“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

33 il sonra evlərinə qayıdan məcburi köçkünlərə sürpriz - 10 min manat

Tarix 20.02.26, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Öz mənzillərinə 33 il sonra qayıda bilən Həqiqət və İsa Musayevlər elektrik sərfiyyatına görə 10 min 47 manat borclarının olduğunu öyrəniblər.

AzFakt.com ARB TV-yə istinadən xəbər verir ki, buna səbəb 33 il həmin mənzildə məcburi köçkün ailəsinin məskunlaşması olub.

Həqiqət Musayeva deyib ki, illər sonra evinə qovuşsa da, bunun sevincini yaşaya bilməyib.

Onun sözlərinə görə, hazırda borc səbəbindən mənzildə elektrik enerjisi yoxdur: "Mən bunu niyə ödəməliyəm?! Başa düşmürəm. Özüm yaşayıb o işığı yandırsam, ödəməyə hazıram”. 

İsa Musayev isə bildirib ki, keçmiş məcburi köçkün 10 min borcla yanaşı, evi də yararsız vəziyyətə qoyub: "Evə baxın, balkonda bir "kamaz” zibil qoyub gedib. İndiyədək onlar yaşadığı üçün işıq da onların adına idi”.

Məlum olub ki, evin müvəqqəti sakini Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə edib. Məhkəmə yolu ilə evdən çıxarılan həmin ailə mənzilin qapılarını da sındırıb. 

Məsələ ilə bağlı "Azərişıq” ASC-dən mövcud vəziyyətdən xəbərdar olduqlarını bildiriblər: "Onlara dəfələrlə xəbərdarlıq edilib, akt tərtib edilib. Elektrik enerjisinin verilişi də dayandırılıb. Lakin Balakişi Allahverdiyev ona ayrılan limitdən artıq istifadə etdiyi üçün 10 min 47 manat borcu yaranıb. Balakişi Allahverdİyev barəsində məhkəməyə müraciət edilib”.

Daha ətraflı videomaterialda: 




Xəbərin oxunma sayı : 349




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap