Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

Gömrük generallarından Kəmaləddin Heydərova şok cavab - FHN şefi məyus olub

Tarix 28.09.19, 16:00

Font ölçüsü : - / +
bitmap-img6


Bir müddət əvvələdək fəaliyyəti iqtisadçı ekspertlərdən tutmuş iş adamlarına və ictimaiyyətin sıravi nümayəndələrinəcən ən çox tənqid hədəfi olan dövlət qurumlarının başında Dövlət Gömrük Komitəsi (DGK) gəlirdi.

Bu həmin vaxtlar idi ki, Kəmaləddin Heydərov fövqəladə hallar naziri təyin edilməsinə baxmayaraq, əvvəl rəhbərlik etdiyi qurumu qeyri-rəsmi şəkildə nəzarətində saxlayırdı. Heydərovun zamanından etibarən adı korrupsiya ilə assosiasiya edilməyə başlayan DGK-dən narazılıqlar günbəgün artırdı.

Nəticədə DGK-nin sədri dəyişdirildi, bununla da həm də qurum faktiki olaraq Kəmaləddin Heydərovun qeyri-rəsmi nəzarətindən çıxdı. Sədr dəyişikliyi gömrük orqanında geniş miqyaslı islahatlarla müşayiət edilməyə başladı. Bu isə son nəticədə ona gətirib çıxardı ki, qurumun fəaliyyəti şəffaflaşdı, uzun illərin rüşvət və korrupsiya mexanizmi çökdürüldü, monopolistlərin at oynatmasının qarşısı alındı. Bir sözlə, dünənəcən DGK-dan bitib-tükənməyən şikayətlər, giley-güzarlar öz yerini təqdirə, təşəkkürə buraxdı. Belə ki, hazırda ekspertlər də, iş adamları da, sadə vətəndaşlar da gömrük orqanının işindəki müsbət dəyişikliyi görür, bundan sevincini ifadə edir. Lakin sevinənlər qədər olmasa da, kədərlənənlərin də varlığı istisna edilməməlidir: söhbət xüsusilə bu yaxınlaracan artıq çökdürülən rüşvət və korrupsiya mexanizmi sayəsində nüfuz, sərvət əldə edənlərdən gedir.

Bütün bunların fonunda "Unikal" qəzetinin redaksiyasına daxil olan bir məlumat isə olduqca diqqətçəkicidir. Söhbət DGK-ya qeyri-rəsmi nəzarəti itirən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bir, daha doğrusu bir neçə zəngindən gedir. Belə ki, o, bəzi gömrük generallarına telefon açaraq, onlardan kimə xidmət etdiklərini soruşub. Nazirin aldığı cavab isə məyusedici olub: həmin generallar Heydərova fəaliyyətlərində dövlətçiliyə və dövlət rəhbərinə xidmət prinsipini əsas götürdüklərini deyiblər. "Fövqəlnazir" bu sözlərdən sonra həmin generallara gömrük orqanında yüksəlmələrinin onun sayəsində olduğunu bildirib və aldığı cavabların onda məyusluq doğurduğunu gizlətməyib. İstisna deyil ki, K.Heydərov DGK-nın onun nəzarətindən çıxarılmasını hələ də həzm edə bilmir.



Xəbərin oxunma sayı : 2689




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap