Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə İstədiyim məbləği versələr lüt soyunaram - Afaq
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

  • / Maqazin / — 02 Yanvar 2023

    Röya iki fərqli obrazda - FOTO

Əvəz Zeynallının həyat yoldaşı etiraz aksiyası keçirib

Tarix 24.01.23, 18:55

Font ölçüsü : - / +
bitmap-img6


Yanvarın 24-də həbsdə olan "Xural TV" internet televiziyasının rəhbəri Əvəz Zeynallının həyat yoldaşı Məlahət Qüsuri Baş Prokurorluğun İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

O, jurnalistin 5 ay həbsdə olduğu müddətdə ailəsi ilə görüş və telefon danışığına qoyulan məhdudiyyətə etiraz etdiyini bildirib.

"Əvəz Zeynallı dövlət cinayəti törətməyib və ailəsi ilə görüşüb əlaqə saxlamaq onun təbii hüququdur".

Məlahət Qüsuri bütün sivil variantlara əl atdığını qeyd edib.

Jurnalistin həyat yoldaşı yenə Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Eyvazova müraciət edərək telefon danışığı və görüş qadağalarının aradan qaldırılmasını istəyib.

Məlahət Qüsuri həmçinin axtarış zamanı evlərindən götürülən və qızlarının təhsil haqqı üçün nəzərdə tutulan vəsaitin ailəsinə qaytarılması ilə bağlı göstəriş verilməsini istəyib.

Onun sözlərinə görə, Əvəz Zeynallının səhhətində ciddi problemlər var.

"Saxlandığı təcridxananın tibbi müəssisəsində ona zəruri göz əməliyyatının aparılmaması üçün müxtəlif bəhanələr gətirilir və heç kəs məsuliyyəti öz üzərinə götürmək istəmir. O zaman müvafiq orqanlar Əvəz Zeynallının ev dustaqlığına buraxılıb zəruri müayinəsi və əməliyyatı üçün lazımi addımları atmalıdırlar".

Məlahət Qüsuri bildirib ki, tələbləri yerinə yetirilməyənə qədər hər həftə İstintaq İdarəsinin binası qarşısında etiraz aksiyası keçirəcək.

O bildirib ki, Baş Prokuroprluğun Istintaq İdarəsinin rəis müavini Qasım Məmmədov tərəfindən qəbuil edilib. "Qasım Məmmədov dedi ki, iki-üç gün müddətində qaldırdığım problemlə bağlı məsələyə baxılacaq", deyə jurnalistin həyat yoldaşı qeyd edib. (Turan)



Xəbərin oxunma sayı : 490

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap