“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Bu il sənədsiz evlərlə bağlı problem kökündən həll edilə bilər - VİDEO

Tarix 04.01.26, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq ili" elan edilməsi uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər, riskli zonalarda olan tikilələrin aqibətini yenidən gündəmə gətirib.

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirlən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq.

İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil. Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər. 

Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilən evlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası keçirilə bilər. Bu isə o demədkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.




Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap