“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Şirkətin 183 min pulunu belə xərclədi - İçki məclisləri, bahalı telefonlar...

Tarix 03.01.26, 14:28

Font ölçüsü : - / +
bitmap-img6


Naxçıvanda “Collabera” MMC-nin əməkdaşı şirkətin külli miqdarda pulunu ələ keçirib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şirkətdə aparılmış audit yoxlaması nəticəsində satış təmsilçisi 1989-cu il təvəllüdlü Sadiq Kərimovun (ad-soyad şərtidir) 183 min manatlıq mənimsəmə etdiyi üzə çıxıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, Sadiq şirkətdən dəfələrlə qeyri-qanuni yolla mallar çıxarıb və bunların guya hansısa mağazalara nisyə verildiyini söyləyib. Lakin sonradan Sadiqin həmin malları mağazalara vermədiyi, digər şəxslərə sataraq pulu özünə götürdüyü bəlli olub.

Həmçinin müəyyən edilib ki, Sadiq ələ keçirdiyi külli miqdarda vəsaiti bir neçə ay müddətində münasibəti olduğu qızlara xərcləyib. O, Bakıda və Naxçıvanda kirayə evlər tutub, qızlar və dostları ilə çoxsaylı içki məclisləri təşkil edib. Onlara bahalı telefonlar, gül buketləri və sair hədiyyələr edib. Bu səbəbdən S.Kərimovun ailəsində də problem yaranıb, həyat yoldaşı uşaqları götürərək evi tərk edib.

Cinayət işinin ibtidai istintaqı bir müddət əvvəl başa çatıb və iş baxılması üçün Naxçıvan Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmədə “Collabera” şirkətinin nümayəndəsi Sadiqin şirkətə vurduğu zərəri artıq tam şəkildə ödədiyini bildirib və onun barəsindəki şikayəti geri götürüb.

Məhkəmənin 29 dekabr tarixli hökmü ilə S.Kərimova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Lakin cəza 1 il 6 ay sınaq müddəti təyin edilməklə şərti hesab olunub.



Xəbərin oxunma sayı : 835




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap