“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Telefon danışığınızı kim dinləyir? - Bu KOD ilə hər şeyi öyrənəcəksiniz

Tarix 06.12.19, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


"Telefon söhbəti deyil, sonra danışarıq" deyib şübhə ilə yanaşdığımız smartfonlar, həqiqətənmi, belə təhlükəlidir? Xarici filmlər, YouTube və yaxınlarımızın bizdə yaratdığı o telefon qorxusu gözləntilərimizi doğruldurmu?

AzFakt.com ted.az-a istinadən həmin qorxunu yox edəcək yolu sizə təqdim edirik:

* # 21 #

Bu kodu yığaraq zənglər, mesaj və digər məlumatlarınızın yönləndirilməsi barədə informasiya ala biləcəksiniz.

Xaricilərin təcrübəsinə dayanaraq demək olar ki, məlumat yönləndirilməsi ən çox uşaqlarını spam və fırıldaqçılıqdan qorumaq istəyən valideynlər və qısqanc sevgililər tərəfindən istifadə olunur.

* #62#

Bu kod şəxsi məlumatlarınızın tam olaraq kimə, yəni hansı nömrəyə yönəldiyini bildirir.

P.S.: Smatfonun şəbəkəyə bağlı olduğu halda bəzən zəng qəbul edə bilmirsə (zəng çatmırsa), məlumatlarınızın mobil operatorunuzun nömrələrindən birinə yönləndirilmə ehtimalı var.

Qorxdunuz? - Sakit olun, çarəsi var...

##002#

Bu koddan istifadə edərək telefonunuzda istənilən yönləndirmə formasını deaktiv etmiş olursunuz.

Həm də bu koddan rouminqə daxil olmadan əvvəl istifadə edə bilərsiniz. O zaman, avtomatik səs poçtuna göndərilən zənglər üçün mobil operator tərəfindən vəsait tələb olunmayacaq.

*#06#

Bu kodu istifadə edərək İMEİ-nizi (mobil avadanlıq üçün beynəlxalq identifikator) öyrənmiş olursunuz. Bu nömrəni bilməklə, oğurluq halında smartfonunuzu tapa bilərsiniz. Telefon qoşulduğu zaman, SİM kartın olub-olmamasından asılı olmayaraq, geolokasiya mobil operatora göndərilir. 

Qeyd edək ki, İMEİ kodunuzu başqa biri bilirsə, cihazınızın modelini və xüsusiyyətlərini asan şəkildə öyrənə bilər.



Xəbərin oxunma sayı : 385




Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap