Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Bakıda faciə ilə nəticələnən hadisəyə görə restoran sahibi ittiham edilir - VİDEO

Tarix 22.11.25, 23:30

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda faciə ilə nəticələnən hadisəyə görə restoran sahibi ittiham edilir
Ötən gün axşam saatlarında paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsi, 19A ünvanında çoxmərtəbəli yaşayış binasının elektrik şaxtasında yanğın baş verib. Dərhal hadisə ilə bağlı məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın səbəbindən binanın yuxarı mərtəbələrində köməksiz vəziyyətdə qalan bina sakinləri təxliyə ediliblər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, yanğının baş verməsinə səbəb binanın zirzəmisində yerləşən restoran olub. Onlar bildirirlər ki, restoran tərəfindən bir ay öncə elektromobillər üçün elektrik doldurma dayanacağı quraşdırılıb, generatoru isə zirzəmidə yerləşdirilib. Nəticədə binanın ümumi elektrik xəttində yüklənmə baş verib. Binanın baş ustası zirzəmidə olan yanıq qoxusu ilə bağlı restorana məlumat versə də, onlar əvəzində ustanı döyüblər. 

Sakinlərin sözlərinə görə, binanın təxliyyə üçün nəzərdə tutulan qapısı restoran tərəfindən zəbt edilərək elektrikdoldurma üçün nəzərdə tutulan generator yerləşdirilib. Sakinlər təxliyə qapısından istifadə edə bilmədiklərinə görə binada çarəsiz vəziyyətdə qalıblar və tüstüdən zəhərlənməmək üçün pəncərələri sındırıblar.

Çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı 3 nəfər- binanın komendantı 42 yaşlı Samir Məmmədov, Bakı Milli Geyim Evinin rəhbəri 48 yaşlı Könül Hümbətova və 7 yaşlı Arzu Qənbərli həlak olublar.

Kliniki Tibbi Mərkəzdən “Xəzər Xəbər”ə bildirilib ki, tüstüdən zəhərlənərək mərkəzə hospitalizasiya edilənlərin bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, yaşayış binasında baş verən yanğınla əlaqədər Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.





Xəbərin oxunma sayı : 229




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap