“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Ziraat Bank Azərbaycan“: Xərclər və risklər yüksəlir

Tarix 16.01.26, 12:35

Font ölçüsü : - / +
bitmap-img6


"Ziraat Bank Azərbaycan” 2025-ci ili 23,3 milyon manat xalis mənfəətlə başa vurub. 

Valyuta.az bankın hesabayına istinadla bildirir ki, bu, illik əsasda 60%-dən çox artım olsa da, maliyyə hesabatı bankın dayanıqlılığı ilə bağlı bir sıra riskləri ortaya qoyur.

Faiz xərcləri sürətlə artır

Xalis faiz gəlirləri 31,5% artaraq 47,8 milyon manata çatsa da, faiz xərcləri 2 dəfə yüksəlib və 36,6 milyon manata çatıb. Xüsusilə, depozitlər üzrə ödənişlərin 94% artması maliyyə resurslarının bahalaşdığını göstərir. Bu, gələcək dövrdə faiz marjasının sıxılma riski yaradır.

Əməliyyat xərcləri və ehtiyatlar mənfəəti sıxışdırır

Bankın əməliyyat xərcləri 65,9 milyon manat olub ki, bu da 56,7%-lik artım deməkdir. Əməkhaqqı xərclərində də 27%-lik yüksəliş müşahidə olunub. Eyni zamanda, kredit zərərlərinə görə ehtiyatlar 14,6 milyon manat təşkil edib. Banklararası tələblərə görə ehtiyatlar isə 6 dəfə artıb.

Kredit portfeli böyüyür, lakin risk artır

Kredit portfeli 44,8% genişlənərək 766,9 milyon manata çatıb. Ən böyük artım biznes kreditlərində qeydə alınıb. Bu dinamika kredit riski baxımından əlavə yük yaradır. Vaxtı keçmiş kreditlər rəsmi hesabatda cəmi 13,2 milyon manat göstərilsə də, mediada 63,6 milyon manat rəqəmi qeyd olunub. Məlumatlar arasında uyğunsuzluq müşahidə olunur.

Bahalı öhdəliklər və zəif kapital artımı

Bankın cəmi öhdəlikləri 53,3% artaraq 1 milyard 207 milyon manata çatıb. Xüsusilə, maliyyə institutlarının depozitləri 6 dəfəyə yaxın artıb. Bu, bankın bahalı resurslara bağlılığını artırır və likvidlik riskini gücləndirir.

Cəmi kapital 160,7 milyon manat olub (artım: 20,3%). Lakin aktiv və öhdəliklərin artım tempi kapital artımını geridə qoyur, bu isə əlavə kapital dəstəyinə ehtiyac olduğunu göstərir.



Xəbərin oxunma sayı : 169




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap