| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Anar Məmmədov ölkəyə qayıtdı – Əmlaklarını geri istəyəcəkmi?
Tarix 31.05.19, 11:16 |
|
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Bakıda keçirilən “Arsenal”-“Çelsi” oyunundan özünün İnstaqram səhifəsində video paylaşıb. Videodan belə anlaşılır ki, sabiq nazir oğlu Bakıdadır.
Buna qədər Anar Məmmədovun ölkəyə qayıdışının mümkün olmayacağı haqda xəbərlər dolaşırdı. Bildirilirdi ki, Anar Məmmədovun Bakıdakı fəaliyyəti arzuolunmazdır, onun ölkəyə gəlməsi də bu baxımdan baş tutmaya bilər. Belə görünür ki, ötən illər ərzində Məmmədovlara qarşı münasibət dəyişib.

15 gün əvvəl Anar Məmmədovun əmisi Elton Məmmədov Azərbaycan Texniki Universitetində (AzTU) Strateji inkişaf üzrə prorektor təyin edilib. Hansı ki, 3 çağırış deputat olub, Bakı Beynəlxalq Avtovağzalı da onun şirkətinin nəzarətində idi. Ziya Məmmədov vəzifəsindən çıxarılandan sonra kompleks Elton Məmmədovdan alınaraq Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin balansına verilib. Elton Məmmədov son seçkilərdə deputat ola bilməmişdi.
Bakı Beynəlxalq Avtovağzalı “2009-2013-cü illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Nəqliyyat Nazirliyinin sifarişi ilə tikilib. Obyekt o zaman nazir olan Ziya Məmmədovun ailə biznes imperiyasını özündə birləşdirən “ZQAN” Holding tərəfindən inşa edilmişdi.
Baş podratçı isə “Bakı XXI Əsr” MMC adlı şirkət idi. “Bakı XXI Əsr” MMC-nin təsisçisi Böyük Britaniyanın Vircin adalarındakı “Trans European Leasing Group” LTD-dir. “Bakı XXI Əsr” MMC Azərbaycanda 2004-cü ilin martında qeydiyyatdan keçib.
Həmin şirkətin isə təsisçisi o vaxt deputat olan Elton Məmmədov idi. E.Məmmədov özü mətbuata bu şirkətin təsisçisi olduğunu təsdiqləmişdi. Avtovağzal kompleksinin 80-100 milyon dollara başa gəldiyi bildirilir. Kompleksə 1500 mağazadan ibarət ticarət mərkəzi, irili-xırdalı onlarla kafe, 4 ulduzlu “Comfort İNN” hoteli, 720 yerlik avto dayanacaq, “Bakı XXI Əsr” adlı yanacaqdoldurma, avtoyuma və təmir məntəqələri daxil idi…

Məmmədovların yenidən fəallaşması, Elton Məmmədovun vəzifəyə təyinat alması, Anar Məmmədovun ölkəyə qayıtması onlara münasibətdə maraqlı gəlişmələrin olduğunu göstərir.
Anar Məmmədov atası Ziya Məmmədov vəzifəsini itirməzdən çox əvvəl ölkədən getmişdi. Onun Böyük Britaniyanın paytaxtı Londonda məskunlaşdığı haqda xəbərlər vardı. Həmin dövrdə Məmmədovların “ZQAN” adı ilə qurduqları, sonradan “Garant”a çevrilmiş holdinqlərinə daxil olan şirkətlər nəzarətlərindən çıxarılırdı. Hətta 2018-ci ildə Anar Məmmədovun Bakıdakı bir neçə daşınmaz əmlakı üzərinə həbs də qoyulmuşdu.
Məlum olmuşdu ki, Anar Məmmədov və şirkətlərinin “Paşa Bank”a kredit borcu var. O dövrdə məhkəmədə cavabdeh qismində “Garant İnşaat Sənaye” MMC, “Garant Holding” MMC, “Azpod” MMC və Anar Ziya oğlu Məmmədovun adları keçirdi.

Abşeron Rayon Məhkəməsi onlara məxsus bir neçə əmlakın – Bakı şəhəri, Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə yerləşən müəssisə, eyni zamanda əmlak kompleksi, Nərimanov rayonu, İslam Abışov küçəsi, 5A ünvanında yerləşən qeyri-yaşayış binası və Anar Məmmədovun mülkiyyətindəki Nərimanov rayonu, Məmməd Araz küçəsi, 25V, giriş 5 ünvanında yerləşən 9 saylı qeyri-yaşayış sahəsinin üzərinə həbs qoymuşdu. Söhbət 1 milyon 141 min 203 manat 17 qəpikdən gedirdi.
Bu, bankdan götürülən kredit, kredit faizləri və hesablanmış cərimənin toplam məbləği idi. Bank məhkəmədən borcun ipoteka predmetinə yönəldilməsini də tələb etmişdi. Apelyasiya şikayəti verən “Garant İnşaat Sənaye” MMC banka olan borcu müqabilində 2 milyon 300 min manatdan yuxarı dəyərdə əmlak təminatı verdiyini göstərmişdi. Şikayətdə vurğulanmışdı ki, Abşeron Rayon Məhkəməsinin qərarında bu hal nəzərə alınmayıb və “qeyri-mütənasib olaraq, tərəflərin mülkiyyət hüquqlarının həyata keçirilməsi kobud şəkildə pozulub”. Ancaq daha sonra Anar Məmmədov şikayətini geri götürmüşdü.

Üzərinə həbs qoyulmuş Nərimanov rayonu, 507-ci küçə, 2093-cü məhəllədə tikinti sektorunda da fəaliyyət göstərən “ZQAN Konstrakşn” MMC, Məmməd Araz küçəsi, ev 25V ünvanında isə keçmiş “Bank of Azerbaijan” ASC-nin 18 saylı filialı yerləşirdi. Anar Məmmədovun 7 ilə qədər ardıcıl inşaat işləri aparılan Bakıdakı 33 mərtəbəli hotelinin qapılarının bu günə qədər qapalı qalması da onun ölkəyə qayıtmayacağı iddialarını gücləndirmişdi.
Belə söhbətlər yayılmışdı ki, Məmmədovlar Bakıdakı “Yelkən-hotel”i (əvvəlki adı “Trump Tower Baku”) Türkiyədən olan bir iş adamına satıb. Yelkən formasında tikilən bina 72 apartament və 189 hotel otağından ibarətdir. Sahələri 84-890 kvadrat metrədək dəyişən 70-dən çox apartamentin uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulurdu. Hotelin ərazisində qapalı hovuzlu SPA-kompleks, fitnes mərkəzi, biznes mərkəzi və təmtəraqlı restoran inşa olunub. Hotelin birinci mərtəbəsində konfrans zalı, nahar zalı və bar, 500 kvadrat metr sahəsi olan qəbul zalı yerləşir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb.

Hotelin əsas səhmdarlarından biri rəsmi olaraq Anar Məmmədovdur və 2008-ci ildə başlayan tikintini də onun şirkəti həyata keçirib. Hotelin hələ 2015-ci ildə Avropa Oyunları ərəfəsində istifadəyə veriləcəyi məlum idi, bu barədə rəsmi mənbələr hələ bir il əvvəl məlumat yaymışdı. Gözlənilirdi ki, Bakıya xüsusi bir yaraşıq verən bu hotel Avropa Oyunlarınadək istifadəyə veriləcək. Avropa Oyunları o zaman hələ “Trump Towers” adlanan brendin həm tanınması, həm də təbii ki, qazanc əldə etməsi üçün yaxşı şans yaradırdı. Amma hotelin açılışı olmadı. 4 ildir ki, hotel fəaliyyətsizdir. Hətta 2018-ci ildə hotelin fasadında meydana gələn yanğından sonra belə xəbərlər də vardı ki, tikili ümumiyyətlə sökülə bilər. Fasadında xüsusi qurğuların quraşdırılması hotelin sökülə biləcəyi ehtimalını artırırdı. Bu gün də açılışı olmayan binanın təmirə hazırlandığı və ya söküləcəyi haqda heç nə məlum deyil.
Bundan başqa, Məmmədovlara məxsus Qubadakı beşulduzlu “Quba Rixos” hoteli də rebrendinq edilib. Hotel 2018-ci ilin aprelindən “Quba Palace” adı ilə fəaliyyətə başlayb. Qeyd edək ki, Azərbaycanda ilk və yeganə qolf meydançasına malik keçmiş “Rixos” hotel kompleksi 2013-cü ildə istifadəyə verilib.
“Yeni Müsavat”ın əməkdaşı Anar Məmmədovun ölkəyə qayıtması, holdinqinə daxil olan, sonradan digər şirkətlərin nəzarətinə keçən şirkətlərlə bağlı məhkəmələrə üz tutması, “Yelkən hotel”in açılışı və s. məsələlərlə bağlı onun vəkili Nihat Axundovla əlaqə saxlayıb. Vəkil müvəkkilinin Azərbaycanda olduğunu deyib, bildirib ki, digər məsələlərlə bağlı müvəkkilinin mövqeyini açıqlayacaq. Vəkilin təqdim edəcəyi açıqlamanı da təqdim edəcəyik.
Xəbərin oxunma sayı : 460
Gündəm
Xəbərlər
-
DÇ-2026: 1/8 finalın bütün cütləri və oyun vaxtları - TƏQVİM
-
Müdafiə Nazirliyindən çağırış - Hərbçilərə telefonla neqativ xəbər ötürməyin
-
Yasamalda partlayış - Ölən və yaralananlar var
-
Enerji içkilərinin gizli təhlükələri: Dişlərdən ürəyə qədər risklər
-
Astronomlar xəbərdarlıq edir: Səma artıq əvvəlki kimi qaranlıq olmayacaq
-
İlham Əliyev Donald Trampı təbrik etdi - MƏTN
-
Selin dağıtdığı körpü kəndləri çətin vəziyyətdə qoyub - VİDEO
-
Mark Zukerberq süni intellektə yatırımları artırır - “Reuters“
-
Rusiya Sumı şəhərini bombalayıb - Ölənlər var
-
Azərbaycanda ucuz qiymətə idxal ət satılır? - VİDEO
-
Sığorta ödənişi ilə bağlı yenilik - VİDEO
-
Biləcəridə avtobus dayanacağı zəbt olunub - VİDEO
-
Argentina və Kolumbiya 1/8 finalda - İCMAL
-
Leysan yağacaq, dolu düşəcək - Xəbərdarlıq
-
“Qarabağ“ daha bir transferi açıqladı - VİDEO
-
Həmin şəxs barəsində araşdırma aparılır - Dövlət İmtahan Mərkəzi
-
Dənizdə 2 nəfər batdı - Biri xilas edildi, digərinin meyiti tapıldı
-
Azərbaycandan ən çox hansı ölkədən gələn turistlər narazı qalıb? - Siyahı
-
Magistraturada yenə 99 bal topladı: “Bu nəticəni gözləyirdim“
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Almaniya sosial mediaya yaş həddi tətbiqini müzakirə edir - “Deutsche Welle”
-
Türkiyədə hansı peşə sahibləri nə qədər maaş alacaq? - SİYAHI
-
Özəl klinikalarda yoxlama aparılıb - 14 tibb müəssisəsi cərimələnib
-
Azərbaycan nümayəndə heyəti Xamenei ilə vida mərasimində - VİDEO
-
Konqoda Eboladan ölənlərin sayı artdı: Virusa qarşı dərman sınaqlarına başlanıldı
-
Son 10 ildə özəl banklara kredit qoyuluşu necə dəyişib? - CƏDVƏL
-
Azərbaycanda cinayətlə gündəmə gələn qadınlar - SİYAHI
-
“Dayı”ya hökm oxundu - 3 aya azadlığa çıxır
-
İsrail Əraqçi və Qalibafı öldürməsin deyə ABŞ İrana məlumat ötürüb - “The Washington Post”
-
“Nar” Gəncədə tələbələr üçün təlimlər təşkil etdi - Fotolar
-
Sabah 36 dərəcə isti olacaq - PROQNOZ
-
Deputatlar bu tarixdə toplanacaq: hansı qanunlar dəyişir?
-
İtkin şəhidlərimiz dəfn olundu - FOTOLAR
-
Azərbaycanda ən az rast gəlinən 5 yoluxucu xəstəlik - RƏSMİ
-
“Sabah“ transferlərə nə qədər pul xərcləyib? - Britaniya mətbuatı açıqladı
-
Hikmət Hacıyev Ceffri Saks ilə görüşdü - FOTO
-
Prezident “Qaz təchizatı haqqında“ fərman imzaladı - DETALLAR
-
Bakıda marşrut avtobusu ağaca çırpıldı - Çox sayda xəsarət alan var
-
“Azenco”da 3 milyon manatlıq qalmaqal - Keçmiş direktor həbs edildi
-
Tibb Universiteti bu şirkətlə sövdələşdi - 2 845 160 manatlıq alqı-satqı olacaq
-
Qatar bərpa edilidi - Gürcüstana gedənlərin sayı artdı?
-
Nazir bir generalı təqaüdə göndərdi, digərinə vəzifə verdi - FOTO
-
Prezident İlham Əliyev Lukaşenkoya məktub göndərdi - MƏTN
-
Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar - 11 nəfər ittiham edilir
-
“Nuka“ MTK yaşayış binasını sökür, sakinlər isə narazıdır - VİDEO
-
Səfərbərlik Xidmətinin 75 əməkdaşı cəzalandırılıb - 42-si rəhbər şəxsdir
-
Ləman Ələşrəfqızının pulu qaytarıldı - Dələduz saxlanıldı
-
Xamenei ilə Tehranda vida mərasimi keçirilir - FOTOLAR
-
“Arzum“ ləqəbli tiktoker məhkəmə zalında niyə həbs edildi? - Məhkəmə açıqlama yaydı
-
Hadisə analıq arzusundan danışdı - “Hazıram”
-
Venesuelada zəlzələdə ölənlərin sayı 3 minə çatıb - Fotolar
-
Portuqaliya Xorvatiyanı, İsveçrə Əlcəzairi yendi - VİDEO
-
Silahlılar Mərkəzi Afrikada sərhəd şəhərini ələ keçirdi - 28 ölü
-
500 nömrəli avtobuslarda kondisioner niyə işləmir? - VİDEO
-
Xərçəngə qarşı güclü qoruyucu təsirə malik - Qidalar
-
Bakının dörd rayonunda işıq olmayacaq - Xəbərdarlıq
-
“Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
-
“Argentinaya qalib gəlmək şansımız 100 faizdir“ - Kabo Verde prezidenti
-
“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz +Video
-
Suriyada şok təyinat: aktrisa parlamentə düşdü, mühafizəkarlar ayağa qalxdı
-
Avtomobillərin intensiv hərəkət etdiyi yolda piyada keçidi yoxdur - VİDEO
-
Közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir - VİDEO
-
Sabiq idarə rəisi 600 minlik mənimsəmədə ittiham olunur - Cinayət işi açılıb
-
Azərbaycanlı gəncin böyrəyi qanunsuz transplantasiyada istifadə olunub - Hökm elan olundu
-
“Rusiya Kiyevə son hücumuna görə cavabını alacaq“ - Zelenski
-
Son 5 ilin ən böyük avtomobil istehsalçıları - SİYAHI
-
Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi: Evlərini ala bilmirlər (VİDEO)
-
Paşinyan Koçaryandan danışıb - “Hamısı həbs olunacaq“
-
Sabah maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Milli Məclisdə yeni təyinat - Spikerə köməkçi təyin edildi + FOTO
-
İran-ABŞ danışıqlarının növbəti mərhələsi 18 iyulda keçiriləcək - “Al Hadath”
-
Azərbaycan Ordusunun sülhməramlı bölmələri hansı ölkələrdə fəaliyyət göstərib? - HESABAT
-
“Bank of Baku“nun kredit portfeli 21% artıb, avtokreditlər isə azalıb - Rəqəmlər
-
281 milyon manata yaxın azalma - Azərbaycana gələn turistlərlə bağlı STATİSTİKA
-
Avropanın ABŞ-dan asılılığı azalır, Türkiyənin NATO-dakı rolu artır - “Bloomberg“
-
“Bu şəxslər universitetdən xaric oluna bilərlər” - XƏBƏRDARLIQ
-
Netanyahudan ABŞ-ı sarsıdan qərar: “Amerikanın maliyyə yardımından imtina edirik“
-
Simonyan Paşinyandan ayrıldı - “Mandatı götürməyəcəm, prezidentliyə isə...”
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
5 nəqliyyat vasitəsi 25% endirimlə təkrar hərraca çıxarılır - QİYMƏTLƏR
-
Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı - FƏRMAN
-
Cəlilabad Peşə Təhsil Mərkəzində birmənbə üsulu ilə tender - 72 min manat bu şirkətə verildi
-
“Lazım gələrsə, SEPAH-a 100 milyon barel neft ayırarıq” - Pezeşkian
-
AAYDA-ya məxsus idarələr ləğv olundu - SİYAHI
-
“Toyuq kəsimi sexlərindəki vəziyyət ürəkaçan deyil” - Açıqlama
-
Bəzi dərmanlar satışdan kənarlaşdırıldı - SƏBƏB
-
Sabah bəzi rayonlarda hava qeyri-sabit olacaq: Dolu və şimşək xəbərdarlığı
-
Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayır - Bu tarixdən
-
Beyləqanda Polis Günü qeyd edildi - FOTOLAR
-
Agentlikdən xəbərdarlıq - Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
-
Xamenei ilə vida mərasiminə bu ölkələrin nümayəndələri qatılacaq - Azərbaycandan isə...
-
ETN məktəblərə internet xətti çəkir: 1.79 milyon xərcləyəcək
-
Gənclərin ən çox və ən az yaşadığı rayonlar - TAM SİYAHI
-
“Müqaviləmi yeniləyəndə gördüm ki, müəllim yerinə metallurq yazılıb“ - VİDEO
-
Xalqa və dövlətə xidmət təntənəsi - VİDEO+FOTOLAR
-
Alyona Əliyeva moda nümayişini izlədi - FOTOLAR
-
Sabah Bakının 4 rayonunun bu ərazilərində su olmayacaq - Xəbərdarlıq
-
Bu şirkət ancaq Elm və Təhsil Nazirliyinin tenderlərini udur - 4 ildə 44 milyon manat...
-
“Arzum 9999“a hökm oxundu - Məhkəmə zalında həbs olundu
-
Xüsusi şərtlərlə pensiya alanların sayı artdı - DSMF-dən yeni statistika
-
Tbilisidə 21 yaşlı Fatimənin dəhşətli qətli - TƏFƏRRÜAT
-
Qazaxıstandan Rusiyaya humanitar yardım - 50 min ton benzin göndəriləcək
-
Vilayət Eyvazov daxili işlər orqanlarının şəxsi heyətini təbrik etdi - MƏTN
-
Prezident Türkiyənin ədliyyə nazirini qəbul etdi - Fotolar
-
Nəsimi rayonunda minib-düşmə yeri zəbt edilib - VİDEO
-
Azərbaycanda ət bahalaşa bilər... - Heyvan idxalında yeni qaydalar
-
Lyayenin Azərbaycana səfəri başa çatdı - FOTOLAR
-
Sabunçuda yaşayış kompleksinin həyətində yanğın: Avtomobillərə ziyan dəydi - FOTO
-
Belçikadan inanılmaz geridönüş, ABŞ-dan növbəti qələbə - İcmallar
-
Xaricdən idxal edilən toyuq ətinə tələb artıb - VİDEO
-
Azərbaycanda işlənmiş avtomobil ehtiyat hissələri kəskin bahalaşıb - VİDEO
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
İngiltərə çətin qələbə ilə 1/8 finalda - VİDEO
-
Ağ Ev İran məsələsində Avropa müttəfiqlərindən məyusdur - Rutte
-
“Ləman xanım, xəstəxanadayam, 2-3 saata...“ - İqbal Ağazadənin adı ilə aldadıldı
-
“Ah-uh etməyin!” - Matviyenko rusları yanacaq böhranına dözməyə çağırır
-
Gəncə Regional Kollecinin müəllimləri direktordan şikayətçidirlər - VİDEO
-
İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər - FOTOLAR
-
NATO-nun Ankara sammitində Ukraynaya uzunmüddətli dəstək məsələsi müzakirə olunacaq - Rütte
-
Bakıda körpünün dirəklərinin ətrafında asfalt çöküb - VİDEO
TOP 10
ARXİV






