bütün hallarda ortada bir fakt var ki, ədəbiyyatın bütün janrlarında yaxşı əsərlər yazmısınız. Bu yaşda içinizdə, daxilinizdə yazıçı narahatlığı səngiyib, bitib, ya hələ də davam edir?
– Yazıçı yazıçıdırsa, narahatlıq da həmişə onunladır. Yorulmaq isə olub, özü də çox olub. Bir əsərin son nöqtəsini qoymusan, sinə dolusu da rahat bir nəfəs alıb, söz vermisən ki, qurtardı, bundan sonra yazmaq yoxdur! Beş-altı gün guya mənəvi dinclik içindəsən, sonra başlayırsan ora-bura vurnuxmağa, axırda yenə keçirsən yazı mizinin arxasına. O ki qaldı şərait söz-söhbətinə, yazıçı üçün bu, nisbi məfhumdur. Əlbəttə, şərait varsa, bu çox yaxşıdır. Ancaq şəraitsiz mühitdə yazılmış gözəl əsərləri də bəyəm, biz az oxumuşuq?
Xəbərin oxunma sayı : 460
Müsahibə
Xəbərlər
-
“İran danışıqları davam etdirməyi xahiş edir” - Tramp
-
Ermənistan vətəndaşlarının apellyasiya məhkəməsindən - Fotolar
-
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
-
Füzuli və Qəbələdə qum-çınqıl yataqları hərraca çıxarılır - QİYMƏT
-
ABŞ İranla hərbi toqquşmaların yeni fazasında İsrailin iştirakına qarşıdır - CNN
-
Bakıda gündəm olan sürücü: sərnişinləri qoyub siqaret çəkdi + VİDEO
-
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb - 22 məsələ müzakirə olunacaq
-
Azərbaycanlı “qanuni oğru“ Vaqif Süleymanovla bağlı YENİ İDDİA
-
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
-
Hava kəskin dəyişir: Güclü yağış, dolu və sel təhlükəsi gözlənilir
-
Türkiyədə yediyi yeməyin dadı damağında qaldı: Tramp Ağ ev üçün resept istədi
-
Borca görə hicablı qadının hicabsız fotosu yayıldı - İDDİA
-
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Azərbaycanın Fransadakı səfiri: Bu yayımlar sülh prosesinə zərbə vurur
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Minlərlə tələbəni maraqlandıran xəbər: Xaricə getmədən oxuyanları nə gözləyir?
-
Kamran Əliyev Balakəndə qəbul keçirdi - FOTOLAR
-
Ən çox şikayət olunan sığorta şirkətləri açıqlanıb - SİYAHI
-
Trampın təyyarəsi ilə bağlı maraqlı iddia - Bu səbəbdən...
-
İcbari tibbi sığorta şəhadətnaməsi elektron formata keçirilir
-
Qazaxın yollarına 639 min manat xərclənəcək - “Azərtranss“ yenə qalib oldu
-
Azərbaycanda qulaqdibi xəstəliyi ilə bağlı vəziyyət necədir? - RƏSMİ
-
Moped sürənlərin nəzərinə: Yeni rüsum müəyyənləşir
-
Quba-Xınalıq avtomobil yolunda torpaq sürüşməsi - Xüsusi texnika əraziyə göndərildi
-
Simonyanın torbasını tikənlər - Aralarında müavini də var
-
Azərbaycana kəskin istilər qayıdır - PROQNOZ
-
Zakir İbrahimov və komandası “AzerGold“dan nə qədər qazanır? – RƏQƏMLƏR
-
Məşhurlar instaqramda bunları paylaşdılar - FOTOLAR
-
Bu rayonların bəzi ərazilərində qaz olmayacaq - “Azəriqaz“ məlumat yaydı
-
Hərbçilərlə telefon söhbəti zamanı bu mövzularda danışmayın! - Nazirlikdən xəbərdarlıq (VİDEO)
-
Azərbaycan öz sözünü dedi, İsrail nəzərə aldı - Bakı Ankaranın mövqeyini necə müdafiə etdi?
-
“QHT işi“ndə hökm: Nərgiz Muxtarovaya şərti cəza verildi
-
Sumqayıtda lifti və qaz xətti olmayan bina - VİDEO
-
Zaqatalada sel yolları dağıdıb, kəndlərlə əlaqə kəsilib - VİDEO
-
“Qarabağ“ Avropa Liqasına darmadağınla başladı - VİDEO
-
Paytaxtın bu yollarında təmir gedir - SİYAHI
-
Ərdoğanın hədiyyə etdiyi silahı aeroportda polisə təhvil verdi - Fotolar
-
Mingəçevirdə 198 min litr pivəni qeydiyyatsız istehsal ediblər - Fotolar
-
Peskovdan sərt reaksiya: NATO Rusiyanı əsas düşmən elan edib
-
Baş nazir qərarları təsdiqlədi: qaz istehlakçıları və binalarla bağlı yeni qaydalar
-
Apteklərdə qiymət etiketləri yoxa çıxıb - SƏBƏB
-
İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
Çaya sel gəldi, 5 nəfər təhlükə ilə üz-üzə qaldı - VİDEO
-
Sabiq nazirin müsadirə olunan evlərini alan yoxdur - 50% endirimlə 5-ci dəfə hərraca çıxır
-
Rusiyada çalışmaq istəyənlərin nəzərinə: İş icazəsi üçün yeni şərtlər qoyulur
-
6 ayda 104 kriminal qrup zərərsizləşdirilib - Polis hesabat verdi
-
Məktəbli forması almağa hazırlaşan valideynlərin nəzərinə - VİDEO
-
Nazir şöbə müdirini vəzifədən azad etdi - FOTO
-
Beyləqanda Əsəd Cahangirlə görüş keçirildi - FOTOLAR
-
Azərbaycanın iqtisadi rayonları üzrə bankomat və POS terminallarının sayı - CƏDVƏL
-
FHN “Sədərək“ MMC-yə məxsus restoranda pozuntu aşkarladı - Cərimə olundu
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Yeni həkimlərin hamısı niyə qadındır? - Müzakirələrə səbəb olan paylaşım
-
Ankara CAATSA sanksiyalarından çıxış yolu axtarır - S-400-lərlə bağlı yeni plan
-
Dörd şirkətin meyvə şirələrində uyğunsuzluq aşkarlandı - Məhsullar geri çağırılır
-
Xaçmazda 966 min manatlıq abadlıq - “Safari“ MMC yenidən “səhnədə“
-
Meloni Tramp sualına belə cavab verdi - NATO Zirvəsindən maraqlı görüntülər - VİDEO
-
Balakən və Ağstafada intensiv yağışlar fəsadlar törədib - VİDEO
-
“Pulsuz kart” sonradan xərc yarada bilər - XƏBƏRDARLIQ
-
Nazirdən polis orqanlarına tapşırıq: Vətəndaş qəbulu işinə həssas yanaşılmalıdır
-
Xırdalan bələdiyyəsinin sabiq sədri külli miqdarda mənimsəmədə ittiham olunur - RƏSMİ
-
Müğənninin Azərbaycandan çıxışına “stop“ qoyulub - VİDEO
-
Tramp Ankaradan qayıdarkən təyyarəsini dəyişdi - Səbəbi özü açıqladı
-
Son 5 ildə hansı xidmət sahələrində xərclərimiz daha çox artıb? - Siyahı
-
Azərbaycanlılar daha çox hansı həyat sığortasını seçir? - CƏDVƏL
-
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib - FOTO
-
“Proses irəliyə doğru gedir...” - “Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər”
-
Ağstafa sakinləri gecə vaxtı dəhşət yaşadılar: “Belə şey görməmişəm“ (VİDEO)
-
Tokayevin varisi kim olacaq - Hakimiyyətin ötürülməsi ssenarisi dəyişdi
-
Pezeşkian Paşinyana təşəkkür etdi - “Bu münasibəti unutmayacağıq“
-
Azərbaycanda çəyirtkələrin sayı niyə artır? - SƏBƏB
-
Mənzilin girişinə kamera quraşdırarkən qonşunun icazəsi olmalıdır - Ali Məhkəmə
-
Tramp Ali Məhkəmədən əl çəkmir: İşə yenidən baxılmalıdır
-
“Azəri Med” daha 35 milyon manatlıq daha layihəni udub - Kimə məxsusdur?
-
Ərdoğan NATO liderlərinə qeyri-adi hədiyyə verdi - Baş nazir istəmədi + FOTO
-
Sabunçuda parkda “Əsir götürülən” ağaclar, susan qurumlar - VİDEO
-
Bakıda yol tikintisi niyə dayandırılıb? - VİDEO
-
Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)
-
Türk iş adamının Aynurə Cəfərova ilə bağlı iddiası yenidən araşdırılacaq - 5 kq-lıq qızıl qalmaqalı
-
Bakıda“Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyon ələ keçiriblər + VİDEO
-
Azərbaycan nefti daha 6.4 dollar qalxdı - Qara qızıl neçəyə satılır?
-
NATO məlumatları açıqladı: 2026-cı il üçün müdafiə büdcəsi...
-
Zaqatalada küçələri su basdı, poçt binasını sel apardı - VİDEO
-
Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? - VİDEO
-
Milyonlar qazanan iki biznesmenin sonu - Biri özünü öldürüb, digəri...
-
Qalina Mehdiyevanın təsis etdiyi şirkət hələ də vergi borcunu ödəməyib
-
NATO Ankara Bəyannaməsini qəbul etdi - Nələr var?
-
Prezidentdən Mikayıl Cabbarov ilə bağlı SƏRƏNCAM
-
Baş nazirin bu görüntüləri gündəm oldu - VİDEO
-
Müsabiqə elan edildi - İştirak haqqı 80-118 manat
-
Şuşadakı abidələrin korlanması - Qadağan edildi
-
Dünyada ən çox milyoner hansı ölkələrdə yaşayır? - Siyahı
-
Sel gəldi, köməksiz vəziyyətdə qaldı - VİDEO
-
“Netanyahunun Ərdoğan haqqında dedikləri xoşuma gəlmir” - Tramp
-
Duranın 12 milyonluq transferi təsdiqləndi - “Seltik”dən açıqlama
-
Şuşanın Kiçik Qaladərəsi kəndinə ilk köç oldu - FOTOLAR
-
NATO zirvəsində diqqət çəkən məqamlar - Ramanın ayaqqabısı, Meloninin reaksiyası... + VİDEO
-
“İranla razılaşırıq, sonra hər şeyi inkar edirlər” - Tramp
-
Prezident bu şəxslərə diplomatik rütbələr verdi - Sərəncam
-
Məşhur bankda gözlənilməz istefa - Rəhbər postunu tərk etdi
-
Quru Qoşunlarında əməliyyat təlimi keçirilir - VİDEO
-
Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirildi - Fotolar
-
Ankarada NATO-nun sammiti başladı - FOTOLAR
-
Yağış, külək, 35 dərəcə isti… – Sabahın havası
-
Tramp İranla atəşkəsin bitdiyini elan etdi - Neft kəskin bahalaşdı
-
Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir - FOTO
-
Sumqayıt İcra Hakimiyyəti Nigar Bağırovadan yenə gül alır - Bu dəfə 280 minə
-
Bu şəxslər də sığorta haqqı alacaq - Deputat qanuna dəyişiklikləri açıqladı
-
İnvestisiya şirkətlərinin yarımillik həyata keçirdiyi əməliyyatların sayı - RENKİNQ
-
6 ayda neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb?
-
Prezident İordaniya Baş nazirinin müavinini qəbul etdi - FOTOLAR
-
“Messini yarışda saxlamaq istəyirlər...” - Misirin məşqçisi FIFA-ya od püskürdü
-
Xameneinin nəşi Nəcəfdə izdihamla qarşılandı - Fotolar
-
Nazir bu agentliyə sədr müavini təyin etdi - FOTO
-
Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb - SİYAHI
-
“Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq“ - Sibiqa
-
ABŞ yenidən İrana qarşı hücuma keçdi - SEPAH dərhal cavab verdi
-
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı: Yaralılar var
-
Makron Ərdoğanın xanımının əlini öpmək istədi - Türkiyədə maraqlı anlar + VİDEO
TOP 10
ARXİV






