| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
Tarix 21.10.26, 21:48 |
|
Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin illərlə bu ölkənin sahibkarlarına, milli biznesinə qarşı hansı qanunsuzluqları, hansı reket usullarını həyata keçirdiyi mətbuatı izləyən kimsəyə sirr deyil.
Nə vaxt ki, bir sahibkar öz zəhməti, xarici əlaqələri və strateji biznes resursları ilə milyonluq aktivlərə yiyələnirdi, həmin an Ramiz Mehdiyevin “canavarları” hərəkətə keçirdi. “Tovuz-Baltiya” şirkətinin rəhbəri Naiq Məmmədhəsənovun üzləşdiyi qanunsuzluqlar illərlə Azərbaycanın bank, icra və məhkəmə sistemini iflic etmiş dəhşətli şəbəkənin reketlik xəritəsidir.
İllərdir hüquqi müstəvidə təkbaşına döyüşən sahibkar Naiq Məmmədhəsənov, qarşı tərəf isə tez-tez adını dəyişən, 1994-cü ildə “ÜLPƏR bank”, sonra “Nikoil Bank”, indi isə “Yelo Bank” ASC-dir.
Naiq Məmmədhəsənovun hər cümləsində Ramiz Mehdiyev erasının repressiv addımları, “Nikoyl Bank”ın(“Yelo Bank”) arxasında gizlənən məkrli planlar və milyonlarla manatlıq konyak spirti strateji ehtiyatlarının yağmalanaraq “boz kardinal”ın Mehdiabaddakı şərab-konyak zavoduna daşınması cəhdi boy göstərir.
“Tovuz-Baltiya” belə yaranıb
Sahibkarın sözlərinə görə, hər şey 2000-ci illərin əvvəllərində başladı. Mərhum Prezident Heydər Əliyevin hakimiyyəti dövründə dövlət büdcəsinin valyuta ehtiyatları məhdud olduğu zamanlarda respublikada kənd təsərrüfatını, xüsusən toxumçuluğu xilas etmək üçün alternativ mexanizmlər axtarılırdı. Heydər Əliyev ölkəyə kartof toxumu gətirilməsi üçün strategiya müəyyənləşdirir – büdcədə nağd pul yoxdur; Azərbaycanın əvəzsiz konyak spirtini, şərablarını və pambığını xaricə çıxarın, əvəzində ölkəyə həyati əhəmiyyətli toxumlar gətirin.
Bu strateji missiyanın önündə duran əsas fiqurlardan biri də Baltik ölkələri ilə möhkəm biznes əlaqələrinə malik Naiq Məmmədhəsənov idi. İllərlə aparılan barter və ticarət əməliyyatları nəticəsində “Tovuz-Baltiya” şirkətinin anbarlarında Azərbaycanın qiymətli, unikal konyak spirti ehtiyatı toplanır. Bu, sadəcə spirt deyildi – milyonlarla dollar dəyərində strateji biznes aktivi, beynəlxalq bazarda qızıl dəyərində olan xammal idi.
Səhnəyə “Nikoyl Bank” (“Yelo Bank”) çıxır, Mehdiyevin hücum planı işə düşür
2007-ci ilin yay mövsümündən sonra, noyabr ayında yerli fermerlərin əlində qalan tonlarla nar, üzüm, meyvə-tərəvəz məhsulu çürümək təhlükəsi ilə üz-üzə qalır. Fermerlər məhsulu nə xaricə çıxara, nə də Bakıya çatdıra bilirlər. Məhsullar yolda xarab olur, ləngimələr yaşanır, sadə insanlar çox ağır iqtisadi duruma düşürdü. Naiq Məmmədhəsənov yerli istehsalçıya kömək etmək, tədarükü təşkil etmək məqsədilə maliyyə resursu cəlb etmək qərarına gəlir. Həmin vaxt səhnəyə Rusiya sərmayəli “Nikoyl Bank” (“Yelo Bank”) çıxır. O zaman bank rəhbəri olan Vasili Xamaza sahibkar Naiq Məmmədhəsənova sözün əsl mənasında gecə-gündüz təriflər yağdırır. “Biz banklarla işləyirik, heç bir problemimiz yoxdur”, – deyən sahibkara bank rəhbərliyi inadla bildirir: “Sən lap gecə də olsa gəl, sənə nə vaxt istəsən kredit verəcəyik, VIP xidmət göstərəcəyik, güzəştli kreditlər ayıracağıq”.
850 min manatlıq kreditə görə 9 milyon 350 min manatlıq girov!
Beləliklə, həmin ilin noyabrında “Nikoyl Bank”la(“Yelo Bank”) “Tovuz-Baltiya” şirkəti arasında 24 ay müddətinə, 12 ayı güzəştli olmaqla, illik 22 faizlə 850 min manatlıq kredit müqaviləsi bağlanır. Şərtlərə görə, sahibkar hər ay təxminən 15 min 533 manat faiz ödəməli idi. Lakin bank rəhbərliyinin niyyəti ilkin andan tam başqa idi. Onlar 850 min manatlıq kreditin qarşılığında sahibkardan tam 9 milyon 350 min manatlıq girov – həmin qiymətli konyak spirtini tələb edirlər.
Sahibkar Naiq Məmmədhəsənov kredit müqaviləsi üzrə öhdəlikləri rahat şəkildə yerinə yetirəcəyinə əmin olduğundan tələb olunan girovu təmin edir. Əslində isə 1-in 11-ə nisbətində girov tələb etmək hələ o vaxt bankçılıq norması deyil, açıq-aşkar “yağmalamağa hazırlıq” idi. Bankın məqsədi krediti geri almaq deyil, 9,3 milyonluq spirt aktivini “əngəlləmək” və mənimsəmək idi.
“Mehdiyevçi”lər hücumda – “Nikoyl Bank” 24 aylıq kredit verir və 5 ay sonra krediti geri təlb edir!
Kredit müqaviləsinin 5-ci ayında, sahibkar Naiq Məmmədhəsənov xaricdə işgüzar səfərlərdə olduğu vaxt, “Nikoyl Bank” gözlənilmədən onu məhkəməyə verir. Bəhanə? Güya “Tovuz-Baltiya”nın 130 min manat faiz borcu var. Ancaq hesablama aparıldıqda məlum olur ki, 5 ay üçün faiz borcu maksimum 75 min manat ola bilərdi. Bank rəsmi möhürlü cavabında “Tovuz-Baltiya” tərəfindən 149 min manat ödənildiyini etiraf etsə də, məhkəmə iddialarını geri çəkmir və saxta iddialarla girovda olan konyak spirti saxlanılan anbarları plomblatdırır.
Sahibkar borcu öz vəsaiti hesabına bağlamaq üçün girovdan kənarda qalan spirtin 1 vaqonunu Rusiyaya – Dağıstandakı məşhur “Kizlyar Konyak Zavodu”na göndərir. Həmin zavodla 4 milyon 220 min avro dəyərində böyük müqavilə imzalayır.
Bundan xəbər tutan “Nikoyl Bank”ın rəhbəri Vasili Xamaza dərhal Dağıstan gömrüyünə yalan məlumat-xəbərdarlıq göndərir: “Bu mal keyfiyyətsizdir, spirtə kola qatılıb, saxlayın!”
Sahibkar malı beynəlxalq SGS (Société Générale de Surveillance) laboratoriyasının rəyi ilə göndərməsinə baxmayaraq, bankın müdaxiləsi ilə vaqonlar saxlanılır. Məsələ Naiq Məmmədhəsənovun iddiası əsasında Rusiya Arbitraj Məhkəməsinə gedir. Sankt-Peterburq Federal Akkreditasiya Laboratoriyası nümunələri yoxlayır və cavab verir: “Tovuz-Baltiya”nın “Kizlyar Konyak Zavodu”na göndərdiyi konyak spirti yüksək keyfiyyətlidir və bütün beynəlxalq standartlara cavab verir”.
Vaqonlar Kizlyardakı zavoda boşaldılır. Planlarının pozulduğunu görən “Nikoyl Bank”ın sədri Vasili Xamaza bu dəfə zavodun rəhbərliyinə rəsmi məktub yazaraq növbəti şantaja əl atır: “Naiq Məmmədhəsənov təhlükəli adamdır, Azərbaycandan çıxışına qadağa qoyulub, onunla işləməyin”. Kizlyar zavodunun rəhbərliyi bu məktubdan sonra müqaviləni məcburi qaydada dayandırır.
Naiq Məmmədhəsənov məsələnin kökünə getdikdə və bankın o zamankı rəhbəri Vasili Xamaza(Azərbaycanda törətdiyi cinayətlərə görə hazırda İnterpolun “qırmızı bülleteni” ilə axtarışdadır – E.M) ilə söhbətlərində dəhşətli həqiqət üzə çıxır. Vasili Xamaza açıq şəkildə Ramiz Mehdiyevin maraqları çərçivəsində hərəkət etdiklərini etiraf edir: “Bu tapşırıq yuxarıdan idi, o mal sənin əlindən çıxmalı idi!”
Bankın arxasında gizlənən Mehdiyev klanının məqsədi bütün mümkün bəhanələrlə bankdan Naiq Məmmədhəsənovun şirkətinə verilən faizləri, dəbbə pulunu süni şəkildə artırmaq, borcun ödənilməsinə imkan verməmək və “Tovuz-Baltiya”nın əlində olan, unikallığı ilə seçilən konyak spirtini ələ keçirmək idi.
“Tovuz-Baltiya”nın anbarlarına “mehdiyevçi”lərin reyder hücumu
Bunun üçün “Tovuz-Baltiya”nın anbarlarına reyder hücumu təşkil olunur. Tovuz rayon icra məmuru Araz Zəhmətovun vasitəsilə girov adı ilə qanunsuz şəkildə plomblanan milyonlarla manatlıq konyak spirtinin “Tovuz-Baltiya” anbarlarından çıxarılaraq Bakının Mehdiabad qəsəbəsində yerləşən, Mehdiyevin ailəsinə məxsus konyak-şərab zavoduna daşınmasına cəhd edilir. Həmin Mehdiabaddakı konyak-şərab zavodu birbaşa Ramiz Mehdiyevin ailəsinə məxsusdur və zavoda Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyev patronajlıq edirdi!
“Nikoyl Bank”ın Hüquq Departamentinin müdiri və İdarə Heyətinin üzvü Zaur Abıyev (hazırda Ali Məhkəmənin hakimi olan Kamalə Abıyevanın yoldaşı) bu prosesin hüquqi maskalanmasını həyata keçirirdi. Bu yerdə haşiyəyə çıxaraq qeyd edək ki, sonradan Vəkillər Kollegiyasının üzvü olan Zaur Abıyev Ramiz Mehdiyevin həbsindən sonra onun vəkili olub!
Yəni bank sadəcə bir vasitə idi. Məqsəd Azərbaycanın zəhmətkeş sahibkarının illərlə yığdığı yüksək keyfiyyətli konyak spirti ehtiyatını Ramiz Mehdiyevin qardaşı Mais Mehdiyevin idarə etdiyi Mehdiabaddakı şərab-konyak zavoduna daşımaq, eyni zamanda Naiq Məmmədhəsənovun biznesini bütünlüklə ələ keçirmək olub.
Sahibkar hücumu dəf edir – “mehdiyevçi”lər əliboş qalır
Sahibkar Naiq Məmmədhəsənov bütün təzyiqlərə baxmayaraq geri çəkilmir. Konyak spirtini “Tovuz-Baltiya” şirkətinin anbarlarından çıxarılaraq Mehdiyevin zavoduna daşınmasına imkan vermir. Ardından o, “Nikoyl Bank”ı, Tovuz rayon icra məmuru Araz Zəhmətovu və Ədliyyə Nazirliyini Bakı 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə verir.
Bank məhkəməyə saxta arayışlar təqdim edərək iddia edir ki, girovdakı mal keyfiyyətsizdir və dəyəri borcu ödəmir. Məhkəmə Kənd Təsərrüfatı Nazirliyinin müvafiq komissiyası vasitəsilə ekspertiza təyin edir. Ekspertizanın nəticəsi bankın və Mehdiyev klanının ittihamlarını darmadağın edir: “Malın dəyəri girov qoyulan qiymətdən də artıqdır!”
Bu işi diqqətdə saxlayacaq və proseslərin gedişatını oxuculara çatdırmaqda davam edəcək. (musavat.com)


Xəbərin oxunma sayı : 334
Gündəm
Xəbərlər
-
Balığın qiyməti od tutub yanır: Kütüm 35 manata qalxdı
-
Media və Yayım Şurasından Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara - Cavab
-
Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi
-
“Rusiya və Ukrayna danışıqlar masasına oturmağa razılaşıb“ - Vens
-
Almaniyada gizlənirdi, yeri tapıldı: Azərbaycana gətiriləcək
-
Ət bazarı üçün bədbin proqnoz - Daha böyük bahalaşma...
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir - Hərəkət alternativ küçələrlə təşkil ediləcək
-
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
İxtisas seçimi yalnız universitetə qəbul olmaq üçün verilən qərar deyil - Məleykə Abbaszadə
-
“Gələcəkdə süni intellekt özünü idarə edəcək” - İlon Mask
-
Azərbaycanda satılan mebellər burada hazırlanır - ŞOK statistika
-
İran neft blokadasının məngənəsində - “Üzən tankerlər”dəki neft və valyuta tükənir
-
“Dubayda tutulmuşam“ deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı
-
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
-
Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
-
Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq
-
Azərbaycan təbii qazı Yunanıstana 545, Türkiyəyə isə 272 dollara satıb - Siyahı
-
Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları
-
Məhkəmə “City Construction Group”un xaricə pul köçürməsi ilə bağlı qərar verdi - TƏFSİLAT
-
Azərbaycanda nə qədər dəvə var və hansı rayonlarda saxlayırlar? - Siyahı
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Mən xalqın baş məşqçisiyəm” - Sergen Yalçın
-
Pekin sürətlə qocalır: Əhalinin 1/3-i yaşlı olacaq
-
Azərbaycan bu ölkəyə hamıdan çox araq satıb - Hətta Rusiyadan da
-
Maşını nömrəsiz sürən qazilər həbs olundu - TƏFƏRRÜAT
-
Bina evində qalanların nəzərinə: Yenilik olacaq
-
TikTok, YouTube, Instagram… – Sosial şəbəkələrdən qazananlar hansı vergiləri ödəməlidir?
-
Azərbaycanda boşanmaq neçəyə başa gəlir? - Araşdırma
-
“Biznes TV“ maliyyə çətinliyi ilə üzləşib: Əməkdaşların bir hissəsi işdən ayrılıb
-
“İri Şəhərlərin Su Təchizatı“na yeni icraçı direktoru təyin edildi - FOTO
-
Metropoliten rəisinə yeni müavin təyin olundu - Sərəncam
-
Böyük Qayıdış davam edir - Xocalı və Ağdərəyə köç olub
-
Azərbaycan dünya çempionatına hazırdır - FIFA
-
İran “bombaların atası”nı düzəldib - Kimə qarşı istifadə edəcək?
-
Bu xidmətlər üzrə 20 illik vergi güzəşti tətbiq ediləcək - Prezident təsdiqlədi
-
Putindən hökumətdə mühüm - Kadr dəyişiklikləri
-
Ali Məhkəmə kürəkənini öldürən şəxsin cəzasını 8 il azaltdı - Təfərrüat
-
Orxan Məmmədov Yardımlıya icra başçısı təyin edildi - DOSYE + FOTO
-
“Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə“ dəyişib - FƏRMAN
-
Prezident sərəncam imzaladı - Elçin Yusubov vəzifəsindən azad edildi + DOSYE
-
Avropada gizli kəşfiyyat savaşı - Bu əməliyyat baş tutsaydı...
-
Hakim kürəkənini öldürdürən qayınatanı məhkəmə zalından sərbəst buraxdı - DETALLAR
-
Yolda xətlərin görünməməsi çaşqınlıq yaratdı - VİDEO
-
Azərbaycana gələn əcnəbilərin sayı 117 min nəfər azalıb - STATİSTİKA
-
Fransa ilə ABŞ arasında ciddi gərginlik - Makron Trampa sərt cavab verdi
-
Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Dələduzluq
-
Azərbaycanda bir uşağın 18 yaşına qədər böyüdülməsi neçəyə başa gəlir? - Araşdırma
-
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
-
Moskvaya misli görünməmiş PUA hücumu: Silah zavodu vuruldu
-
ABŞ və İsrail İrana yeni zərbələr planı hazırlayır - “The New York Times“
-
Vergi Xidmətindən getdi, “AZCON Holding“də vəzifəyə təyin edildi
-
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
-
Səudiyyə Ərəbistanında hava limanına hücum olub: ölən var
-
ABŞ hazırda İranla danışıqlar aparmır - Tramp
-
İşdən çıxarılanlara sığorta ödənişi - VİDEO
-
Sayğac var, amma abonent kodu yoxdur - VİDEO
-
“Tovuz-Baltiya”nı kimlər ələ keçirmək istəyir - Mehdiyev klanının “konyak reketliyi”
-
Putinin köməkçisi: Ukrayna münaqişəsi sona yaxınlaşır
-
“Regional Su Meliorasiya“ QSC-də dəyişiklik - Yeni icraçı direktor təyin olundu
-
Zelenski müharibənin dondurulmasına hazır olduğunu açıqladı - Şərtləri var...
-
Ərdoğan İlham Əliyevə zəng etdi - Rəsmi açıqlama
-
Bakıda məmurun xanımı lükə düşərək xəsarət aldı - AAYDA rəsmisi cərimə edildi
-
Həbs tədbirinə baxan məhkəmə nəyi yoxlamalıdır? - Konstitusiya Məhkəməsi izah etdi
-
“Müctəba Xamenei atasının izi ilə getməyə qərar verib” - Netanyahu
-
Agentlik 13,6 milyon manatlıq hazır yemək alır - Bir ədəd yemək 11,5 manata yüksəlib
-
Bakıda nəqliyyat sıxlığını azaldacaq yeni yol - İşlər nə yerdədir?
-
Təhdid və təzyiq dilində dialoq heç bir məna kəsb etmir - Məsud Pezeşkian
-
Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar DƏYİŞDİ
-
Zelenski 9,5 milyon ukraynalını ölkəyə qayıtmağa çağırıb - “Fox News”
-
Statistika Komitəsində yeni təyinatlar - Kadr dəyişiklikləri oldu + ADLAR
-
Azərbaycanda ən yüksək və ən aşağı əməkhaqqı alan neçə nəfər var? - Siyahı
-
Elm və Təhsil Nazirliyi bu şirkətlərə 9,4 milyon manat ödəyəcək - BUNA GÖRƏ
-
Paytaxtın bitməyən ÇUXUR BƏLASI: Yolları kim təmir etməlidir
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı - Sərəncam
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Lənkəranda 4 mərtəbəli otel 2,2 milyon manata hərraca çıxarıldı - Fotolar
-
TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq - Mirzoyan
-
Azərbaycanda istilik bu tarixdən veriləcək - RƏSMİ
-
Putin Mayamidə G20 sammitində iştirak edə bilər - Marko Rubio
-
Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - SİYAHI
-
Azərbaycan Mərkəzi Bankı interyer dizayn şirkətini cərimələdi - TƏFƏRRÜAT
-
Naxçıvanda vəzifəli şəxs saxlanılıb - Mənimsəmədə ittiham olunur
-
Kollecdən universitetə imtahansız qəbul ləğv olunacaq? – Mühüm DETALLAR
-
Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi - Nələr müzakirə olunub?
-
Neft Fondu 126 milyard manatı harada saxlayır? - Siyahı
-
Xalçalarını yuyulmağa verdilər, geri ala bilmədilər: Saxlanılan var
-
Bakıya və rayonlara yağış yağacaq - Sabahın havası
-
Azərbaycan XİN 31 türkiyəlinin adını “qara siyahı“ya saldı - Aralarında millət vəkili də var
-
İcra məmurlarının 340 min manata hərraca çıxardığı obyekt 3 ay sonra 1,3 milyona satılır - FOTO
-
Mətbuat Şurasından xəbərdarlıq - Jurnalistlərin adından saxta “WhatsApp” hesabları yaradılır
-
Bakıda şirkət rəhbəri saxlanıldı - Dələduzluqda ittiham olunur
-
İbrahimova yüksək rütbə verildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Azərbaycan məktəblərində “TikTok“a giriş məhdudlaşdırılıb - Nazir müavini
-
Bakı ilə Neftçala arasında qalan başçı - Mirhəsən Seyidov idarə etdiyi rayonu bəyənmir?
-
Tramp Ukraynanı müharibəni dayandırmağa çağırdı - “Moskva hərbi üstünlüyə malikdir...”
-
Agentliyin 24 min manatlıq tenderini udan şirkətin vergi borcu var - TƏFƏRRÜAT
-
Suraxanı rayonunda əsas yolun asfalt örtüyü dağılıb - VİDEO
-
Xalq artistinin kürəkəni həbs olundu - Nədə ittiham olunur? + FOTO
-
ABŞ, Ukrayna və Avropa Rusiya ilə dialoq üzrə ortaq mövqeyə gəliblər - “Axios”
-
Sumqayıtda məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - VİDEO
-
Tbilisidə meyiti tapılan Aysunun ailəsi fəryad etdi: “Açarı dəyişib evə giriblər“
-
ABŞ öhdəliklərini yerinə yetirsə, Hörmüz boğazı açılacaq - İran XİN
-
Buzovnada 4 mərtəbəli binada yanğın... - Sakinlər təxliyə edilib
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - VİDEO
-
Azərbaycanda qiyabi təhsil ləğv edilir? -Gözlənilən yeni sistem
-
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
-
Xırdalanda binanın inşası zamanı layihədən kənar iş görülür? - VİDEO
-
20 oktyabr - Zəngilan Şəhəri Günü- gələcəyə istiqamətlənən yeni həyat mərhələsinin simvolu
-
20 oktyabr – Zəngilan şəhəri günüdür
-
Zəngilanda aparılan quruculuq işləri
-
Zəngilan rayonunun da işğaldan azad olunması cəbhədə hərbi üstünlüyümüzü daha da cücləndirdi
-
AQEM-in 7-ci Sammiti: Unikal dialoq platforması
-
Füzuli Zəfərin və Böyük Qayıdışın simvoludur
-
Bakı Sammiti Asiyada iqtisadi əməkdaşlığın inkişafına yönəlib
-
Füzuli uğrunda gedən döyüşlər Ordumuzun şücaətinin göstəricisi idi
-
AQEM-in 7-ci zirvə görüşü Azərbaycanın regional təhlükəsizliyin təmin olunmasındakı rolunu nümayiş etdirdi
-
Ölkəmiz hər zaman sülhə, tərəqqi və əmin-amanlığa sadiqlik nümayiş etdirir
-
Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan
-
Etirazlar zamanı baş verən dağıntılar tələbələrin işi deyil - Edi Rama
-
Rusiya Baş Konsulluğu Qazaxıstan XİN-ə nota göndərib - Repçi Navainin həbsi ilə əlaqədar
TOP 10
ARXİV






