“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim“ – Elza Seyidcahan

Tarix 28.11.19, 22:18

Font ölçüsü : - / +
bitmap-img6


“Deputat olmağa çoxdan qollarımı çırmalayıb, hazıram. Azərbaycanda baş verən bütün siyasi hadisələrə, o cümlədən aprel döyüşlərinə, 20 Yanvar, Xocalı faciəsinə həsr olunmuş şeir və mahnılarım var. Necə deyərlər papağım başımda, külüngüm əlimdə, hər zaman deputat olmağa hazıram”. 

AzFakt.com xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan musavat.com-a açıqlamasında bildirib: Bu, məni çox sevindirir ki, xalqımız üçün bu qədər maraqlıyam. Hər zaman bu haqda mənə sula verirlər ki, “Elza xanım, deputatlığa namizədliyinizi verəcəksinizmi”, “Niyə həmişə çalışmışam ki, millət vəkili seçilim”. Həmişə hiss edirəm ki, əsl millət vəkili xalqı sevməlidir. 

Əməkdar artist 2020-ci ildə keçiriləcək parlament seçkilərində öz namizədliyini irəli sürəcəyini deyib: “Bundan əvvəl 2015-ci ildə namizədliyimi irəli sürdüm. Bildiyiniz kimi, şüarım belə idi: ”Nə tez, nə gec, tam zamanında gəldim”. Çox xoşbəxtəm ki, bu yolu getdim. Həmin vaxt əksəriyyət mənə bildirdi ki, bəli, Elza xanım bu yola layiqdir. Şükürlər olsun ki, Allah mənə ağıl, məntiq verib, şəxsiyyətim formalaşıb.

Millət vəkili borcludur ki, ölkə rəhbərliyinin xalq üçün etdiyini xalqa çatdırsın, xalqını, millətini sevsin. Mən xalqımı sevirəm və halal zəhmətim, sevgim ilə onları ruhlandırıram.

Mənim müəllimim Arif Məlikov da zamanında millət vəkili olub. Hazırda Zeynəb Xanlarova da parlamentdədir.  İstərdim ki, mən də bir sənətkar kimi deputat seçilim, millətimə, xalqıma layiqincə xidmət edim”.

Xatırladaq ki, bu gün Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının təcili iclasında parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı müraciət edib.



Xəbərin oxunma sayı : 1171




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap