“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Azərbaycana 18 ölkədən 13,8 milyon dollarlıq it və pişik yemləri gətirilib – Siyahı

Tarix 17.12.25, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 10 ayı ərzində Azərbaycan 18 ölkədən pərakəndə satış üçün qablaşdırılmış it və pişik yemləri idxal edib.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkəyə ümumilikdə 8 min 298,8 ton məhsul gətirilib və idxalın ümumi dəyəri 13 milyon 784,9 min dollar təşkil edib.

Məlumat üçün bildirək ki, ən çox idxal Rusiya və Türkiyənin payına düşüb. Belə ki, Rusiyadan Azərbaycana 3 min 718,1 ton it və pişik yemi gətirilib. Bu məhsulların ümumi dəyəri 5 milyon 497,3 min dollar olub. Nəticədə Rusiyadan idxal olunan yemlərin 1 kiloqramının orta gömrük dəyəri 1,48 dollar təşkil edib.
Türkiyədən isə ölkəmizə 2 min 137,7 ton məhsul idxal olunub və bunun üçün 2 milyon 672,8 min dollar ödənilib. Türkiyə mənşəli it və pişik yemlərinin 1 kiloqramının orta gömrük dəyəri 1,25 dollar olub.
İdxalda növbəti yerləri Fransa və İtaliya tutur. Fransadan 476,1 ton (1 milyon 590,5 min dollar) məhsul gətirilib və bu ölkədən idxal olunan yemlərin 1 kiloqramının orta gömrük dəyəri 3,34 dollar olub.

İtaliyadan isə 482 ton məhsul idxal edilib, dəyəri 1 milyon 85,1 min dollar təşkil edib. İtaliya istehsalı yemlərin 1 kiloqramı orta hesabla 2,25 dollara başa gəlib.

Qeyd edək ki, digər ölkələrdən idxal olunan məhsulların həcmi nisbətən az olsa da, bəzi hallarda orta gömrük dəyəri yüksək olub. Ən bahalı it və pişik yemi Avstriyadan gətirilib. Bu ölkədən idxal olunan it və pişik yeminin 1 kiloqramının orta gömrük dəyəri 14,6 dollar olub. Ən ucuz it və pişik yemi isə Gürcüstandan gətirilib – 1 kiloqramı 0,83 dollar.
Bu ilin ilk 10 ayında Azərbaycana it və pişik yemləri əsasən aşağıdakı ölkələrdən gətirilib:
Rusiya – 3 718,15 ton (1 kq-ın orta gömrük dəyəri – 1,48 dollar);
Türkiyə – 2 137,71 ton (1 kq – 1,25 dollar);
İtaliya – 482,04 ton (1 kq – 2,25 dollar);
Fransa – 476,11 ton (1 kq – 3,34 dollar);
Gürcüstan – 208,01 ton (1 kq – 0,83 dollar);
Polşa – 175,12 ton (1 kq – 1,93 dollar);
Almaniya – 108,07 ton (1 kq – 3,70 dollar);
Litva – 80,09 ton (1 kq – 2,92 dollar);
Çexiya – 40,69 ton (1 kq – 3,40 dollar);
Portuqaliya – 26 ton (1 kq – 1,13 dollar);
Çin – 25,76 ton (1 kq – 5,46 dollar);
İspaniya – 22,98 ton (1 kq – 0,89 dollar);
Belçika – 17,78 ton (1 kq – 5,13 dollar);
Tailand – 10,24 ton (1 kq – 5,42 dollar);
Kanada – 9,51 ton (1 kq – 3,77 dollar);
Niderland – 1,98 ton (1 kq – 12,55 dollar);
Avstriya – 0,07 ton (1 kq – 14,57 dollar);
Hindistan – 0,01 ton (1 kq – 9,00 dollar).



Xəbərin oxunma sayı : 754




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap