Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

“İran nüvə silahı əldə etmək üçün planlar qurur” - “Qərbdə Pezeşkiana inanmırlar...”

Tarix 30.09.25, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


““Avropa üçlüyü” - Böyük Britaniya, Almaniya və Fransanın İrana qarşı sanksiyaları bərpa etməsi Tehranı çətin vəziyyətə salacaq”.

Bu barədə politoloq Elxan Şahinoğlu sosial şəbəkə hesabında yazıb.

Ekspert hesab edir ki, Avropa ölkələri ABŞ-dən fərqli olaraq nüvə məsələsində Tehranla razılaşmanın əldə olunmasına çalışırdılar. “Vaşinqton isə sanksiyaların sərtləşdirilməsinin tərəfdarı idi”, - o əlavə edib.

Politoloqun sözlərinə görə, Tehran Avropa ölkələrini nüvə çalışmalarını davam etdirməməyə inandıra bilmədi: “Bunun nəticəsi olaraq “Avropa üçlüyü” ABŞ və İsrailin İrana qarşı sanksiyaların tətbiqi siyasətinə qoşulmuş oldu. “Avropa üçlüyü”nün qərarı İran Prezidenti Məsud Pezeşkianın siyasətinə zərbədir. O çalışırdı ki, İrana qarşı sanksiyalar ortadan qaldırılsın və ölkəsi Qərb ölkələri ilə ticarət əlaqələrini bərpa etsin. Ancaq bu mümkün olmadı. Bunun əsas səbəbi İrandakı mühafizəkar qrupun siyasəti ilə bağlıdır. İran Prezidenti ABŞ və Avropa İttifaqı ilə münasibətləri normallaşdırmaq istəyərkən, mühafizəkarlar Məsud Pezeşkianın bu siyasətini qəbul etmədilər. Məsud Pezeşkian nüvə məsələsində söz sahibi deyil. İranda nüvə çalışmaları və uranın zənginləşdirilməsi ali dini lideri və SEPAH generallarının səlahiyyəti çərçivəsindədir. Prezident onların qərarlarına təsir edə bilmir. İran Konstitusiyası da buna imkan vermir”.


E.Şahinoğlu xatırladır ki, İranın ali dini lideri Əli Xamanei bildirib ki, ABŞ ilə danışıqlar nəticə verməyəcək və bu danışıqları davam etdirməyin əhəmiyyəti yoxdur. “Bu ali dini liderin ölkə Prezidentinə də mesajıdır ki, Vaşinqton və Brüssellə nüvə məsələsiylə bağlı danışıqları davam etdirməsin. Ali dini lider və SEPAH generalları nüvə çalışmalarından imtina etməyənə qədər İrana qarşı sanksiyalar yumşalmayacaq”, - o qeyd edib.

Ekspert bildirir ki, Qərbdə Məsud Pezeşkianın “biz nüvə silahı əldə etmək istəmirik” bəyanatlarına inanmırlar: “Çünki İranda bununla bağlı qərarı başqaları verir. Halbuki, İranın uranı zənginləşdirmək siyasətindən İran xalqı əziyyət çəkir. İrana qarşı tətbiq edilən sanksiyalar bu ölkənin iqtisadiyyatına mənfi təsir edir, sosial vəziyyət ağırlaşır, inflyasiya dərinləşir, bundan ən çox sadə iranlılar əziyyət çəkir. İran, həmçinin əsas gəlir mənbəyi olan neftini satmaqda çətinlik çəkir”.

E.Şahinoğlu hesab edir ki, ABŞ və Avropa dövlətlərinin İrana qarşı sanksiyaları davam etdirməsi İsrailin İrana qarşı növbəti dəfə raket zərbələrini aktuallaşdıra bilər. Onun sözlərinə görə, İsrail hökuməti İranın nüvə çalışmalarını davam etdirdiyini bəhanə edərək bu ölkəyə yenidən zərbə vura bilər: “Halbuki, bu problemin həlli deyil. Əksinə, İsrailin İrana hücumları İranda mühafizəkarların mövqeyini gücləndirir. Bu arada, İran parlamentinin 71 üzvü ölkənin müdafiə doktrinasına ciddi dəyişikliklər edilməsini tələb ediblər. Onlar nüvə silahının yaradılması imkanlarının nəzərdən keçirilməsini istəyiblər”.

Şahinoğlu yekunda qeyd edir ki, İranın mühafizəkar deputatları nüvə silahı əldə edilməsini lazım bilirlər. “Halbuki, İran rəsmiləri və din xadimləri əvvəllər deyirdilər ki, nüvə silahı İslama ziddir və Tehran nüvə silahı əldə etmək istəmir. Qərbdə əvvəl də bu deyilənlərə inanmırdılar. Pakistan İslam Respublikasıdır, ancaq nüvə silahı var. İslam Respublikası olan İran da nüvə silahının əldə edilməsi barədə planlar qurur”, - politoloq vurğulayıb.



Xəbərin oxunma sayı : 997




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap