“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Niyaməddin Musayevdən Qumralın ifası ilə bağlı açıqlama: “Ayıbdır...“ - VİDEO

Tarix 16.01.26, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Niyaməddin Musayevin "Dünya sənin, dünya mənim" mahnısının musiqisini və Məmməd Araza aid sözlərini yanlış ifa etməsi müğənni Qumral Musayevanın sərt tənqid edilməsinə səbəb olub.

Efirlərə dəvət olunan müğənni "Bir taleyin oyununda cütlənmiş zərik” ifadəsini "cütləşmiş zərik” kimi ifa edib. İzləyicilər bu ifanı Niyaməddin Musayevə hörmətsizlik kimi qiymətləndirib.

Bəs, Qumralın bu ifasını Xalq artisti Niyaməddin Musayev dinləyibmi? Niyaməddim Musayev Qaynarinfo-ya açıqlamasında Qumral Musayevanın ifasından xəbərsiz olduğunu bildirib:

"Mahnı diskoteka ritmi üzərindədir. Amma baxır onu necə təqdim etmək? Milli ruhun olması şərtdir. Gərək sözlər musiqidə özünü tapsın, oynamaqla məsələ bitmir. Mahnının sözlərinə gəlincə, ayıbdır. "Cütləşmiş" pis sözdür. Bu "cütlənmiş"dir, "cütləşmiş" başqa məna verir. Heyvanlar, quşlar cütləşir. O boyda Məmməd Arazın sözlərini dəyişmək olar? Nə deyəsən? Oxuyurlar da".

Niyaməddin Musayev izləyicilərin Qumral Musayevanın onun nəvəsi kimi təqdim edilməsinə də münasibət bildirib: "Yalan deyirlər, ayıb olsun onu deyənlərə. Görürsünüz nədən istifadə edirlər? Bu mahnını dünyanın bütün ölkələrində oxuyurlar. Əcnəbilər də oxuyur. Əcnəbilər mahnını mən oxuduğum şəkildə oxuyur. Süni intelekt də mahnını oxuyur. Hətta orada belə mahnının sözləri dəyişməyib. Belə olmaz”.






Xəbərin oxunma sayı : 169




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap