| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Mülki PUA-lara nəzarət olacaq - Yoxlamalar aparılacaq
Tarix 04.06.26, 11:07 |
|
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, avtonom pilotsuz uçuş aparatı uçuş zamanı insan tərəfindən birbaşa və ya davamlı idarəetmə müdaxiləsi olmadan avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə hərəkət edən mülki təyinatlı avtonom nəqliyyat vasitəsidir. Avtonom pilotsuz uçuş aparatının operatoru avtonom pilotsuz uçuş aparatının öncədən uçuş marşrutunu proqramlaşdıran, avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətini təmin edən, müvafiq şəhadətnaməyə malik şəxs olacaq.
Məsafədən idarəetmə mərkəzi avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinin təmininin məsafədən həyata keçirildiyi idarəetmə məntəqəsi sayılacaq.
Həmin uçuş aparatlarının istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.
Avtonom pilotsuz uçuş aparatının layihələndirilməsi və istehsalı aşağıdakı tələblərə cavab verməlidir:
- istənilən uçuş şəraitində yarana biləcək risklərə mütənasib davamlılıq nümayiş etdirməli, kibertəhlükəsizlik tələblərinə uyğun olmalı;
- istismar olunduğu istənilən şəraitdə, həmçinin sistemlərin biri, yaxud bir neçəsində nasazlıq baş verdikdə təhlükəsiz idarə edilə bilən və manevr qabiliyyətinə malik olmalı;
- onların mühərrikləri, pərləri və digər hissələrinin bütün istismar şəraitlərində işlək olmalı, habelə hər hansı nasazlıq zamanı yerdə olan üçüncü şəxslərin və digər hava məkanı istifadəçilərinin təhlükəsizliyinə qarşı yarana biləcək riskləri azaltmalı;
- uçuşların təhlükəsizliyinə risk yarandığı ehtimal olunan hər hansı vəziyyət və fövqəladə halların (hadisələrin) idarə edilməsini və əmlakın təhlükəsizliyini təmin etməli.
Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.
Avtonom pilotsuz uçuş aparatı operatorunun aşağıdakı vəzifələri vardır:
- avtonom pilotsuz uçuş aparatının istismarı zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək;
- hava şəraiti avtonom pilotsuz uçuş aparatının istismarına təhlükə yaratdığı, avtonom pilotsuz uçuş aparatının qeyd edilən coğrafi zonalardan kənara çıxması, avtomatlaşdırılmış idarəetmə sisteminə kənar müdaxilənin baş verməsi, nasazlıq və fövqəladə hallar (hadisələr) baş verdikdə avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemi tərəfindən verilən xəbərdarlıqlara uyğun olaraq həmin sistemə təlimatlar verməklə operativ müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) etmək;
- avtonom pilotsuz uçuş aparatının istifadəsi ilə bağlı son 6 (altı) ayı əhatə edən məlumatların saxlanılmasını və mühafizəsini təmin etmək;
- avtonom pilotsuz uçuş aparatının avtomatlaşdırılmış idarəetmə sistemində olan məlumatların real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülməsini təmin etmək, həmçinin həmin informasiya sistemi vasitəsilə yayımlanan interaktiv xəritədə əks olunan coğrafi zonalar və onlarla əlaqədar məhdudiyyətlər haqqında son məlumatları əldə etmək;
- avtonom pilotsuz uçuş aparatının iştirakı ilə aviasiya hadisəsi və insidenti baş verdiyi təqdirdə aidiyyəti dövlət qurumlarının məlumatlandırılması məqsədilə bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat vermək;
- istehsalçının təlimatlarına və coğrafi zonalarla əlaqədar əməliyyat məhdudiyyətlərinə riayət etmək;
- əməliyyatın davam etdirilməsi digər hava gəmilərinə, insanlara, heyvanlara, ətraf mühitə və ya əmlaka təhlükə törətdikdə əməliyyatı dayandırmaq.
Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.
Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi) və ya istismarçısı (sahib qismində çıxış etdikdə) həmin uçuş aparatının istehsalçısı tərəfindən müəyyən edilmiş texniki və proqram təminatı tələblərinə uyğun vəziyyətdə saxlanılmasını, avtonom pilotsuz uçuş aparatının müvafiq şəhadətnaməyə malik operatorunun pilotsuz uçuş aparatının avtonom idarə edilməsinə cəlb olunmasını, eləcə də istismar qaydalarının, nasazlıq və fövqəladə hallarda (hadisələrdə) müdaxilə (hərəkətin dayandırılması ilə bağlı) prosedurlarının istehsalçıdan əldə olunmasını təmin etməlidir.
Avtonom pilotsuz uçuş aparatının mülkiyyətçisi (sahibi), yaxud istismarçısı (sahib qismində çıxış etdikdə) və ya onun mülki hüquqi müqavilə əsasında cəlb etdiyi operator məsafədən idarəetmə mərkəzini yaradır (avtonom pilotsuz uçuş aparatlarının avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə istismarı məsafədən idarəetmə mərkəzindən kənarda həyata keçirildiyi hallar istisna olmaqla) və həmin mərkəzin proqram təminatının mütəmadi yenilənməsini, kibertəhlükəsizliyinin təminini və təhlükəsizlik auditinin keçirilməsini qeyd olunan mərkəzi yaradan şəxs təmin edir.
Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzitərəfindən icazə verilir.
Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.
Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir. Mərkəzdən bu icazənin alınması üçün avtonom pilotsuz uçuş aparatının operatoru aşağıdakı məlumatları və sənədləri əməliyyata başlamazdan azı 3 saat əvvəl mərkəz tərəfindən müəyyən edilmiş elektron poçt ünvanına təqdim etməlidir:
- istismarçının adı;
- istifadə ediləcək avtonom pilotsuz uçuş aparatının qeydiyyat sertifikatının nömrəsi;
- əməliyyatın başlama və başa çatma vaxtı;
- əməliyyatın xüsusiyyətləri;
- istismarçı sertifikatının və əməliyyat icazəsinin surəti.
Pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi məlumat və sənədləri aldıqdan sonra 3 (üç) saatdan gec olmayaraq uçuşa icazənin verilməsi və ya icazənin verilməsindən imtina haqqında qərar qəbul edir və bu barədə icazə üçün müraciət edən avtonom pilotsuz uçuş aparatının operatorunu müəyyən edilmiş elektron poçt ünvanı üzərindən məlumatlandırır.
Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:
- düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;
- hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;
- coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.
Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.
Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.
Xəbərin oxunma sayı : 265
Sosial
Xəbərlər
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Hansı rayonda nə qədər yeni iş yeri açılıb? - Tam siyahı
-
SEPAH-dan İsrailə çağırış: “Əvvəlki mövqelərinizə dönün“
-
Əlavə təhsil almaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başladı
-
“Boranı“nın zirzəmisindən skuter, küçədən şlaqbaum oğurladı - 2 il 6 ay “iş“ aldı
-
Aİ Türkiyənin üzvlük məsələsini ciddi şəkildə nəzərdən keçirməlidir - Finlandiya Prezidenti
-
Mehriban Abasquliyeva həbs olundu - Məhkəmə zalında
-
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu və sıra baxışı keçirib - VİDEO
-
Zaporojye AES bombardmana məruz qalıb - Çalışanlar sığınacaqlara yerləşdiriliblər
-
Təhsil idarəsi 16 minə bina icarəyə götürür - Birmənbə metodu ilə satınalma
-
“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur? - Qanunsuz lizinq, yüksək faiz
-
Sürücülərin nəzərinə: Yol nişanları ilə bağlı dəyişiklik edilir
-
Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi
-
Aİ Rusiyaya dəstək göstərən Çin şirkətlərinə qarşı sanksiyalar hazırlayır - Politico
-
Müəllimləri işə düzəltmək adı ilə 160 min manatlıq dələduzluq - MƏHKƏMƏ İŞİ
-
İran ABŞ ilə danışıqlarda irəliləyiş olmadığını bildiri - Bloomberg
-
Ali Məhkəmədən xəbərdarlıq - Bu pullar geri qaytarılmır
-
Su ehtiyatlarımız azalır: Azərbaycan 35 ölkəlik risk qrupundadır
-
“Bu hadisə nə mülk, nə də pul üstündə baş verib” - Qətlə yetirilən gəlinin qaynanası
-
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX sərhədlə bağləı məlumat yaydı
-
Mopedlər üçün rüsumlar müəyyənləşir - Sürücülük vəsiqəsi tələb olunacaq
-
İranla razılaşma bu həftəsonu əldə edilə bilər - Tramp
-
“Subsidiyalaşmada yeni yanaşmalar tətbiq edəcəyik” - Nazir müavini
-
Mülki PUA-lara nəzarət olacaq - Yoxlamalar aparılacaq
-
Bu gün geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ
-
Səidə uşaqlarının gözü önündə qətlə yetirilib - Qonşulara onlar xəbər veribmiş
-
Kartla ödənişlərdə xidmət haqqı yeni limitlərlə hesablanır - VİDEO
-
“Bu üslub Ermənistanda işləməyəcək” - Simonyan Rusiyaya “məsləhət verdi”
-
Effektiv mexanizm yaradılarsa, dialoq mümkündür - Berlin
-
Suraxanıda “Pearls Kids“bağçanın damında qanunsuz tikinti aparılır - VİDEO
-
İsrail və Livan razılığa gəldi - Atəşkəs barədə
-
Nərimanov rayonunda divar avtomobillərin üzərinə uçub - VİDEO
-
Tünzalə Ağayeva yeni layihəsinin anonsunu verdi - VİDEO
-
DÇ-2026-nın ən gənc futbolçuları bilindi - Lennart Karl 3-cü yerdədir
-
Paytaxtda bu zolaqlanma tıxaca səbəb olur - VİDEO
-
Ölkəni rus robotlarla məskunlaşdırmalıyıq - Duqindən yeni “təklif“
-
Ağcabədi rayonununda göl daşıb, yol keçilməz olub - VİDEO
-
Tramp sonda İranla özünün ləğv etdiyi sazişə dönəcək - Sallivan
-
“Bitcoin“də böyük çöküş: Milyardlarla dollarlıq mövqelər məhv oldu
-
Mülkiyyət hüququ ilə bağlı mühüm dəyişiklik: yeni QAYDALAR gəlir
-
“İranla bağlı mövqeyim şəraitdən asılı olaraq dəyişə bilər“ - Tramp
-
Dəniz mövsümü gəldi: Çimərliklərin qiyməti: 25-35 manat
-
Sabah yollarda görünüş məsafəsi azalacaq - Xəbərdarlıq
-
Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı - Rusiyada
-
Bakıda qəzalı bina təhlükə saçır: Fasadı uçdu, daxilinə su sızır (VİDEO)
-
Mən olmasaydım, İsrail artıq yox idi - Donald Tramp
-
Sibel Can iş adamı Emir Sarıgül ilə evlənir - Toy Mayamidə olacaq
-
Əksər hallarda qadınların hesablarından pul oğurlanır - Mərkəzi Bank
-
Məşhur prodüserin adı Hövsandakı adam oğurluğu qalmaqalında hallanır - TƏFƏRRÜAT
-
Bulvarda yığılan pullar kimə çatırdı? - Şahidlər DANIŞDI
-
Azərbaycanda bir istiqamət üzrə 25 milyard manat ayrılıb - Deputat
-
Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır - Bloomberg
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazirlər Kabinetindən mühüm qərar - Bu uşaqlara təqaüdlərin verilməsi qaydası DƏYİŞDİ
-
Yağış yağacaq, dolu düşəcək, bəzi çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Məcburi köçkün statusu yenidən tənzimlənir - Kimlər statusunu itirəcək?
-
ABŞ blokadası İranın neft ixracını iflic edib - Bloomberg
-
Direktor niyə məktəbə gəlmir? - Valideyn və müəllimlər narazıdır
-
“Turan Tovuz“ UEFA Konfrans Liqasından kənarlaşdırılıb - AFFA
-
Məhkəməyə qayıtmadı, hakim xəbərdarlıq etdi - “Xəstəxanaya çatdırılıb“
-
Vaqif Novruzovun ailəsi Hüseyn Cavid parkında yerləşən “Shaurma“ restoranının ərazisini özəlləşdirib? - İDDİA
-
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - FOTO
-
Azərbaycan mətbəx mebellərini haradan alır? - QİYMƏTLƏR
-
Yaz aylarında payız havası nə vaxta qədər davam edəcək? - VİDEO
-
5 universitet “Məzun günü” üçün 450 min manat xərcləyəcək - SİYAHI
-
Azərbayana ən çox iki ölkədən gəlirlər - Turstlərin sayı niyə azalır?
-
Əli Əhmədovun oğlu baş həkim təyin olundu - Bu xəstəxanaya
-
Mənzil Məcəlləsində dəyişiklik: İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaradılır
-
ABŞ 80 min nəfərlik “üzən şəhər” tikməyi planlaşdırır - Fotolar
-
Bakıda yeni yol salınır - Birbaşa və fasiləsiz...
-
NATO Baş katibi gözlənilmədən Ukraynaya səfər edib - FOTO
-
Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi - FOTOLAR
-
Azərbaycanda marqarin bumu - Kərə yağını üstələyən təhlükə
-
Bakıda sürücülərə qəza şəraiti yaradan çuxur - VİDEO
-
Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı
-
Azərbaycan Serbiya üçün dost və müttəfiqdir - Ana Brnabiç
-
Şuşa yolu bu gündən istifadəyə verildi - Ödənişlidir + VİDEO
-
“Turan Tovuz” futbol klubu avrokuboklardan kənarlaşdırılıb - RƏSMİ
-
Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir
-
“Venesuelanın ehtiyacı olan şey azad və ədalətli demokratik seçkilərdir” - Rubio
-
ABŞ və İran arasında gərginlik:Hərbi obyektlərə qarşılıqlı zərbələr endirildi
-
Gəncədə 36 yaşlı qadın bıçaqlandı - Şübhəli əridir
-
Nigeriyada həyəcan vəziyyəti elan olunub - Ebola təhlükəsi
-
Azərbaycanda fantasrtik qiymətə avtomobil satılır - VİDEO
-
Bölgələrdə əriyin qiyməti neçəyədir? - VİDEO
-
Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi sübut edib
-
Regional enerji əməkdaşlığının yeni mərhələsi
-
Düzgün enerji siyasəti və milli maraqlara əsaslanan praqmatik yanaşma
-
Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir
-
Arayikgilin apellyasiya məhkəməsində vəsatətlərə baxıldı - Fotolar
-
2,5 milyon manatlıq uşaq bağçası - “MİDA“ MMC-nin layihəni həvalə etdiyi sirli şirkət
-
CHP-dəki rüşvət qalmaqalı böyüyür - Cinayət işi Ankara prokurorluğuna göndərildi
-
Şəhid atası gəlinini ata-anasına niyə təhvil veribmiş? - “Qadını təqib edib və liftdə...“
-
Vuçiç prezidentliyə namizəd olmayacağını açıqladı - Baş nazir olacaq
-
Prezident Lalə Abdullayevanı sədr müavini təyin etdi - Dosye + FOTO
-
“Azərbaycanla münasibətlər ABŞ-nın prioritetləri sırasındadır“ - Dövlət Departamenti
-
Deputatlar bu tarixdə toplanır: 8 məsələ müzakirəyə çıxarılacaq
-
İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynov... - O, kimdir + FOTO
-
“Nar” maarifləndirici görüş keçirdi - “JestPlus” tətbiqi üzrə
-
“Zelenski bunu etsə, müharibə günün sonuna qədər bitər” - Peskov
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazirlik tanınmış plastik cərrahın sertfikatını ləğv edib - SƏBƏB
-
Yeni agentliyin işi nə olacaq? - Bu şikayətləri araşdıracaq
-
“SM Travel” şirkətinin rəhbəri Samir Hüseynov xaricə işə gətmək istəyənləri aldadıb - VİDEO
-
Paşinyanı Ermənistanın gələcəyi və xalqın taleyi maraqlandırmır - Volodin
-
56 aptekdə yoxlama aparıldı - 18-də nöqsan tapıldı
-
Narkoloji arayışı “ASAN xidmət” verəcək - FƏRMAN
-
“Parçalanmış CHP-ni leqallaşdırmağa çalışırlar” - Dövlət Baxçalı
-
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı - FƏRMAN
-
Bakıda ən çox və ən az “su pulu” yığılan rayonlar - Tam siyahı
-
Məşhur şirkətin 1,1 milyon manat borcu var - “Tovuz Baltiya“ maliyyə böhranı keçirir?
-
Avropa sığorta şirkətləri Rusiyanın “kölgə donanması”nın fəaliyyətini təmin edir - Politico
-
Yağış yağacaq, dolu düşəcək -Sabahın havası
-
Baş həkim öz istəyi ilə vəzifəsindən getdi - Nazirdən əmr
-
Polkovnikə cinayət işi açıldı - Zərərçəkmiş isə həbsdədir
-
Türkiyə millisinin DÇ üçün heyəti açıqlandı - Kimlər var?
-
Daxili İşlər Nazirliyində yeni hakimlərlə görüş keçirilib - FOTOLAR
-
AAYDA rəsmisi ilə şirkət rəhbəri arasında qalmaqal - 380 min manat... + SƏNƏDLƏR
-
Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir
-
Trampın Azərbaycanda səfir görmək istədiyi Alden kimdir? - DOSYE
TOP 10
ARXİV






