“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Tiflisdən Rusiyaya gizli yanacaq xətti - Saakaşvilidən şok açıqlama

Tarix 13.08.26, 9:29

Font ölçüsü : - / +
bitmap-img6


Gürcüstandan Abxaziyaya yanacaq tədarük edilməsi ölkədə ciddi siyasi mübahisəyə səbəb olub.

AzFakt.com xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze avqustun 12-də hökumət administrasiyasında keçirilən brifinqdə Tiflisin nəzarətində olan ərazilərdən Abxaziyaya yanacaq göndərildiyini təsdiqləyib.

“Biz gətirməmişik, bunu biznes edib”, – deyə Kobaxidze bildirib.

TV Pirveli telekanalının Abxaziyada yanacaq çatışmazlığı ilə bağlı sualını cavablandıran baş nazir qeyd edib ki, Gürcüstanda qüvvədə olan qanunvericilik, o cümlədən “İşğal olunmuş ərazilər haqqında” qanun belə tədarüklərə imkan verir. Kobaxidzenin sözlərinə görə, gələcəkdə də bölgədə yaşayan əhalinin vəziyyətini yüngülləşdirmək imkanı yaranarsa, bu, qanun çərçivəsində edilə bilər.

Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili isə məsələ ilə bağlı daha sərt açıqlama verib. O iddia edib ki, Tiflisin nəzarətindəki ərazilərdən göndərilən benzinin əsas istiqaməti Abxaziya deyil, Rusiyanın cənub bölgələridir.

Saakaşvilinin fikrincə, Ukraynanın hücumları nəticəsində Rusiyanın cənubunda yaranmış yanacaq çatışmazlığı bu tədarükün arxasında dayanan əsas səbəbdir. Keçmiş prezident Gürcüstanda benzinin qiymətinin 4 lariyə qədər yüksəlməsini də bununla əlaqələndirib.

Saakaşvili hakim “Gürcü Arzusu” partiyasını da sərt tənqid edərək, hakimiyyətin Moskva ilə münasibətlərə dair açıqlamalarında ziddiyyətlər olduğunu bildirib.



Xəbərin oxunma sayı : 604




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap