“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Türkiyə millisinin DÇ üçün heyəti açıqlandı - Kimlər var?

Tarix 02.06.26, 12:52

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə millisinin 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

AzFakt.com xəbər verir ki, baş məşqçi Vinçenzo Montella geniş heyətdən 9 futbolçunun adını çıxararaq mundial üçün son siyahını müəyyənləşdirib.

Türkiyə millisinin yekun heyətində qapıçılar Altay Bayındır, Mert Günok və Uğurcan Çakır yer alıblar.

Müdafiə xəttində Abdülkərim Bardakçı, Çağlar Söyüncü, Eren Elmalı, Fərdi Kadıoğlu, Merih Dəmiral, Mərt Müldür, Ozan Kabak, Samet Akaydın və Zəki Çelikə etimad göstərilib.

Yarımmüdafiədə Hakan Çalhanoğlu, İsmayıl Yüksek, Kaan Ayhan, Orkun Kökçü və Salih Özcan çıxış edəcəklər.

Hücum xəttində isə Arda Gülər, Barış Alpər Yılmaz, Can Uzun, Dəniz Gül, İrfan Can Kahveci, Kənan Yıldız, Kərəm Aktürkoğlu, Oğuz Aydın və Yunus Akgün yer alıblar.

Ersin Dastanoğlu, Muhammed Şengezer, Əhmədcan Kaplan, Yusif Akçiçək, Mustafa Əskihellaç, Atakan Karazor, Dəmir Ege Tıknaz, Aral Şimşir və Yusif Sarı isə yekun heyətə daxil edilməyiblər.

Xatırladaq ki, Türkiyə millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində ABŞ, Paraqvay və Avstraliya yığmaları ilə qarşılaşacaq.

İyunun 11-dən iyulun 19-dək keçiriləcək mundiala ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edəcək. Turnirdə ümumilikdə 48 komanda mübarizə aparacaq.



Xəbərin oxunma sayı : 1489




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap