“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Dövlət büdcəsinin kəsiri necə maliyyələşdirilir? - VİDEO

Tarix 03.01.26, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev 2026-cı ilin dövlət büdcəsi haqqında qanunu təsdiq edib. Sənədə əsasən, 2026-cı ilin dövlət büdcəsində kəsirin yuxarı həddinin 3 milyard 94,6 milyon manat olması nəzərdə tutulub. Büdcə kəsiri dövlət büdcəsinin xərclərinin gəlirindən artıq olması deməkdir. Bu isə təkcə Azərbaycanda deyil, dünya təcrübəsində geniş yayılan amildir.

Bəs dövlət büdcəsinin kəsirsiz olması mümkündür? Büdcə defisiti hansı mənbələrin hesabına qapadılır?

İqtisadçı Xalid Kərimli bildirib ki, büdcə siyasətində əvvəlcə gəlir mənbələri proqnozlaşdırılır, daha sonra hökumətin prioritet hesab etdiyi istiqamətlər üzrə xərclər planlaşdırılır və büdcə kəsirinin yuxarı həddi müəyyən edilir:

"Kəsirsiz büdcə mümkündür, lakin bu halda xərclərin azaldılması və ya hökumətin prioritet hesab etdiyi layihələrdən imtina tələb oluna bilər. Digər variant isə Dövlət Neft Fondundan daha çox vəsait cəlb edilməsidir ki, bu da dövlət maraqlarına tam uyğun sayılmır. Büdcə kəsirinin əsas maliyyələşmə mənbəyi daxili borclanmadır. Maliyyə Nazirliyi tərəfindən buraxılan borc alətləri hesabına kəsir maliyyələşdirilir. Buna görə də kəsirli büdcə siyasəti vahiməli hesab olunmamalıdır".

İqtisadçı Rəşad Həsənov isə dünya təcrübəsində kəsirsiz dövlət büdcəsi ilə bağlı nümunələrin olduğunu, bu sırada Almaniyanın 2005-2020-ci illərdə büdcəsində profisiti misal çəkir.

Ekspert Azərbaycanın da dövlət büdcəsinin icrası ilə bağlı təcrübəsində belə halların olmasını vurğulayıb:

"Neftin qiymətinin proqnozdan yüksək olması, neft sektorundan vergi gəlirlərinin artması və ya bəzi layihələrin icrasında gecikmələr büdcə kəsirinin azalmasına səbəb ola bilər. Belə hallarda daxili və xarici borclanmanın həcmi də yenidən nəzərdən keçirilir. Hökumətlər fiskal genişlənmədən iqtisadi artım aləti kimi istifadə edirlər. Bu baxımdan yaxın dövrdə dövlət büdcəsinin tam kəsirsiz icrası iqtisadi inkişaf üçün məqsədəuyğun sayılmır".

"Büdcə sistemi haqqında" Qanuna əsasən, dövlət büdcəsinin icrası prosesində müdafiə olunan xərclər ilk növbədə, digər xərclər isə büdcənin gəlirləri və kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə daxilolmaların vəziyyətindən asılı olaraq maliyyələşdirilir. Bu da büdcə kəsirinin xərclərin yerinə yetirilməsinə əngəl törətmədiyindən xəbər verir. 2026-cı ilin dövlət büdcəsinin kəsirinə gəlincə, bununla bağlı qanunda deyilir ki, kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanma, həmçinin 2026-cı il yanvarın 1-nə dövlət büdcəsinin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirilməsi nəzərdə tutulub.





Xəbərin oxunma sayı : 814




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap