Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Tbilisidə regional forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiya narazılıq yaradıb

Tarix 13.05.19, 17:28

Font ölçüsü : - / +
bitmap-img6


Tbilisidə keçirilən VI Cənubi Qafqaz Təhlükəsizlik Forumunda Dağlıq Qarabağ münaqişəsinə həsr olunan sessiyada iştirakçılar arasında narazılıq yaranıb

“Report”un Gürcüstan bürosu xəbər verir ki, narazılıq sessiyada Azərbaycandan olan nümayəndənin iştirak etməməsi ilə bağlı olub.

Sessiyada “Eurasianet.org” resursunun Qafqaz üzrə redaktoru Coşua Kuçera moderator kimi, Beynəlxalq Böhran Qrupunun Gürcüstan ofisinin analitiki Olesya Vartanyan və “International Alert” təşkilatının Qafqaz üzrə regional meneceri Sofia Puqsley isə ekspertlər kimi çıxış ediblər.

Tədbirin onlayn platformasında “Nə üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş paneldə Azərbaycanı təmsil edən spiker yoxdur? Sizcə bu ədalətli yanaşmadır?” sualı yerləşdirilib.

Moderator bildirib ki, sessiya iştirakçılarını forumun təşkilatçısı Stratpol təşkilatı müəyyən edib və bu məsələyə onlar cavabdehdir.

Stratpol təşkilatının rəsmisi sessiyanın sual-cavab hissəsinə müdaxilə edərək bildirib ki, hər il forumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sessiyasında həm Azərbaycan, həm də Ermənistandan nümayəndələr iştirak edirlər. O qeyd edib ki, bu il bu formata müəyyən dəyişiklik etməyə qərar verilib.



Xəbərin oxunma sayı : 220




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap