“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“Məkkə razılaşmasından narahatlıq üçün əsas yoxdur“ - İran XİN

Tarix 10.08.26, 13:56

Font ölçüsü : - / +
bitmap-img6


Məkkə razılaşması region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir. Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur.

AzFakt.com xəbər verir ki, bu fikirləriİran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai keçirdiyi mətbuat konfransında bildirib.

Bəqai deyib ki, ümumi baxımdan bu hadisə region ölkələrinin təhlükəsizliklə bağlı yanaşmasının dəyişdiyini göstərir.

“Onlar başa düşüblər ki, təhlükəsizlik satın alına bilən bir əmtəə deyil. İranın siyasəti region ölkələrini xarici aktorlara arxalanmadan əməkdaşlığa və daxili təhlükəsizliyin gücləndirilməsinə dəvət etmək olub. Bu dəyişikliyə diqqət yetirmək lazımdır”, – deyə o bildirib.

O əlavə edib ki, region ölkələri üç il əvvəl oktyabr ayından və Qəzzada soyqırımın başlamasından, həmçinin İsrail rejiminin hücumlarından sonra qlobal ictimaiyyətin sabitliyi və təhlükəsizliyi üçün ən böyük təhdidin kim olduğunu müəyyənləşdiriblər.

Bəqai bildirib ki, İsrail rejiminin ambisiyaları gizli deyil.

“Rejimin Livan, Fələstin və Suriyaya qarşı hücumları, eləcə də region ölkələrinə yönəlmiş təhdidləri göstərir ki, region ölkələri əvvəlki kimi təhlükəsizliyin ABŞ tərəfindən təmin ediləcəyi iddiasına arxalana bilməzlər”, – deyə XİN sözçüsü qeyd edib.

Bəqai xatırladıb ki, ABŞ özü regiondakı təhlükəsizliyin pozulmasının tərəflərindən biridir.

“İsrail rejimi ABŞ-ın dəstəyi olmadan cinayətlərini həyata keçirə bilməzdi. Biz hesab edirik ki, regionda təhlükəsizlik bölünməzdir. Düşmən və təhdidi düzgün müəyyənləşdirən istənilən plan təhlükəsizliyin gücləndirilməsinə töhfə verə bilər”, - deyə o bildirib.

Bəqai daha sonra qeyd edib ki, İranın üç qonşu ölkə ilə çoxsaylı əlaqələri var.

“İran və Türkiyə xalqları arasında dostluğun tarixi, dini və mədəni kökləri var və bu əlaqələr uzunmüddətlidir”, – deyə o vurğulayıb.

İran XİN sözçüsü əlavə edib ki, Tehran bu razılaşma barədə müəyyən qədər məlumatlı olub:

“Bu razılaşmadan narahat olmağımız üçün heç bir əsas yoxdur”.(APA)



Xəbərin oxunma sayı : 421




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap